SƏRVƏT
SƏTTARXAN
OBASTAN VİKİ
Səttar
Səttar — Azərbaycanlı kişi adı. Səttar (xanəndə) — xanəndə. Səttar (müğənni) — azərbaycanlı olan İran pop müğənnisi. Səttar Bəhlulzadə — rəssam.
Mirzə Səttar
Mirzə Səttar (1844, Ərdəbil – bilinmir, Bakı, Kaspi vilayəti) — kamança ifaçısı. Eyni zamanda, tar, saz, qarmon alətlərində çalmış, muğamları oxumuş, muğam bilicisi olmuşdur. 1879-cu ildən Bakıda fəaliyyət göstərmiş, Məşədi Məlik Mansurovla dostluq əlaqələri saxlamış, musiqi məclislərində yaxından iştirak etmişdir. Bakıda bir çox sənət adamlarına təsir etmişdir. Məşədi Məlik Mansurov, şair Ağakərim Salik, tarzən Mirzə Fərəc Mirzə Səttardan muğamları dərinliklərinə kimi öyrənmişdir. Mirzə Səttar Məşədi Məlikə kamança, tar, qoltuq sazı, qaval və yeddi dilli balaca qarmonda ifa etməyi öyrətmiş, 12 ilə yaxın onun evində yaşamışdır. Mirzə Səttar Bakıya kamançanı gətirəm ilk şəxs olmuşdur.
Səttar (müğənni)
Əbdülhəsən Səttarpur (d. 19 noyabr 1949; Tehran, İran) — azərbaycan əsilli İran pop müğənnisi. Əbdülhəsən Səttarpur 19 noyabr 1949-cu ildə Tehran şəhərində anadan olmuşdur. Səttarpurun anası fars, atası isə azərbaycanlı idi.
Səttar (xanəndə)
Səttar (XIX əsr) — azərbaycanlı xanəndə. Aleksandr Barnov "Köhnə Tiflisin musiqiçiləri" kitabında yazır: "Səttar əslən İran Azərbaycanından idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olmuşdur. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərmişdir. Parlaq istedada və şirin ləhcəyə malik olub. O əvvəlcə dinə qulluq etməyə başlayır. Lakin onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə və toylarda muğam və xalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Füzuli və başqalarının qəzəlləri üstündə muğamları və təsnifləri çox ustalıqla ifa edir.
Səttar Axundov
Axundov Səttar Mirzə Əli oğlu (5 dekabr 1914, Alxanlı, Qaryagin rayonu – 11 sentyabr 1994, Bakı) — dramaturq, folklorşünas. Səttar Axundov 1914-cü ilin aprel ayında Qaryagin qəzasının Alxanlı kəndində ruhani ailəsində doğulmuşdur. O, ömünün 34 ilini yaradıcılığa sərf etmişdir. 1942-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. İndiyədək dramaturqun M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ("Zərif tellər" 1951), Naxçıvan, Gəncə, Xankəndi ("Dostlar") və başqa dövlət teatrlarında, habelə bir sıra xalq teatrlarında 35 əsəri tamaşaya qoyulmuşdur. Yazıçının 1941-ci ildə yazdığı "Çətin dərə" pyesinin mövzusu sovet adamlarının alman-faşist işğalçılarına qarşı vətənpərvərlik müharibəsindən götürülmüşdür. Əsər 1942-ci ildə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. "Çətin dərə" və "Qayğı" (1944) pyesləri M. Qorki adına Gənc Tamaşaçılar Teatrında oynanılmışdır. S. Axundov bundan başqa iyirmidən artıq birpərdəli pyesin müəllifidir. Onun kiçik həcmli pyesləri, əsas etibarilə, Azərbaycan kəndlərində gedən geniş quruculuq işlərini əks etdirirdi.
Səttar Bəhlulzadə
Səttar Bəhlul oğlu Bəhlulzadə (2 (15) dekabr 1909, Əmircan, Bakı qəzası – 13 oktyabr 1974, Moskva) — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Səttar Bəhlulzadə Azərbaycan impressionizminin banisi hesab olunur. Sağlığında Səttar Bəhlulzadənin Bakıda (1955, 1974), Tiflisdə (1955, 1960), Praqada (1966), Moskvada (1973) fərdi sərgiləri keçirilmişdir. Vəfatından sonra rəssamın Moskvada, Yaltada, Minskdə, müstəqillik illərində Nyu-York, İstanbul (1994), London (1995), Bonn (1996), Daşkənd, Parisdə (2009) fərdi sərgiləri təşkil edilmişdir. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub. Hal-hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008–2009-cu illərdə Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamını əsas tutaraq xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinin anılması məqsədilə 2009-cu ildə Bakıda, Daşkənddə, Parisdə YUNESKO-nun iqamətgahında rəssamın fərdi sərgiləri təşkil edilmiş, respublika üzrə rəssama həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir. Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olmuşdur.
Səttar Həmədani
Səttar Həmədani (6 iyun 1974, Təbriz) — İran futbolçusu, futbol məşqçisi. O keçmişdə Təbrizin Traktor Sazi, Tehranın Kişavərz, Bəhmən, İstiqlal, Səba Batri, Pas və Birləşmiş Ərəb İmarətlərinin Ənnəsr klubları, və İranın Milli futbol komandasının oyunçusu olmuşdur. Hazırda Traktor Sazi klubunda Əmir Qalanoyinin yardımcısı olaraq, birinci məşqçidir.
Səttar Mehbalıyev
Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir. İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.
Səttar Möhbalıyev
Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir. İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.
Səttar Nəcəfov
Səttar Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Səttar Quliyev
Səttar Səfərov
Səttar İsmayıl oğlu Səfərov (18 iyul 1937, Şirazlı, Vedi rayonu – 21 may 2011, Bakı) — dövlət xadimi, iqtisad elmləri doktoru, professor; Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycanın müasir iqtisadi sisteminin nəzəri və praktiki əsasların yaradılmasında öz fəsilini yazan iqtisadçı-alim. Səttar İsmayıl oğlu Səfərov 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1964-cü ildə müvəffəqiyyətlə bitirmişdir. 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim işləmişdir. 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olmuşdur. 1970-ci ildə aspiranturasını bitirmişdir. Elmi rəhbəri Azərbaycan EA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Teymur Vəliyev olmuşdur. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Elmi Şurasında İş gününün qısaldılmasının iqtisadi əsaslarına dair namizədlik dissertasiyası müdafiə etmişdir. 1984-cü ildə Moskvada İctimai Elmlər Akademiyasının Elmi şurasında Üstqurum amillərinin iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafına təsiri probleminə aid doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun elmi məsləhətçisi Rusiya EA həqiqi üzvü, professor Leonid Abalkin olmuşdur.
Səttar Xan
Səttar xan (başqa yazılışı: Səttarxan; az-əbcəd. ستارخان‎, fars. ستارخان‎; ləqəbi: Sərdar-e Milli, fars. سردار ملی‎, azərb. Milli komandir‎; 20 oktyabr 1866, Təbriz – 15 noyabr 1914, Tehran) — Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının əsas liderlərindən biri və iranın xalq qəhrəmanı. Gənc yaşlarında şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətdiklərinə görə qardaşı İsmayıl ilə birlikdə həbs olunur. Özü üç aylıq həbs olunsa da qardaşı edam edilir. 1888-ci ildə yenidən həbs olunaraq Ərdəbildə yerləşən Narın qalaya yerləşdirilir. İki il həbsdə olduqdan sonra orda tanış olduğu şəxsin köməkliyi ilə həbsdən qaçır və bir müddət şahsevən tayfası olan Alarlılar ilə birgə yaşayır. 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar.
Səttar Zülfüqarov
Səttar Abuzər oğlu Zülfüqarov (26 iyun 1910, Çiçi, Quba qəzası – oktyabr 1976) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1965–1971). Səttar Abuzər oğlu Zülfüqarov 1910-cu ildə hazırkı Quba rayonunun Çiçi kəndində kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildən inşaatçı-texnik işləmiş, 1934-cü ildən Pyatiqorsk Zootexnika İnstitutunun tələbəsi olmuşdur. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır. 1938-ci ildə institutu bitirən Səttar Zülfüqarov Ağstafa atcılıq zavodunda işləmişdir. 1939–1943-cü illərdə o, burada zootexnik, zavodun direktoru vəzifələrində çalışmışdır. 1943-cü ildən Azərbaycan SSR xalq əkinçilik komissarının müavini və sovxozlar nazirinin müavini olmuşdur. 1950-ci ildən Bakı ət kombinatının baş zootexniki, atçılıq zavodunun direktoru, Azərbaycan SSR Nazirlər Sovetinin heyvandarlıq bölməsinin rəisi, 1959-cu ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır. 1962–1965-ci illərdə Səttar Zülfüqarov tədarük nazirinin müavini, quşçuluq sənayesi idarəsinin rəisi, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. 1965-ci ilin oktyabrında Azərbaycan SSR ət və süd sənayesi naziri təyin edilmişdir.
Səttar Zərdablı
Zərdablı Səttar Mahmud oğlu (d. 5 may 1937, Allahqulubağı, Zərdab rayonu — ö. 29 oktyabr 2014, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977). Səttar Zərdablı 1937-ci ilin mayın 5-də Zərdab rayonunun Allahqulubağı kəndində anadan olub. M. Qirki adına Zərdab orta məktəbini bitirəndən sonra 1957–1959-cu illərdə Bakı Mədəni Maarif Texnikumunun mədəni-maarif şöbəsində, 1959-cu ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil almışdır. 1964–1979-cu illərdə patiyanın XXII qurultayı adına Bakı Neftayırma zavodunun klubuna bədii rəhbər, Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda müdir, Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evində məsləhətçi, "Mozalan" satirik kinojurnalında redaktor olmuşdur. 1981-ci ildə "Kirpi" satirik jurnalının felyetonlar şöbəsinin əməkdaşı, 1992-ci ildə "Mozalan" müstəqil ictimai-siyasi satirik qəzetinin felyetonlar şöbəsinin müdiri vəzifələrində çalışmış, 1994-cü ildən "Güzgü" qəzetinin baş redaktoru olmuşdur. 1992-ci ildə H. Zərdabi Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti olmuş şair öz şəxsi maşınını sataraq Həsən bəy Zərdabinin qəbrini düzəltdirmiş, eyni zamanda Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədri olmuşdur. İlk şeiri olan "Şəlalə" adlı qoşma 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Onun yaradıcılığında " Lenin haqqında nəğmələrim" silsilə şeirlər başlıca yer tuturdu.
Səttar Əsədov
Səttar Məcid oğlu Əsədov (15 mart 1910, Şuşa – 11 fevral 1974, Bakı) — Azərbaycan zooloq–parazitoloqu, biologiya elmləri doktoru (1961), professor (1969), Azərbaycan SSR EA-nın həqiq üzvü (1968), akademik. Səttar Əsədov 15 mart 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ali təhsilini 1939-cu ildə Bakı Dövlət Universtetinin Biologiya fakültəsində almışdır. 1945-ci ildə biologiya üzrə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. Azərbaycan SSR EA Zoologiya İnstitutunda direktor müavini (1948–1950), direktor (1950–1960) olmuşdur. 1960–1974-cü illərdə təşkil etdiyi ekoloji parazitologiya laboratoriyasının rəhbəri idi. Əsas tədqiqatı parazitologiyanın mühüm nəzəri məsələlərinə, sahiblərə və landşafta görə parazitlərin spesifikliyinə, onların təbii və məhəlli ocaqlarına həsr edilmişdir. Səttar Əsədov Azərbaycan ərazisini ekoloji helmintoloji rayonlara ayırmış və bu məqsədlə xəritələr tərtib etmişdir. Onun ixtisaslı kadrlar hazırlanmasında xidməti var.
Səttar Bəhlulzadənin heykəli
Səttar Bəhlulzadənin heykəli — Azərbaycan rəssamı Səttar Bəhlulzadənin Bülbülə gölü yaxınlığında, rəssamın doğma kəndindəki Əmircan qəbiristanlığında heykəli. Heykəlin heykəltaraşı Ömər Eldarovdur. 1975-ci ildə, sənətçinin ölümündən bir il sonra bir heykəl quruldu. Bahlulzadənin iki boş şəkil çərçivəsinə əsaslanaraq, onun sevimli landşaftına baxdığını təsvir edir. Sənət tarixçisi Samir Sadıqovun sözlərinə görə, heykəltaraşlıqda yer, tərkibi, dinamika və təsviri bir-birini tamamlayır. Sadıqovun fikrincə, çərçivələr, məkan və estetik roldan başqa, imic rolunu oynayır. Heykəltəraş Ömər Eldarov deyib ki, Səttar Bəhlulzadənin "ürəyinin çağırışı ilə" heykəli yaratdı.
Səttar Bəhlulzadə (film, 1989)
Film böyük fırça ustası, xalq rəssamı, Azərbaycan təsviri sənətinin inkişafında əhəmiyyətli rol oynamış Səttar Bəhlulzadənin həyat və sənət dünyasından bəhs edir. Kinolentdə Moskva və Leninqrad sənətşünasları, Azərbaycanın tanınmış rəssamlarından Tahir Salahov, Maral Rəhmanzadə, Səttar Bəhlulzadənin Azərbaycan və bütün ölkə incəsənəti üçün inkişafındakı böyük xidmətlərindən söhbət açırlar. Rejissor: Davud İmanov Ssenari müəllifi: Azər Abdulla Operator: Rafiq Quliyev Səs operatoru: Şamil Kərimov Bəstəkar: Cavanşir Quliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Səttar Bəhlulzadənin ev-muzeyi
Səttar Bəhlulzadənin Ev-muzeyi — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycan xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) Səttar Bəhlulzadənin yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyidir. 1994-cü ildə- Muzey Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyinin təşkil olunması haqqında müvafiq Sərəncamına əsasən yaradılmışdır. Mayın 23-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ev-muzeyinin təmir, bərpa və ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçirildi. Mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri, tanınmış rəssam və sənətşünaslar, ictimaiyyət nümayəndələri iştirak edirdi. Muzeyin ekspozisiyası evin iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin kiçik otağında rəssamın "Corat qovunları" adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, S.Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb. Burada Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, məşhur əsərlərinin reproduksiyaları nümayiş olunur. Muzeydə rəssamın molberti, palitrası, fırçaları, yazı stolu, radiola, başqa məişət əşyaları, haqqında yazılmış kitablar, müxtəlif illərin mətbuat səhifələrində, nəşrlərdə dərc olunmuş yazılar və s. sərgilənir.
Virdü-Səttar
Virdü-Səttar — Seyid Yəhya Bakuvinin əsərlərindən biri, onlar arasında xüsusi yer tutur. Xəlvətilik təriqəti mənsublarının hər gün oxuduqları bu vird ərəb dilində və olduqca səlis bir üslubdadır. Tədqiqatçılar məzmununu üç qismə ayırırlar. Birinci hissədə Allaha dua və səma edilir,ikinci bölümdə Allahın sifətləri və 99 adı xatırlanır. Üçüncü bölümdə Məhəmmədə, ilk dörd xəlifəyə, Əhli Beytə, Həmzə və Abbasa dua və salamlar edilir. Müridlərin səsli olaraq icra etdikləri bu virddən sonra gizli oxuyacaqları qısa bir dua da vardır. Övradi-Yəhya, Virdü-Səttar, Virdi-Yəhya, Virdi-Xəlvətiyyə kimi adlarla yad olunan bu əsərə dəfələrlə şərh yazılmışdır. Kitabxanalarda bir çox əlyazması olmaqla yanaşı dəfələrlə müxtəlif ölkələrdə nəşr də edilmişdir. Lakin Azərbaycanda nəşr edilməmişdir. Süleymaniyyə kitabxanası,Hamidiyyə,842/2 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,727/5 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,707/5 Süleymaniyyə kitabxanası,Hacı Mahmud,4123 Süleymaniyyə kitabxanası,Aşir əf.,426/20 Süleymaniyyə kitabxanası,Çələbi Abdulla,3/6 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1415/1 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1330/6 Süleymaniyyə kitabxanası,Üşşaqi-təkyə.
Əbdül Səttar Ədhi
Əbdül Səttar Ədhi (1928 – 8 iyul 2016, Kəraçi) — Dünyanın ən varlı və ən məşhur xeyriyyəçi dilənçisi. Pulu olmadığı üçün anasını həkimə apara bilməməsi və məhz pulsuzluq və yoxsulluqdan anasının ölməsi onun həyatına ciddi təsir göstərmişdir. Sonradan dilənçilikdən qazandığı pullarla yoxsulların müalicə ala biləcəyi 250-dən artıq xəstəxana tikdirmişdir. Nəticədə o, Kəraçi küçələrində sədəqə istəyən dilənçidən millət qəhrəmanına çevrilmişdir. Bu barədə o belə demişdir: "Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı". Ədhi dilənərək qazandığı pulları yığıb 1951-ci ildə ilk kiçik klinikasını tikdirmişdir. Əlsiz-ayaqsızlar üçün klinikada pulsuz müayinə təmin edən, topdansatış anbarlardakı dərmanları alaraq yoxsullara çox ucuz qiymətə satan Ədhi insanların rəğbətini qazandıqdan sonra iş adamları, siyasətçilər, adi insanlar ona külli miqdarda xeyriyyə ianələri verməyə başladılar. Dilənçilikdən qazandığı pulları bağışlanan ianələrlə cəmləyən Ədhi Pakistanın ilk təcili yardım maşınını alaraq yoxsulların xidmətinə verir. O, artıq 50 ildən çoxdur ki, dilənçiliyini davam etdirir. Əməlləri barədə deyir: "Yoxsulam, doğrudur, amma pula məndən çox ehtiyacı olanlar var.
Səttar xan (dəqiqləşdirmə)
Səttar xan
Səttar xan (film)
Səttar xan filmi (farsca:ستار خان) — Əli Hatəmi tərəfindən 1972-ci ildə çəkilmiş bioqrafik film. Film İran azərbaycanlılarından olan Səttar xan və onun həyatından bəhs etməkdədir. Həmçinin filmdə Səttar xanın Məşrutə inqilabında oynadığı rol geniş şəkildə əks etdirilmişdir. Filmdə öz dövrünün tanınmış aktyorları olan Əli Nasirian, İzzətullah Entezami, Pərviz Səyyad, İnayət Bəxşi və Cahangir Fouruhar və s. çəkilmişdir. Filmdə həmçinin, digər azərbaycanlı məşhur inqilabçılar olan Heydər xan Əmioğlu və Bağır xan obrazları da yaradılmışdır.
Bu, Səttar Bəhlulzadədir (film, 1969)
Bu, Səttar Bəhlulzadədir qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Axundov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film respiblikanın xalq rəssamı, təbiət vurğunu, görkəmli fırça ustası Səttar Bəhlulzadəyə həsr edilmişdir. 1969-cu ildə Kiyevdə "Prometey-69" zona festivalında film ədəbiyyat və incəsənət xadimlərinin yüksək bədii səviyyədə təsvir edilməsinə görə xüsusi diploma layiq görülmüşdür. == Məzmun == Film Respublikanın xalq rəssamı, təbiət vurğunu, görkəmli fırça ustası Səttar Bəhlulzadəyə həsr edilmişdir. Filmdə rəssamın son dərəcə orijinal yaradıcılıq üslubu öz əksini tapmışdır. == Festival və mükafat == 1969-cu ildə Kiyevdə "Prometey-69" zona festivalında film ədəbiyyat və incəsənət xadimlərinin yüksək bədii səviyyədə təsvir edilməsi üçün xüsusi diploma layiq görülmüşdür.
Emin Səttarov
Emin Ramin oğlu Səttarov (25 may 2001, Bakı – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Səttarov 2001-ci il mayın 5-də Bakı şəhərində anadan olub. 2008-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsi 10 nömrəli Sanatoriya tipli İnternat məktəbinin 1-ci sinfinə qəbul olub. 2017-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olmuşdur. 3 il mərkəzdə təhsil aldıqdan sonra 22.06.2020-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzini bitirmişdir. 2020-ci ilin iyulun 2-sində Hərbi Komissarlıqdan çağırış vərəqi gəlmişdir. 08.07.2020-ci ildə əsgər gedir. 09.08.2020-ci ildə Ağcabədi rayonunun N saylı Hərbi hissəsində andiçmə olur. İki ay sonra Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi N saylı hərbi hissəyə aparılır. Azərbaycan Ordusunun əsgəri olan Emin Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib.
Fatma Səttarova
Fatma Hüseyn qızı Səttarova (yanvar 1922, Bakı) — Azərbaycanlı uzunömürlü, Müharibə və əmək veteranı. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri. Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1940-cı ildə Bakıda Tibb Texnikumundan yenicə məzun olmuş, 1941-ci ilin yanvarında ailə həyatı qurmuşdu. Beş ay sonra isə İkinci Dünya müharibəsi başlayıb. Texnikumda hərbi kafedra olub. Məktəbi qurtaranda Fatma Səttarovaya diplomla yanaşı, hərbi rütbə və hərbi bilet də veriblər. Cəmi bir neçə aydan sonra onun həyatı tamamilə dəyişir. İyunun 22-də Almaniyanın Sovet İttifaqına hücum etməsi elan olunur.
Murad Səttarlı
Murad Mütəllim oğlu Səttarlı (9 may 1992-ci ildə Şəmkirdə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçudur. 2014-cü ilin yanvar ayında Murad Qarabağ klubundan Simurq klubuna transfer olunmuş və bu klub ilə altı aylıq müqavilə imzalamışdır. Bir il sonra 2015-ci ilin yanvar ayında Səttarlı qarşılıqlı razılıq əsasında Simurq ilə yollarını ayırmışdır. 17 iyun 2016-cı ildə Murad Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. 25 dekabr 2017-ci ildə Murad Kəpəz klubu ilə bir illik müqavilə imzalamışdır. Murad Səttarlı Azərbaycanın əsas milli komandası ilə debütünü 26 may 2016-cı ildə yoldaşlıq oyununda Andorra millisinə qarşı oyunda etmişdir. 20 May 2016 tarixində yenilənib 26 May 2016-cı il məlumatlarına əsasən.
Məqsəd Səttarov
Məqsəd Səttarov (1925, Ağstafa – 2000, Bakı) — AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Məqsəd Məhəmmədəli oğlu Səttarov 1925-ci ildə Poylu kəndində kəndli ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Məqsəd Səttarov 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, AMEA-nın Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışmışdır. Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir. Məqsəd Səttarov 2000-ci ildə Bakıda vəfat etmişdir. Professor Tofiq Məmmədovun əmisi oğlu. Məqsəd Səttarovun elmi yaradıcılığı ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini, din və ateizm məsələlərini əhatə etmişdir. Alim Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi yollarını araşdırmışdır. Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə və tarix kafedrasının elmi-nəzəri və kadr potensialının artırılmasında Məqsəd Səttarovun xidmətləri çox olmuşdur.
Samir Səttarov
Samir Kamal oğlu Səttarov (22 mart 1979, Naxçıvan) — Azərbaycan və polyak alimi: filoloq, dilçi, mədəniyyətşünas, politoloq və sosioloq. Samir Səttarov 1979-cu ilin mart ayının 22-də Naxçıvan şəhərində anadan olub. 1996-cı ildə Naxçıvan səh. 3 saylı orta məktəbini bitirib. 2000-ci ildə Bakı Slavyan Universitetinin Slavistika fakültəsini bitirərək, Polyak filologiyası üzrə bakalavr elmi dərəcəsini əldə etmişdir. 2003-cü ildə Bakı Slavyan Universitetinin Regionsunaslıq və Tərcümə fakültəsini bitirib Dilşünaslıq üzrə magistr elmi dərəcəsini (fərqlənmə diplomu ilə) əldə etmişdir. 2005-ci ildə Varşava Universitetinin Şərqi Avropa Tədqiqatları Institutunun Mədəniyyətşünaslıq və Politologia fakültəsini bitirib politologiya və mədəniyyətşünaslıq üzrə magistr elmi dərəcəsini əldə etmişdir. 2011-ci ildə Polşa Elmlər Akademiyasının Sosiologiya və Fəlsəfə Institutunun doktoranturasını (fərqlənmə diplomu ilə) bitirərək əsas ixtisası sosiologiya, əlavə ixtisası ədəbiyyat fəlsəfəsi olmaqla sosiologiya üzrə ictimai elmlər doktoru elmi dərəcəsini əldə etmişdir.[mənbə göstərin] 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda Təhsil şöbəsinin müdiri, Həmkarlar təşkilatının sədri vəzifəsində işlərib. 2023-cü ildən AMEA Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavinidir. 2005–2006-cı illərdə Bakı Slavyan Universitetində polyak dili və ədəbiyyatı müəllimi vəzifəsində işləmişdir.

Значение слова в других словарях