İran Sovet Sosialist Respublikası və ya Gilan Sovet Sosialist Respublikası, (fars. جمهوری شوروی سوسیالیستی ایران — jomhuri-ye šuravi-ye sosiâlisti-ye İran)- 1920-ci ilin iyunundan 1921-ci ilin sentyabrına qədər İranın Gilan əyalətində mövcud olmuş qısamüddətli sovet respublikası. İran konstitusiyaçı hərəkatının lideri Mirzə Kiçik xan və onun Cəngəli (Meşəçilər Hərəkatı) partizanları və Sovet Qızıl Ordusunun köməyi ilə yaradılmışdır.
Tarixi dövlət | |||||
Gilan Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
جمهوری شورایی ایران | |||||
|
|||||
İnternasional | |||||
|
|||||
Paytaxt | Rəşt | ||||
Dilləri | fars dili, Gilan dili | ||||
Rəsmi dilləri |
Gilan dili Fars dili |
||||
İdarəetmə forması | sovet respublikası[d] | ||||
• 1920 | Mirzə Kiçik xan | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1918–1922-ci illərdə iran xalqının ingilislərə qarşı milli azadlıq hərəkatının yüksəlişi dövründə, 1920-ci il iyunun 5-də Gilan əyalətində yaradılıb. Cənubi Qafqazda İngiltərənin məğlubiyyəti, ingilis işğalçılarının əvvəlcə Ənzəlidən, sonra isə bütün Gilandan qovulması azadlıq hərəkatının yüksəlişinə şərait yaradıb. 1920-ci il iyunun 4-də mücahid dəstələri Rəşti tutaraq elan etdilər ki, Kiçik xanın başçılığı ilə əsasən ticarət burjuaziyası və liberal mülkədarlardan ibarət müvəqqəti inqilabi hökumət və inqilabi ordu yaradıldı.
İnqilabi qüvvələr vahid milli cəbhədə birləşdi, lakin Kiçik xanın inqilabı məhdudlaşdırmaq siyasəti, eləcə də İran Kommunist Partiyası sol qüvvələrinin bütün mülkədar torpaqlarının, o cümlədən xırda torpaq sahibliyinin müsadirə edilməsi və s. tələbləri vahid cəbhənin süqutu ilə nəticələndi və beləlikə Kiçik xan hökumətin tərkibindən çıxdı.
1920-ci il iyulun 31-də yaradılmış Ehsanulla xan hökuməti də inqilabi qüvvələrin birliyinə nail ola bilmədi. 1921-ci il mayın əvvəlində inqilabda iştirak edən bütün qrupların birləşmiş müşavirəsindən sonra yeni hökumət – İnqilabi komitə yaradıldı və 4 avqustda Sovet Respublikası elan olundu. 15 avqustda isə İran mülkədar torpaqlarının kəndlilərin xeyrinə müsadirə olunmasını, vahid inqilabi silahlı qüvvələrin yaradılmasını, Gilanın mürtəce hökumətə və ingilis işğalçılarına qarşı inqilabi bazaya çevrilməsini nəzərdə tutan proqram qəbul edildi. Zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görüldü. Həmkarlar ittifaqları yaradıldı. Lakin Gilanda öz hakimiyyətini yaratmaq naminə Kiçik xan 1921-ci il sentyabrın 29-da əks-inqilabi çevriliş etdi. İran Kommunist Partiyasının təşkilatları ləğv edildi. Heydər xan və hərəkatın bir sıra digər rəhbəri öldürüldü. Gilanda vətəndaş müharibəsinin başlanmasından istifadə edən mərkəzi hökumət tezliklə Gilan Respublikasını darmadağın etdi. 1921-ci il noyabrın 2-də Rza xanın komandanlığı ilə hökumət qoşunları Rəşti tutdu.