SOVET

SOVET Onlar həmişə çörəkdən danışdıqları vaxt ac işçiləri sovet ərzaq təşkilatlarının əleyhinə qaldırırlar (M.S.Ordubadi); ŞURA Şubay gecəyarısı dəvələri kənd şura idarəsinə gətirdi (M.Hüseyn).

SORUŞMAQ
SOVXA
OBASTAN VİKİ
Erməni Sovet Ensiklopediyası
Erməni Sovet Ensiklopediyası (erm. Հայկական սովետական հանրագիտարան) — Sovet dövründə Ermənistanda erməni dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1974–1987-ci illərdə nəşr edilmişdir.
Ermənistan Sovet Ensiklopediyası
Erməni Sovet Ensiklopediyası (erm. Հայկական սովետական հանրագիտարան) — Sovet dövründə Ermənistanda erməni dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1974–1987-ci illərdə nəşr edilmişdir.
Eston Sovet Ensiklopediyası
Eston Sovet Ensiklopediyası (est. Eesti nõukogude entsüklopeedia) — Sovet dövründə Estoniyada eston dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1968–1976-cı illərdə nəşr edilmişdir.
Gürcüstan Sovet Ensiklopediyası
Gürcüstan Sovet Ensiklopediyası (gürc. ქართული საბჭოთა ენციკლოპედია, ქსე) - gürcü dilində ilk universal xarakterli ensiklopediya. İlk cildi 1965-ci ildə Tbilisidə çap olunmuşdur. Ensiklopediyaya 12 cild daxildir. Sonuncu 12-ci cild "Gürcüstan SSR"-ə həsr olunmuş xüsusi cildidir, gürcü və rus dillərində nəşr olunmuşdur. Baş redaktoru İrakli Abaşidze olmuşdur.
Latviya Sovet Ensiklopediyası
Latviya Sovet Ensiklopediyası (latış. Latvijas padomju enciklopēdija‎) — Sovet dövründə Latviyada latış dilində nəşr olunmuş 11 cilddən ibarət universal ensiklopediya. 1981–1988-ci illərdə nəşr edilmişdir.
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Sovet Azərbaycanı
Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika) — Cənubi Qafqazın şərq hissəsində dövlət qurumu (1920–22, 1936–91), SSRİ tərkibində mövcud olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab Komitəsinə və Azərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi. Müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə ancaq azərbaycanlılar daxil idilər.
Sovet Gürcüstanı
Sovet Gürcüstanı (azərb-kiril. Совет Ҝүрҹүстаны) — Gürcüstan SSR-də Azərbaycan dilində respublika qəzeti. Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsi, Gürcüstan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı.
Sovet Ordusu
Sovet Ordusu — SSRİ-nin Silahlı Qüvvələri.
Sovet Rusiyası
Rusiya Sovet Federativ Sosialist Respublikası və ya RSFSR (rus. Российская Советская Федеративная Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 7 noyabr 1917-ci ildə təşkil olunmuşdur.
Sovet Türkologiyası
"Türkologiya" (1992-ci ilin yanvarın 16-a qədər "Sovetskaya tyurkologiya" (rus. Советская тюркология)) — Azərbaycanda nəşr olunan beynəlxalq elmi jurnal. SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 11 oktyabr 1973-cü il tarixli Qərarı ilə SSRİ Elmlər Akademiyasının ədəbiyyat və dil şöbəsi nəzdində təsis edilmiş Sovet Türkoloqları Komitəsi də jurnalın elmi nailiyyətlər qazanmasında fəal iştirak etmişdir. Yarandığı vaxtdan 1987-ci ilin iyulunadək jurnalın baş redaktoru görkəmli azərbaycanlı alim akademik M.Ş.Şirəliyev, bu zamandan etibarən 1993-cü ilədək tanınmış türkoloq, SSRİ EA-nın müxbir üzvü E.R.Tenişev, kiçik fasilə ilə görkəmli dilçi alim A.Məmmədov, 2015-ci ilin sonunadək akademik A.Axundov, 2016-cı ilədək akademik T.Hacıyev, 2016-cı ildən etibarən 2021-ci ilin dekabrınadək akademik K.Abdulla rəhbərlik etmişlər. AMEA Nəsimi adına Dilçilik İnstitutunun 2022-ci il yanvarın 10-da keçirilən Elmi şurasında jurnala Baş redaktor institutun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli seçilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda, respublikanın ali məktəblərində çalışan, eləcə də dünya miqyasında tanınan, türk filologiyasına öz töhfəsini verən alimlərdən ibarət yeni redaksiya heyəti təsdiq olunmuşdur. “Türkologiya” jurnalının redaksiya heyəti, beynəlxalq məsləhətçilər AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi şurası tərəfindən təsdiq edilir. Sovet İttifaqı dağılandan sonra 1992-ci ildən “Türkologiya” adı ilə nəşr olunan jurnal Azərbaycan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tatarıstan, Türkmənistan və Özbəkistan elmlər akademiyaları ilə birlikdə "Sovetskaya türkologiya" Ümumittifaq elmi-nəzəri jurnalının hüquqi varisidir. Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 16 yanvar 1993-cü il tarixli Qərarı ilə "Türkologiya" elmi jurnalının təsisçisi Azərbaycan Elmlər Akademiyası, naşiri Dilçilik İnstitutudur. Jurnalda yalnız redaksiya kollegiyası və ya mütəxəssislərin ekspert rəyindən keçən elmi məqalələr dərc olunur. “Türkologiya” elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələrini əks etdirən Ali Attestasiya Komissiyasının nəşrlərindən filologiya üzrə elmi jurnalların siyahısına daxildir.
Sovet boğazı
Sovet boğazı (yap. 珸瑤瑁水道) — Sakit okeanında yerləşən Kiçik Kuril adalar qurupuna daxil olan (Siqnalnıy, Storojevoy, Tonfeleva ) Hokkoyda adasından ayırır. Şimaldan Cənubi Kuril boğazını Sakit okeanı ilə birləşdirir. Uzunluğu 13 km, eni eni 10 km təşkil edir. Dərinliyi 50 metrdir. Sahilləri nisbətən alcaqdır. Sahillərində Neprestupnıy, Zorkıy (Tanfileva) və Nosoppu, Qoemay (Hokkoyda) burnuları vardır. Sahillərində dərinlik 1,0 m təşkil edir. Adlanmasına isə zamanında SSRİnın sərhəhini təşkil etməsi ilə əlaqədardır. Sahillərində ki (Yaponiya) kimi yaşayış məntəqələri vardır.
Sovet imperiyası
Sovet imperiyası — Sovet Sosialist Respublikaları İttifaqının bir sıra müstəqil dövlətlərə təsirini qeyri-rəsmi şəkildə təsvir edən siyasi klişe. Bu ifadə Soyuq müharibədə SSRİ-nin rəqibləri tərəfindən ortaya atılmışdır. Bu kontekstdə Macarıstan və Çexoslovakiyada baş verən silahlı toqquşmalar bəzi yerli elitaların sovet təsirini zəiflətmək istəyi kimi şərh olunur. SSRİ-nin dövlət rəhbərləri formal olaraq imperializmlə ideoloji müxalifətdə idilər, onun müstəmləkələri yox idi və SSRİ-də imperator institutu yaradılmamışdı. Buna baxmayaraq, bir sıra tarixçilər iddia edirlər ki, SSRİ-nin siyasi sisteminin imperiyaya xas xüsusiyyətlərə malik idi. Həmçinin, alimlər arasında belə bir fikir var ki, dövlət həm çoxmillətli, həm də monoetnik formalaşma əlamətlərinə malikdir. Bundan əlavə, SSRİ-nin xarici siyasətinin müstəmləkəçilik xarakteri ilə bağlı fikirlər mövcuddur. XX əsrin bəzi solçuları SSRİ-nin siyasətini sosial-imperializm adlandırmışdılar (bu termin xüsusilə maoçular tərəfindən tez-tez istifadə olunurdu). Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq, bəzi tədqiqatçılar SSRİ-də müstəmləkə imperiyasının müəyyən əlamətlərinin mövcudluğunu qəbul etmiş, SSRİ-nin onun peyk dövlətləri ilə münasibətlərində iqtisadi, mədəni və siyasi baxımdan arqumentlər və müxtəlif faktları heç bir müstəmləkə imperiyası üçün xarakterik olmayan formada gətirmişdilər. Beləliklə, SSRİ-nin dövlətin və cəmiyyətin tarixi inkişafının unikal məhsulu olmasına baxmayaraq, ictimai şüurda tam hüquqlu və köklü formada bir imperiya olmadığına dair bir fikir var.
Sovet mətbəxi
Sovet mətbəxi (rus. Советская кухня) — Sovet İttifaqının ümumi mətbəxi, ölkədə yaşayan xalqların milli mətbəxlərinin yeməklərindən ibarətdir. Müxtəlif xalqların SSRİ-yə ənənəvi yaşayış məntəqəsindən kənarda daxili miqrasiyası nəticəsində yaranıb. Bu, Ümumittifaq tikinti layihələri, Sibirin çətin gedilə bilən torpaqlarının inkişafı, Mərkəzi Asiyanın, Uzaq Şərqin xam torpaqları və onların resursları, xalqların deportasiyası ilə bağlı idi. Mətbəx məhdud miqdarda inqrediyentlər və sadələşdirilmiş yemək reseptləri ilə xarakterizə olunur. Bu mətbəxin yeməkləri yalnız evdar qadınlar deyil, həm də bütün ölkə daxilindəki yeməkxanalarda yayılmışdır. Ev yeməklərinin ayrılmaz tərkib hissəsi xüsusilə böyük şəhərlərdə milli yeməklərlə paralel olaraq istifadə edilirdi. Ümumiyyətlə, Sovet mətbəxi Sovet İttifaqının yemək vərdişləri və SSRİ-nin əksər rayonlarında məhsulların çox məhdud olması ilə seçilir. Əskər yeməklər fransız, rus, avstriya-macar və qafqaz mətbəxinin sadələşdirilmiş yeməkləri olub. Yeni mətbəxin yaranması prosesində, Qida Sənayesi Xalq Komissarı Anastas Mikoyan böyük rol oynamışdır.
Sovet rayonu
Sovet rayonu (Ufa)
Sovet respublikaları
Sovet sosialist respublikaları — SSRİ-nin tərkibində mövcud olmuş və 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqillik qazanmışlar.
Sovet xalqı
Sovet xalqı — SSRİ-də vətəndaş kimliyi, nəzəriyyəsi, insanların tarixi birliyi. "Sovet xalqı" termini ilk dəfə 1920-ci ildə SSRİ əhalisini özündə ehtiva edən anlayış kimi işlədilmişdir. Lakin həmin dövrdə elə də ciddi bir ideoloji məzmun kəsb eləməmişdir. 1961-ci ildə Sov.İKP-nin XXII qurultayında Nikita Xruşşov ilk dəfə olaraq sovet xalqını yeni tarixi birlik kimi xarakterizə edir. Lakin bu halda da sovet xalqı anlayışı sonradan gücləndirilmiş və ideologiyalaşdırılmış səviyyədə deyildi. Çünki insanların yeni tarixi birliyinin yaranması ideyasının başlıca dəlili bunlar hesab edilirdi: bir sosium olaraq onun SSRİ-nin simasında ümumi bir vətənin olması; ümumi iqtisadi bazası kimi sosialist təsərrüfatının olması; ümumi sosial-sinfi strukturunun olması; marksizm-leninizm kimi ümumi dünyagörüşünün olması; Kommunizm qurmaq kimi ümumi məqsədinin olması; mənəvi simasında və psixologiyasında ümumi cizgilərin olması. 1970-ci illərdən etibarən Sovet xalqının formalaşdırılmasının yeni mərhələsi başlayır. 1971-ci ildə bu tezis Sov.İKP-nin XXIV qurultayında Leonid Brejnevin hesabat çıxışında səslənir; bir qədər sonra isə o SSRİ-nin 50 illik yubileyi ilə əlaqədar Sov.İKP MK–nın qərarında öz əksini tapır. Bundan sonra ideoloji don geyindirməklə "Sovet xalqı" termini partiya və dövlət orqanlarının gündəlik fəaliyyətinin əsas təbliğat istiqamətlərindən birinə çevrilmişdir. Nəhayət, 1977-ci ildə qəbul edilmiş SSRİ-nin yeni konstitusiyasının preambulasında belə bir müddəa ifadə olunmuşdur: "Sovet cəmiyyəti bütün millətlərin və xalqların yaxınlaşması əsasında insanların yeni tarixi birliyinin – sovet xalqının təşəkkül tapdığı yetkin sosialist münasibətləri cəmiyyətidir." Lakin belə bir ideya tarixin sınağından keçə bilmədi, SSRİ-nin dağılması ilə bu nəzəriyyə də sona çatdı.
Sovet İttifaqı
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Ali Sovet
Ali Sovet (rus. Верховный Совет) — Sovet İttifaqında respublikaların qanunvericilik orqanlarının (parlamentinin) ümumi adıdır. Bu təşkilatlar 1938-ci ildə yaradılmış SSRİ Ali Sovetindən nümunə götürülmüşdü və geniş şəkildə oxşar idi. Bu qanunverici orqanlardakı nümayəndələr Sovet tərəfindən dəstəklənir və rəqibsiz seçkilərdə seçilirdilər. İlk müstəqil və ya yarı müstəqil seçkilər 1980-ci illərin sonunda yenidənqurma dövründə keçirilmişdir. Bu qanunverici orqanlar Sovet İttifaqı Kommunist Partiyasının və ya ittifaqdakı hər bir respublikanın kommunist partiyasının qərarlarını ratifikasiya edən super notarial orqanlar idi. Nadir iclaslarda (ildə iki dəfə bir neçə gün ərzində) nümayəndələr iclasda olmayanda Ali Sovetin adından fəaliyyət göstərən daimi orqan kimi Ali Sovetin Rəyasət Heyəti seçilirdi. Rəyasət Heyətinin sədri həm də qanuni (de-yure) dövlət başçısıdır. Bundan əlavə, bu təşkilatlarda icra orqanı olan Nazirlər Şurası da seçilib. 1991-ci il dekabrın sonunda Sovet İttifaqının dağılması ilə bu təşkilatların hər biri yeni yaradılmış müstəqil dövlətlərin qanunverici orqanına çevrildi.
Gürcü Sovet Ensiklopediyası
Gürcüstan Sovet Ensiklopediyası (gürc. ქართული საბჭოთა ენციკლოპედია, ქსე) - gürcü dilində ilk universal xarakterli ensiklopediya. İlk cildi 1965-ci ildə Tbilisidə çap olunmuşdur. Ensiklopediyaya 12 cild daxildir. Sonuncu 12-ci cild "Gürcüstan SSR"-ə həsr olunmuş xüsusi cildidir, gürcü və rus dillərində nəşr olunmuşdur. Baş redaktoru İrakli Abaşidze olmuşdur.
Kuban Sovet Respublikası
Kuban Sovet Respublikası — 1918-ci il 9-13 apreldə Kuban vilayəti Sovetlərinin 2-ci qurultayının qərarı ilə yaradılmışdır. 1918-ci il mayın 30-da Kuban-Qara Dəniz Sovet Respublikasına daxil edilmişdir.
Litva Sovet Ensiklopediyası
Litva Sovet Ensiklopediyası (lit. Lietuviškoji tarybinė enciklopedija) — Sovet dövründə Litvada litva dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1976-1985-ci illərdə nəşr edilmişdir.
Macarıstan Sovet Respublikası
Macarıstan Sovet Respublikası (Macarca: Tanácsköztársaság) Macarıstanda Bela Kunun rəhbərliyində yaradılmış olan kommunist bir rejimdir. Rusiyadakı Bolşeviklərin etdiyi oktyabr inqilabının ardından Avropada yaradılmış Marksist-Leninist siyasətinin həyata keçirildiyi bir kommunist hökumətdir. Ömrü sadəcə dörd ay sürmüşdür. Rumıniyanın Budapeşti işğal etməsi ilə məhv olmuşdur. Bu dövlətin varisi Macarıstan krallığıdır. Krallıq (1920–1944)-cü illər arasında mövcud olmuşdur. 1919-cu il martın 21-də Macarıstanda zəhmətkeşlər hökuməti təşkil edildi. Hökumət Macarıstanı Sovet Respublikası elan etdi. Başçısı sosial-demokrat Şandor Qarban oldu. Bela Kun xarici işlər komissarı təyin edildi.
Moldova Sovet Ensiklopediyası
Moldova Sovet Ensiklopediyası (mold. Енчиклопедия советикэ молдовеняскэ) — Sovet dövründə Moldovada moldav dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1970–1981-ci illərdə nəşr edilmişdir.
Muğan Sovet Respublikası
Muğan Sovet Respublikası — Muğan Müvəqqəti Hərbi Diktaturasının devrilməsindən sonra Lənkəran ərazisində mövcud olmuş dövlət qurumu. 1919-cu ilin martında silahlı üsyana artıq hazırlıqlar başlamış, apreldə baş vermiş bu üsyanda Lənkəran qırmızı qvardiyaçıları, Zuvandlı Balaməmmədin süvari partizan dəstələri, Pigəli Ələkbər Məmmədovun partizan dəstəsi, Boçarnikovun rəhbərlik etdiyi Privolnı kənd partizanları, Sarı adasındakı hidrolokasiya dəstəsi iştirak edirdi. 2 may 1919-cu ildə Muğan istisna olmaqla, Lənkəran və ətrafında bolşevik hakimiyyəti yaradıldı, 13 gün sonra isə Muğan Sovet Respublikası elan olundu. Respublikanın sədrliyinə D.D.Çirkin, onun müaviyinlinə Şirəli Axundov, inqilabi hərbi komitənin başçılığına isə Timofey Ulyantsev gətirildi, rəsmi qəzet çap olunmağa başlandı. 1919-cu il 15 may tarixindən 18 maya qədər Lənkəran şəhər məktəbində (indiki 1 nömrəli məktəbdə) Muğan Sovet Respublikasının qurultayı oldu. Anastas Mikoyanın Leninə yazdığı məktubda azərbaycanlı kəndlilərin bu prosesdə fəal iştirak etdikləri və Bakını ələ keçirməyə hazırlaşdıqlarını vurğulayırdı.Həştərxandan 200 Qızıl ordu əsgəri də köməyə göndərilmişdi. Azərbaycan Demokratik Respublikası Hərbiyyə Nazirliyinin Baş Qərargahının operativ kəşfiyyat idarəsinin rəsmi raportlarında Sovet Respublikasının çoxu rus və ermənilərdən ibarət 1200-1500 nəfər əsgərə sahib olduğu, Lənkəranda 4 topun olduğu, hərbi intizamın zəifliyi qeyd olunurdu. Muğandakı bolşeviklərin isə 12 topu olduğu qeyd olunur. Biləsuvarda 3 top, Sarı adasında isə hidroplanlar mövcud idi. 24 iyul 1919-cu ildə Muğan Müvəqqəti Hərbi Diktaturasının qalıqları Lənkəranı yenidən ələ keçirdi.
Ermənistan SSR Ali Soveti
Ermənistan SSR Ali Soveti — 1938–1990-cı illərdə Ermənistan SSR ərazisində ali dövlət hakimiyyət orqanı. === Çağırışlar === 1. çağırış (1938–1946) 2. çağırış (1947–1950) 3. çağırış (1951–1954) 4. çağırış (1955–1959) 5. çağırış (1959–1962) 6. çağırış (1963–1966) 7. çağırış (1967–1970) 8. çağırış (1971–1974) 9.
Ermənistan Sovet Sosialist Respublikası
Ermənistan SSR (erm. Հայկական Խորհրդային Սոցիալիստական Հանրապետություն) — Ermənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 29 noyabr 1920-ci ildə təşkil olunmuşdur. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub. == Tarix == Ermənistan SSR-i əsasən İrəvan quberniyasına, qismən Yelizavetpol quberniyasına, Tiflis quberniyasına və Qars vilayətinə daxil olan ərazilər hesabına yaradılıb. Erməni müəllif Bədəlyanın 1953-cü ildə İrəvanda nəşr edilən "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı kitabının 51-ci səhifəsində verilən məlumatlara əsasən 1886-cı ildə aparılmış kameral sayımın nəticələri və həmin tarix üçün inzibati-ərazi bölgüsü nəzərə alınarsa ərazi olaraq İrəvan quberniyasının İrəvan qəzasının 90,40%-i, Aleksandropol qəzasının 100,00%-i, Yeni Bəyazid qəzasının 100,00%-i, Eçmiədzin qəzasının 100,00%-i, Şərur-Dərələyəz qəzasının Dərələyəz şöbəsi 100,00%-i, Naxçıvan qəzasının 5,40%-i, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 59,60%-i, Qazax qəzasının 44,50%-i, Tiflis quberniyasının Borçalı qəzasının 35,30%-i, Qars vilayətinin Qars dairəsinin 14,70%-i Ermənistan SSR-in tərkibinə daxil olmuşdur.
Ermənistan Sovet Sosialist Respublikası bayrağı
Ermənistan Sovet Sosialist Respublikası bayrağı — Ermənistan SSR tərəfindən 17 dekabr 1952-ci ildə istifadə edilməyə başlamışdır.
Ermənistan Sovet Sosialist Respublikası gerbi
Ermənistan Sovet Sosialist Respublikası gerbi — 1937-ci ildə Ermənistan SSR tərəfindən qəbul edilmişdir.
Ermənistan Sovet Sosialist Respublikası himni
Ermənistan Sovet Sosialist Respublikası himni — 1944–1991-ci illərdə Ermənistan SSR-nın himni. Sözləri Armenak Sarkisyanın, musiqisi Aram Xaçaturyanındır. == Sözləri == ERMƏNİ DİLİNDƏ Սովետական ազատ աշխարհ Հայաստան, Բազում դարեր դաժան ճամփա դու անցար, Քաջ որդիք քո մաքառեցին քեզ համար, Որ դառնաս դու մայր հայրենիք հայության: Կրկներգ: Փառք քեզ, միշտ փառք, Սովետական Հայաստան, Աշխատասեր, ճարտարագործ-շինարար, Ժողովրդոց սուրբ դաշինքով անսասան՝ Դու ծաղկում ես և կերտում լույս ապագադ: Լենինն անմահ մեզ հուրն անշեջ պարգևեց, Մեր դեմ շողաց երջանկաբեր այգաբաց, Հոկտեմբերը կործանումից մեզ փրկեց եվ տվեց մեզ նոր, պայծառ կյանք փառապանծ: Կրկներգ Մեծ Ռուսիան մեզ եղբայրության ձեռք մեկնեց, Մենք կերտեցինք ամրակուռ նոր պետություն, Լենինյան մեր կուսակցությունն իմաստուն Հաղթորեն մեզ դեպ կոմունիզմ է տանում: Կրկներգ AZƏRBAYCAN DİLİNDƏ TRANSLİTERASİYA Sovet azad dünya Ermənistanı, Çox qəddar əsrlərdən keçdin, İgid oğulların sənin üçün döyüşdü, Ermənilərin vətəni olmaq. Xor: Sənə şöhrət, həmişə şöhrət, Sovet Ermənistanı, Zəhmətkeş, memar-inşaatçı, Xalqın müqəddəs ittifaqı ilə sarsılmaz: Sən çiçəklənirsən, parlaq gələcək yaradırsan. Lenin bizə sönməz atəş verdi, Xoşbəxt bir bağ bizə qarşı parladı, Oktyabr bizi məhv olmaqdan xilas etdi və bizə yeni, şərəfli həyat bəxş etdi. Xor: Böyük Rusiya bizə qardaşlıq əli uzatdı, Biz güclü yeni dövlət qurduq, Lenin partiyamız müdrikdir O, zəfərlə bizi kommunizmə aparır.
Ermənistan Sovet Sosialist Respublikasının himni

Estoniya Sovet Sosialist Respublikası
Estoniya SSR (est. Eesti Nõukogude Sotsialistlik Vabariik) — Estoniya Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Gilan Sovet Sosialist Respublikası
İran Sovet Sosialist Respublikası və ya Gilan Sovet Sosialist Respublikası, (fars. جمهوری شوروی سوسیالیستی ایران ‎ — jomhuri-ye šuravi-ye sosiâlisti-ye İran)- 1920-ci ilin iyunundan 1921-ci ilin sentyabrına qədər İranın Gilan əyalətində mövcud olmuş qısamüddətli sovet respublikası. İran konstitusiyaçı hərəkatının lideri Mirzə Kiçik xan və onun Cəngəli (Meşəçilər Hərəkatı) partizanları və Sovet Qızıl Ordusunun köməyi ilə yaradılmışdır. == Tarixi == 1918–1922-ci illərdə iran xalqının ingilislərə qarşı milli azadlıq hərəkatının yüksəlişi dövründə, 1920-ci il iyunun 5-də Gilan əyalətində yaradılıb. Cənubi Qafqazda İngiltərənin məğlubiyyəti, ingilis işğalçılarının əvvəlcə Ənzəlidən, sonra isə bütün Gilandan qovulması azadlıq hərəkatının yüksəlişinə şərait yaradıb. 1920-ci il iyunun 4-də mücahid dəstələri Rəşti tutaraq elan etdilər ki, Kiçik xanın başçılığı ilə əsasən ticarət burjuaziyası və liberal mülkədarlardan ibarət müvəqqəti inqilabi hökumət və inqilabi ordu yaradıldı. İnqilabi qüvvələr vahid milli cəbhədə birləşdi, lakin Kiçik xanın inqilabı məhdudlaşdırmaq siyasəti, eləcə də İran Kommunist Partiyası sol qüvvələrinin bütün mülkədar torpaqlarının, o cümlədən xırda torpaq sahibliyinin müsadirə edilməsi və s. tələbləri vahid cəbhənin süqutu ilə nəticələndi və beləlikə Kiçik xan hökumətin tərkibindən çıxdı. 1920-ci il iyulun 31-də yaradılmış Ehsanulla xan hökuməti də inqilabi qüvvələrin birliyinə nail ola bilmədi. 1921-ci il mayın əvvəlində inqilabda iştirak edən bütün qrupların birləşmiş müşavirəsindən sonra yeni hökumət – İnqilabi komitə yaradıldı və 4 avqustda Sovet Respublikası elan olundu.
Gürcüstan Sovet Sosialist Respublikası
Gürcüstan Sovet Sosialist Respublikası (gürc. საქართველოს საბჭოთა სოციალისტური რესპუბლიკა) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 25 fevral 1921-ci ildə təşkil olunmuşdur. 1921-1936-cı illərdə rəsmi adı Gürcüstan Sosialist Sovet Respublikası idi. 25 fevral 1921-ci ildə yaradılmışdır. 1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibində olmuşdur. Yeganə və hakim partiya Gürcüstan Kommunist Partiyasıdır. Gürcüstan Sovet Sosialist Respublikası Zaqafqaziyanın şimal-qərb hissəsində yerləşirdi. Qonşu respublikalar bunlar idi: şimalda RSFSR, şərqdə və cənub-şərqdə Azərbaycan Sovet Sosialist Respublikası, cənubda Ermənistan SSR. Respublikanın Türkiyə ilə həmsərhəd ərazisi də var idi 1990-cı il noyabrın 14-də Gürcüstan SSR Ali Soveti müstəqil Gürcüstan Demokratik Respublikasının bərpasına qədər keçid dövrü elan etdi və bununla əlaqədar olaraq respublikanın adını Gürcüstan Respublikası adlandırdı. 1991-ci il martın 31-də Gürcüstanın dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi və nəticədə 1991-ci il aprelin 9-da Zviad Qamsaxurdiyanın başçılıq etdiyi Gürcüstan Ali Soveti SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi.
Gürcüstan Sovet Sosialist Respublikası himni
== Sözləri ==
Gürcüstan Sovet Sosialist Respublikasının himni
== Sözləri ==
Hüseyn Abdullayev (sovet dövlət xadimi)
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası və ya Kabarda-Balkar MSSR — keçmiş Sovet İttifaqında Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar respublikası idi və əvvəlcə Dağ Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. Bölgə 16 yanvar 1922-ci ildə Dağ MSSR və 1 sentyabr 1921-ci ildə Kabarda-Balkar Muxtar Vilayətindən ayrıldı. 5 dekabr 1936-cı ildə muxtar respublika oldu. 30 yanvar 1991-ci ildə Kabarda-Balkar MSSR dövlət suverenliyini elan etdi. İndi Rusiya Federasiyasının federal subyekti olan Kabarda-Balkariya respublikasıdır. Kabarda-Balkar MSSR Sovet İttifaqının mövcud olduğu dövrdə başqa heç bir suveren dövlətlə həmsərhəd deyildi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası kimi, Kabarda-Balkar MSSR də iki millət tərəfindən bölüşdürüldü. Hər iki muxtar respublika Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibindədir və ruslar etnik çoxluğu təşkil edir. == Tarix == Rus, Osmanlı və Səfəvi imperiyaları bölgənin Rusiya nəzarətində olduğu 17–19-cu əsrlər arasında bölgə üçün mübarizə aparırdı. Bölgə oktyabr inqilabından sonra, 1921-ci ildə Rusiya Vətəndaş Müharibəsi dövründə Dağ Muxtar Sovet Sosialist Respublikasına qoşuldu.
Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikası

Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası

Kazan Sovet Fəhlə-Kəndli Respublikası
Kazan Sovet Fəhlə-Kəndli Respublikası — Kazan quberniyası ərazisində müvəqqəti qurulan edövlət qurumu. Kazan Sovetinə daxil olan partiyaların razılığı ilə 1918-ci ilin fevralında təşkil edilmişdir. Kazan quberniysa ispalkomunun qərarı ilə 16 may 1918-ci ildə ləğv edilmişdir. == Hökumət == Xalq Komisarlar Sovetinin Sədri — Yakov Semyonoviç Şeynkman. Daxili İşlər üzrə Xalq Komissarı — V. İ. Moxov. Əkinçilik üzrə Xalq Komissarı — K. M. Şnurovski. Ərzaq məhsulları üzrə Xalq Komissarı — Y. S. Şeykman. Nəqliyyat üzrə Xalq Komissarı — İ. O. Anosov. Ticarət və Sənaye üzrə Xalq Komissarı — A. İ. Karpov. Maliyyə üzrə Xalq Komissarı — V. N. Skaçkov.
Latviya Sovet Sosialist Respublikası
Latviya SSR (latış. Latvijas Padomju Sociālistiskā Republika‎) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 21 iyul 1940-cı ildə təşkil olunmuşdur.
Latviya Sovet Sosialist Respublikası bayrağı
Latviya Sovet Sosialist Respublikası bayrağı — 17 yanvar 1953-cü il də qəbul edilmiş Latviya SSR bayrağı. == Tarixi == Bundan əvvəl, 25 avqust 1940-cı il də istifadə edilən bayrağın sol üst küncündə, qızıl oraq və çəkic simvolunun üstündə latın hərfləri ilə "LPSR" (Latvijas Padomju Sociālistiskā Republic) yazısı var idi. Sovet dövründən qalma bayraq 1990-cı il fevralın 27-də rəsmi olaraq Latviya bayrağı ilə əvəz olundu (hələ qanuni olaraq 6 sentyabr 1991-ci ilə qədər Sovet respublikası olaraq qaldı) və onun ictimai tədbirlərdə istifadəsi qadağan edildi.
Latviya Sovet Sosialist Respublikası himni
== Sözləri == == Status == Himn 1990-cı ildə öz statusunu itirib Müasir Latviyada himndən açıq şəkildə istifadə etmək qadağandır.
Latviya Sovet Sosialist Respublikasının himni
== Sözləri == == Status == Himn 1990-cı ildə öz statusunu itirib Müasir Latviyada himndən açıq şəkildə istifadə etmək qadağandır.

Значение слова в других словарях