TƏDQİQ
TƏDQİQATÇI
OBASTAN VİKİ
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ekoloji tədqiqat metodları
== Ekoloji tədqiqat metodları == Rastlaşma (qarşılaşma) metodu — biosenozda növ fərdlərinin tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda təsadüfi təcrübə sahələrində növlərin hesaba alınması. Dama (kletka) metodu — mal-qara otarılan otlaqlarda məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot) hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır. Klinsekt metodu — yerüstü fiotkütlənin quruluşu, kütləsi və həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov, 1970) köməyi ilə maili (45) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu ilə öyrənilməsi. Tipik sahə ("açar", test sahəsi) seçmə metodu — hər hansı bir ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün xüsusiyyətlərinin tədqiq olunması, adətən, belə sahələr xəritələşdirilir. Xətti kəsişmə metodu — dartılmış ip və ya məftil boyu düz xətt üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyektiv örtmə dərəcəsinin təyini. Nişanlanmış atomlar metodu — ekologiyada və geobotanikada qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə fıtofaqlarm axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu metoddan istifadə edilir.
Elmi-tədqiqat institutu
Elmi-tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə Elmi tədqiqat institutu müstəqil ya müvafiq dövlət orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir: — elmi tədqiqat institutunun strukturunu müəyyən edir — elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir — elmi tədqiqat müəssisəsinin ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir — ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır Azərbaycanda müxtəlif sahələrdə elmi tədqiqat institutlari yaranib. Onlardan tibb, kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə.
Psixologiyanın tədqiqat metodları
Psixologiya— sahəsində geniş tədqiqat metodları tətbiq olunur. Bu üsullar məlumatın əldə edildiyi mənbələrə, məlumatın necə nümunə götürülməsinə və məlumatların toplanmasında istifadə olunan vasitələrə görə fərqlənir. "Metod" yunan sözü olub, nəyəsə nail olmaq yolu deməkdir (yun. methodos — psıa — tədqiqat və yabilik yolu, "yol" və yun. — söz, fikir, anlayış pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan "üsul" termini də işlədilir). Metodlar həmçinin parametrlərinə görə keyfiyyət məlumatları, kəmiyyət məlumatları və ya hər iki parametrli məlumatları öyrənir. Niteliksel psixoloji tədqiqat , tədqiqat tapıntılarının riyazi- statistik və ya digər kəmiyyət metodları ilə əldə edilmədiyi halda alınır. Kəmiyyət psixoloji tədqiqat tədqiqat nəticələrinin riyazi modelləşdirmə və statistik qiymətləndirmə və ya statistik nəticələrdən meydana çıxdığı halda alınır. Psixoloji tədqiqatın üç əsas növü vardır: Müvafiq tədqiqat Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
== Haqqında == İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Psixologiyanın tədqiqat metodlarının siyahısı
Psixologiya sahəsində geniş tədqiqat metodları tətbiq olunur. Bu üsullar məlumatın əldə edildiyi mənbələrə, məlumatın necə nümunə götürülməsinə və məlumatların toplanmasında istifadə olunan vasitələrə görə fərqlənir. Metodlar həmçinin parametrlərinə görə keyfiyyət məlumatları, kəmiyyət məlumatları və ya hər iki parametrli məlumatları öyrənir. Niteliksel psixoloji tədqiqat , tədqiqat tapıntılarının riyazi- statistik və ya digər kəmiyyət metodları ilə əldə edilmədiyi halda alınır. Kəmiyyət psixoloji tədqiqat tədqiqat nəticələrinin riyazi modelləşdirmə və statistik qiymətləndirmə və ya statistik nəticələrdən meydana çıxdığı halda alınır. Psixoloji tədqiqatın üç əsas növü vardır: Korrelativ tədqiqat Müşahidə Eksperimental tədqiqat Bəzi əsas psixoloji tədqiqat dizaynları və məlumat toplama üsulları aşağıdakılardır: Arxiv tədqiqatı Keys üsulu - əksərən tədqiqat metodları başlığı altında qeyd olunsa da, əslində yalnız bir tədqiqat metodundan ibarət deyil. Keys üsulu metodologiyası müxtəlif tədqiqat metodlarından (məsələn, müsahibə, müşahidə, özünü hesabat anketi) istifadə edir. Tədqiqatçılar tədqiqat məlumatların müvafiq təqiqat sahələri üçün nə demək olduğunu öyrənirlər. Beləliklə, keys üsulu tədqiqatları bir metod deyil, metodologiyadır. Kompüter simulyasiyası (modelləşdirmə) Məzmun təhlili Hadisə seçmə metodologiyası, həmçinin təcrübə seçmə metodologiyası gündəlik təhsil və ya ekoloji ani qiymətləndirmə Eksperiment əksərən müalicə və nəzarət qruplarına bölünür( elmi nəzarət və eksperimentlərin dizaynına baxın).
Qafqaz Tədqiqat Resurs Mərkəzi
Tədqiqat
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tədqiqat şəbəkəsi
Tədqiqat şəbəkəsi (ing. Research network) – elmi işlərə dəstək məqsədi daşıyır. Əksər tədqiqat şəbəkələri bir-biri ilə birləşib qlobal tədqiqat şəbəkəsi yaradır. R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Tədqiqat stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Tədqiqat Universiteti
Tədqiqat universiteti — elmi tədqiqatın universitetin işinin mərkəzi hissələrindən biri olduğu xüsusi bir universitet növüdür.Cənubi Kaliforniya Universiteti. Onlar ictimai və ya özəl ola bilər və çox vaxt tanınmış adlara malikdirlər.Belə universitetlər elmi araşdırmaların özünə böyük diqqət yetirir və çox vaxt elmə tanınmış adları daxil edirlər.Tədqiqat universitetlərində bakalavr dərəcələri çox vaxt peşə deyil, akademikdir və tələbələri xüsusi peşəkar karyeralara hazırlamır, lakin bir çox işəgötürənlər hələ də tədqiqat universitetlərinin dərəcələrini qiymətləndirirlər, çünki onlar tənqidi düşünmə kimi bacarıqları təmin edirlər. Qlobal miqyasda tədqiqat universitetləri ABŞ və Yaponiya istisna olmaqla, əsasən dövlət universitetləridir. Müasir tədqiqat universiteti konsepsiyası ilk dəfə Almaniyada 19-cu əsrin əvvəllərində, Wilhelm von Humboldt "Einheit von Lehre und Forschung" (tədris və tədqiqatın vəhdəti) konsepsiyasına diqqət yetirdiyi təhsilin yaradılması vasitəsi kimi vizyonunu müdafiə etdiyi zaman ortaya çıxdı. Həqiqət, gözəllik və yaxşılıq anlayışını inkişaf etdirməli olan universitet təhsilinin əvvəlki məqsədləri deyil, əsaslar (təbiət elmləri, sosial elmlər və humanitar elmlər) yönümlü bir təhsil yaratmaq idi. ABŞ-da ali təhsil tarixi üzrə ixtisaslaşmış tarixçi Rocer L. Geiger iddia edirdi ki, “Amerika tədqiqat universiteti modeli Amerika İnqilabından əvvəl qurulmuş beş müstəmləkə kollecləri (Harvard Universiteti, Yel Universiteti, Pensilvaniya Universiteti, Prinston Universiteti və Kolumbiya Universiteti ), beş dövlət universiteti (Miçiqan, Viskonsin, Minnesota, İllinoys və Kaliforniya) və beş özəl universitet yarandığı gündən tədqiqat universiteti (MIT, Cornell, Johns Hopkins, Stanford və Çikaqo) olmaq üçün dizayn edilmişdir. 1960-cı illərdən bəri Amerika tədqiqat universitetləri, xüsusən də Amerikanın aparıcı ictimai tədqiqat universiteti olan Kaliforniya Universiteti bütün dünyada model rolunu oynayır. Bu gün Şimali Amerikanın ən nüfuzlu tədqiqat universitetləri Amerika Birləşmiş Ştatları və Kanadada 66 əsas tədqiqat universitetindən ibarət seçilmiş bir qrup olan Amerika Universitetləri Assosiasiyasına məxsusdur. Liverpul Universitetinin Ali Təhsil İdarəsinin professoru Con Taylor uğurlu tədqiqat universitetlərinin əsas xüsusiyyətlərini aşağıdakı kimi müəyyən edir: "Təmiz və tətbiqi tədqiqatların mövcudluğu" "Elmi yönümlü təlim təchizatı" "Akademik fənlərin genişliyi" "Magistratura proqramlarının yüksək nisbəti" “Xarici gəlirin yüksək səviyyəsi” “Beynəlxalq perspektiv” Filip Altbah tədqiqat üniversitetlərinin müvəffəq olması üçün lazım olan fərqli,oxşar olsa da,əsas xüsusiyyətlər toplusunu müəyyənləşdirir: Diferensiallaşdırılmış ali təhsil sistemində akademik iyerarxiyanın ən yüksək pilləsində və müvafiq dəstək alan Əksər hallarda dövlət qurumları Qeyri-universitet elmi-tədqiqat institutlarının universitetlərlə güclü əlaqələri olmadığı halda, onların rəqabəti azdır Ən yaxşı işçiləri və tələbələri cəlb etmək və tədqiqat infrastrukturunu dəstəkləmək üçün digər universitetlərdən daha çox maliyyə Adekvat və davamlı büdcələr Tələbə ödənişlərindən və əqli mülkiyyətdən gəlir əldə etmək potensialı Uyğun otaqlar Akademik azadlıq Milli Elmlər, Mühəndislik və Tibb Akademiyalarının 2012-ci il hesabatı Amerika kontekstində tədqiqat universitetlərini aşağıdakı kimi əlavə xüsusiyyətlərə malik intellektual azadlıq, təşəbbüskarlıq və yaradıcılıq, mükəmməllik və açıqlıq dəyərlərinə malik olaraq müəyyən etdi: Böyük və hərtərəfli olmaq – Clark Kerr tərəfindən "multiversitet" Tələbə yaşayış təcrübəsini vurğulayaraq (xüsusilə Amerika tədqiqat universitetlərini kontinental Avropadakı universitetlərdən fərqləndirən kimi qeyd olunur) Ali təhsilin tədqiqatla inteqrasiyası Tədqiqat və təqaüdlə məşğul olan müəllimlərin olması Aydın və cəsarətli rəhbərlik Гайгер, Роджер Л. Знания и деньги. Исследовательские университеты и парадокс рынка / Пер.
Alaşşünaslıq tədqiqat mərkəzi
Alaşşünaslıq tədqiqat mərkəzi — 2008-ci ildə Semey Dövlət Pedaqoji İnstitutu nəzdində yaradılmış tədqiqat mərkəzi. Mərkəzin yaradılmasına əsas kimi Semey şəhərinin sol hissəsinin XX əsrin əvvəllərində Alaş şəhəri olması və Alaş Orda tarixində xüsusi yer tutması göstərilirdi. Mərkəzin direktoru Şanbay Turdıkuldur. Mərkəzin müasir biliklərə əsaslanan sahə proqramı konkret elmi istiqamətlərlə sistemli və hərtərəfli müəyyənləşdirilmişdir. Mərkəzin fəaliyyətinin prioritet istiqaməti Alaş Orda xadimlərinin həyat və yaradıcılığını öyrənməkdir. Nəticədə 100 cildlik "Alaş kitabxanası" seriyası işıq üzü görmüşdür. İlk 10 kitab həmin il nəşr olunmuşdur. Mərkəzin konseptual istiqaməti "Alaş" ensiklopediyasının hazırlanmasıdır. Ensiklopediyanın lüğəti ətraflı hazırlanaraq ekspertlərin müzakirəsinə təqdim edilmişdir. Mərkəzin fundamental tədqiqat istiqaməti alaşşünaslığa dair silsilə elmi topluların formalaşdırılmasıdır.
Tədqiqat və inkişaf
Tədqiqat və inkişaf (və ya qısaca TƏ-İN) OECD tərəfindən "biliklərin artırılması üçün sistematik şəkildə həyata keçirilən yaradıcılıq işləri və bu biliklərdən yeni tətbiqetmələr yaratmaq üçün istifadə edilməsi" kimi təyin olunmuşdur. Tədqiqat və inkişaf üç hissədən ibarətdir: Əsas tədqiqat Tətbiqi tədqiqat Eksperimental inkişaf. Tədqiqat və inkişaf, mədəniyyət, insan və cəmiyyət biliklərindən ibarət olan məlumat bazasını artırmaq və ondan yeni proseslər, sistemlər və tətbiqetmələr hazırlanması üçün istifadə məqsədilə, sistemli şəkildə həyata keçirilən yaradıcı fəaliyyəti, ətraf mühitə uyğun məhsul dizaynı və ya proqram fəaliyyətləri ilə öz sahəsində elmi və texnoloji inkişafı təmin edən, elmi və texnoloji cəhətdən bir qeyri-müəyyənliyə yönəlmiş və nəticələri orijinal, eksperimental, elmi və texniki fəaliyyətləri əhatə edir. Tədqiqat və İnkişaf; Həm bir şirkət, həm də bir ölkə üçün yenilik sayəsində böyümənin və inkişafın vacib bir elementidir. TƏ-İN həyata keçirən təşkilatlar öz məhsuldarlığını və istehsal keyfiyyətini artırmağı və ya yeni məhsul və xidmətlər yaratmağı hədəfləyirlər.
Pew Tədqiqat Mərkəzi
Pew Tədqiqat Mərkəzi — Vaşinqtonda yerləşən tədqiqat mərkəzi. ABŞ-da və dünyada yaranan sosial problemlər, ictimai rəy və demoqrafik tendensiyalar haqqında məlumat verir. Həmçinin ictimai rəy sorğuları, demoqrafik tədqiqatlar, kontent-təhlil və digər sosial araşdırmalar aparır. Pew Araşdırma Mərkəzi, öz bəyanatlarına görə, siyasi mövqe tutmur və Pew Charitable Trusts-ın törəmə şirkətidir .
Aqromexanika Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu — Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan elmi-təqdiqat müəssisəsi. == Haqqında == Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli qərarı əsasında, о zaman yeni yaradılmış Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının tərkibindəki sahə institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Kənd Təsərrüfаtının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutu yaradıldı. 1997-ci ildə institutun adı dəyişdirilərək «Aqromexanika» Elmi Istehsalat Mərkəzi, hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il qərarı ilə Azərbaycan Elmi-Tədqiqat «Aqromexanika» Institutu adı altında fəaliyyət göstərir. Institutun tərkibində hal-hazırda «Maşınqayırma», «Emal maşınları», «Elmi-texniki informasiya», «Heyvandarlığın elektromexanikləşdirilməsi və avtomatlaşdırılması» şöbələri, «Maşınlar sistemi», «Texniki bitkilərin mexanikləşdirilməsi», «Bağçılığın və üzümçülüyün mexanikləşdirilməsi», «Normativlərin işlənməsi», «Texniki servis və diaqnostika», «Bitkiçilik məhsullarının emalı və saxlanılması», «Alternativ və bərpa olunan enerji mənbələri» laboratoriyaları, «Yeni mаşınlаrın və tərtibatların konstruksiya edilməsi», «Texniki vasitələr», «Təsərrüfat» və «Texniki təchizat» bölmələri vardır. 1980-ci il dekabrın 16-da Umummilli liderimiz Hеydər Əliyеv Gəncədə olarkən institut tərəfindən hazırlanmış müxtəlif qurğu, avadanlıq və maşınlarla tanış olmuş və öz müsbət münasibətini bildirmişdir. Bütün bunların nəticəsi idi ki, institut 1986-cı ildə Azərbaycan Respublikası Həmkarlar Ittifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bavrağını, 1986-87-ci illərdə isə Ittifaq ET institutları аrаsında ixtiraçılıq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur. İnstitutun əməkdaşları tərəfindən 340-dan artıq ixtiraya keçmiş Sovetlər Ittifaqı, Rusiya Federasiyаsi və Azərbaycan Respublikasının müəlliflik şəhadətnaməsi və patenti, 80 adda yeni maşın və qurğu, 5 yeni texnologiya və mаşın kompleksi, 27 ədəd tövsiyə işlənib hazırlanmış, 38 yeni konstruksiyalı kənd təsərrüfatı mаşınları keçmiş ittifaq maşınlar sisteminə daxil edilmişdir ki, onlardan da 8-i keçmiş SSRİ-nin maşınqayırma zavodlarında seriya şəklində buraxılışa verilmişdir. Bu konstruksiyalara 7 Beynəlxalq sərgidə (SSRİ, ÇSSR, İran) 2 qızıl, 7 gümüş və 7 bürünc medal, 1 ixtiraya isə Fransa, Bolqarıstan və AFR-in patentləri alınmışdır. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu adlanırdı.
Avropa Tədqiqat Universitetləri Liqası
Avropa Tədqiqat Universitetləri Liqası (ing. League of European Research Universities, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir == Tarixi == LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb. == LERU statistikası == 550 min tələbə, həmçinin 50 min doktorant; Magistrlərə 55 min, doktorlara 12 min təqaüdün ayrılması; Ümumi tədqiqat büdcəsi — 5 milyard avro; Qrantların ümumi həcmi 300 milyon avro; Tədqiqatları və ya təhsili LERU universitetləri ilə bağlı olan 230 Nobel mükafatı və Fildsov mükafatı laureatı; 55 min nəfər professor-müəllim heyəti.
Azərbaycan tədqiqat nüvə reaktoru
Azərbaycan tədqiqat nüvə reaktoru - Azərbaycan Milli Elmlər Akademiyası Radiasuya Tədqiqatları İnstitunun hökumətə təqdim etmək istədiyi elmi-tədqiat mərkəzi layihəsi. Layihə Atom Energetikası üzrə Beynəlxalq Agentlik (МАГАТЭ) ilə birlikdə hazırlanır və 2012-ci ilin birinci yarısında hökumətin müzakirəsinə təqdim ediləcək. Layihə "Azərbaycan tədqiqat nüvə reaktorunun tikintisinə dair iqtisadi əsaslandırma" adlanır. == Həmçinin bax == Milli Nüvə Tədqiqatları Mərkəzi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Radiasiya Problemləri İnstitutu == İstinadlar == == Xarici keçidlər == Tədqiqat nüvə reaktoru kompleksi Tədqiqat nüvə reaktoru və sterilizə qurğusunun qurulması layihəsi üzrə iş aparılacaqdır Azərbaycanda Tədqiqat Nüvə Reaktoru yaradılacaq Azərbaycanda tədqiqat nüvə reaktorunun layihələndirmə işlərinə gələn il başlanacaq Azərbaycan üçün Tədqiqat Nüvə Reaktoru vacibdirmi?
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. == Haqqında == BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az. BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. == İnstitutun əsas nailiyyətləri == Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902–1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M. Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu — Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu adlanırdı. 1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bazasında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyasi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS — inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi. Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Seleksiya Nailiyyətlərinin Sınağı üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir. Az. ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutları, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir. İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir.
Şərq-Qərb Tədqiqat Mərkəzi
"Şərq-Qərb" Tədqiqat Mərkəzi — 1994-cü ildə vaxtilə Aida xanım İman­quliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problema­tikası üzrə tədqi­qatları davam et­dir­mək məqsədilə Azər­baycan Universite­tinin nəz­dində yaradılmışdır. Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avro­panın, Şərq ilə Qərbin qov­şa­ğın­da yerləşdiyi kimi öz mədə­ni inkişaf xüsusiyyətlərinə görə də həm Şərq, həm də Qərb ma­hiyyətini ehtiva edir və bu iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsidir. Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi za­ma­nın tələbidir. Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş və hələ ötən əs­rin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkir­lərinin dünyagörüşünü və yaradıcılığını özünün tədqiqat ob­yekti kimi seçmişdir. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması və «Şərq-Qərb» cunralının nəşr edilməsi Aida xanımın yaradıcılıq və təşkilatçılıq planlarının mü­hüm tərkib his­sə­si idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə təd­qiqatçı 1994-cü ildən başla­ya­raq Azər­bay­can Universiteti nəz­dində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar. Azərbaycan Uni­ver­si­tetinin rektoru fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun rəhbərliyi ilə fəaliyyətə baş­­layan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu Uni­ver­si­tetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı və Həsən Əlibəylini, iqtisad elmləri na­mi­zədi Dünyamalı Vəli­yevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi və tanınmış ərəb­şünaslar Ələsgər Məmmədov və Zahid Hüsey­novu göstərmək olar. Sonralar bu Mərkəzin fəaliyyətində digər elm sahələrinin də görkəmli nümayəndələrinin iştirak etməsi Şərq-Qərb probleminin bütün aspektlərini araşdırmağa və bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı. Azərbaycan EA-nın həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğ­­ra­­­fiya­şünas Budaq Budaq­ovun Mər­kəzin fəaliyyə­tində iştirakı Şərqlə-Qərb ara­sında elmi və iqtisadi əla­qələ­rin müzakirəsi və gənclərin bu sahələrdə tədqiqata cəlb olun­ması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bün­yadovun, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybul­layevin, Adil Məmmədo­vun, Tamilla Məm­mə­dova­nın və s.
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (Azərbaycan)
Hərbi Elmi-Tədqiqat İnstitutu
Hərbi Elmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, əlavə təhsil proqramlarını, ali təhsilin magistratura və adyunktura səviyyələrində kadr hazırlığını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi-elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. == Haqqında == Azərbaycan Respublikasının Silahlı Qüvvələrində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı prosesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu yaradılmışdır. Hərbi Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının hüquqi varisidir. Azərbaycan Ordusunda elmi fəaliyyət elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş proses olaraq hərb elminin inkişafı və onun nəticələrinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə aparılan məqsədyönlü yaradıcılıq və təşkilatçılıq işidir. Elmi fəaliyyət Azərbaycan Ordusunun geniş funksiyası ilə əlaqəli məsələləri əhatə edir, ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmək məqsədilə ordu və hərbi təhlükəsizliyin müxtəlif hərbi-siyasi, taktiki-strateji, maddi-texniki, sosial, mənəvi-psixoloji, həmçinin hərbi təhsil və elm sisteminin problemlərinin öyrənilməsini təmin edir. Elmi fəaliyyətin məqsədi hərb elminin aktual problemləri üzrə elmi tədqiqatların aparılması, onun nəticələrinin ordu quruculuğunun təkmilləşdirilməsi və ölkənin müdafiə qüdrətinin yüksəldilməsində effektiv tətbiqi, həmçinin hərbi kadrlara hərbi-elmi biliklərin verilməsi, onların praktiki fəaliyyətində istənilən məsələnin həllinə elmi yanaşma bacarıqlarının formalaşdırılması, tapşırıqların yüksək elmi səviyyədə yerinə yetirilməsini təmin etməkdir. Hərbi Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali təhsilin magistratura və adyunktura səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını, dövlət orqanlarının vəzifəli şəxslərinə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini, hərbi elmlər sahəsində elmi tədqiqat işlərinin aparılmasını və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir. Yüksəkixtisaslı kadrların hazırlanması elmi, elmi-pedaqoji, elmi-texniki və intellektual potensialın artırılmasına, elmi yaradıcılığın inkişafına və elmi biliklərin yayılmasının təmin edilməsinə xidmət edir. Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan adyunkturada fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi verilməklə həyata keçirir. Təhsil qiyabi forma üzrə, həmçinin dissertantlıq yolu ilə də reallaşdırır.
Amerika Filatelist Tədqiqat Kitabxanası
Amerika Filatelist Tədqiqat Kitabxanası (ing. American Philatelic Research Library, APRL) — ABŞ-da yerləşən dünyanın ən böyük filateliya (poçt markaları və əlaqəli materialların toplanması və tədqiqi) üzrə ixtisaslaşmış kitabxanalarından biridir. Bu kitabxana filateliya sahəsində çalışan tədqiqatçılar, kolleksiyaçılar və həvəskarlar üçün əsas məlumat mənbəyi kimi fəaliyyət göstərir. == Əsas xüsusiyyətləri == === Kolleksiyası === Kitabxanada poçt markaları, filateliya tarixçəsi, zərflər, poçt əşyaları və digər əlaqəli materiallar haqqında nəşrlər saxlanılır. Kolleksiya, həmçinin nadir poçt sənədləri, beynəlxalq poçt sistemləri haqqında məlumatlar, müxtəlif ölkələrin markalarına aid kataloqlar, filateliya jurnalları və məqalələri də əhatə edir. Kitabxana müasir tədqiqatçıların ehtiyaclarına uyğun olaraq rəqəmsal mənbələr və onlayn arxivlər təklif edir. Bu, tədqiqatçıların dünyanın istənilən yerindən kitabxananın kolleksiyalarına çıxış əldə etməsinə imkan yaradır. Onlayn resurslar arasında filateliya jurnalları, məqalələr və kataloqların rəqəmsal nüsxələri mövcuddur. APRL tədqiqatçılara və filatelistlərə öz araşdırmaları üçün xüsusi yardım və məlumat dəstəyi verir. Buraya xüsusi mövzular üzrə məsləhət, materiallara çıxış və tədqiqat materiallarının əldə olunması daxildir.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ) — == Haqqında == 1993-cu ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (indi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Elmi-Tədqiqat Aviasiya İnstitutu (ETAİ) adı ilə yaradılmış və 2010-cu ilə qədər ETAİ adı ilə fəaliyyət göstərmişdir. ETNAPİ-nin yaradılmasında əsas məqsəd “Azərbaycan Hava Yolları” QSC-nin bütün strukturlarında mülki aviasiyanın aktual elmi-texniki problemlərinin həlli, uçuşların təhlükəsizliyinin təmin edən yeni uçuş və yerüstü vasitələrin yaradılması və tətbiqi, aviamüəssisələrin fəaliyyətini tənzimləyən normativ-texniki sənədlərin işlənməsi olmuşdur. === Rəhbərləri === İnstitutun ilk rəhbəri t.e.d., professor Namiq Hacıyev (1993-2004) olmuşdur. 2004-2009-cu illərdə institutun direktoru vəzifəsini f.-r.e.d., professor Fuad Qasımov icra etmişdir. 2009-cu ildən isə instituta АМЕА-nın həqiqi üzvü, f.-r.e.d., professor Bahadır Tağıyev rəhbərlik edir. İnstitutun direktor müavini vəzifəsini Yaşar Bağırov icra edir. ETNAPİ-də iki şöbədən ibarət Konstruktor Bürosu, Təcrübə-sınaq istehsalatı sahəsi və aşağıdakı şöbələr fəaliyyət göstərir:. Aviasiya Elektronikası Şöbəsi Yeni Texnika və Texnologiyanın İşlənməsi Şöbəsi Еlmi-Texniki İnformasiya və Yeni Texnikanın Tətbiqi Şöbəsi Аviasiya Mikroelektron Vericiləri Şöbəsi Texnoloji Şöbə Aerokosmik İnformatika Şöbəsi == Aviasiya Elektronikası Şöbəsi == Aviasiya elektronikası şöbəsi 1994-cü ildə yaradılmışdır. Şöbəyə yarandığı ildən t.e.d. Rasim Nəbiyev rəhbərlik edir.
Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (İran)
İran Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (Farsca: وزارت علوم، تحقیقات و فناوری Ro: Vezārat-e Ulum, Tahqiqat va fannavari) — İran hökumətinin bir nazirliyidir. Nazirliyin rəhbəri İran Hökumət Kabinetinin üzvü olur. Hazırkı Xarici İşlər Naziri, Prezident tərəfindən namizəd göstərildikdən sonra Məclis tərəfindən təsdiqlənən Mənsur Qulamidir. Əsas binası Tehranın Qüds rayonunda yerləşir.
Fəlsəfi Tədqiqatlar Cəmiyyəti
Fəlsəfi Tədqiqatlar Cəmiyyəti 1934-cü ildə Hall, Menli Palmer tərəfindən dünyanın müdrik ədəbiyyatının öyrənilməsini təşviq etmək üçün təsis edilmiş Amerika qeyri-kommersiya təşkilatıdır. Hall, bəşəriyyətin yığılan hikmətinin hər bir insanın doğuş haqqı olduğuna inanırdı və bu məqsədlə geniş ictimaiyyətə xidmət etmək üçün bu cəmiyyəti təsis etmişdi. 1990-cı ildə cənab Hallın ölümündən sonra doktor Elm Obadia Harris ikinci prezident oldu və 2001-ci ildə Fəlsəfi Tədqiqatlar Universitetini açdı. PRS 2019-cu ildə diplomlar olmadan kurslar və sertifikatlar təklif etmək lehinə bu universiteti bağladı. PRS 50.000 cilddən çox bir araşdırma kitabxanasına sahibdir və eyni zamanda müəllifi Hall olan metafizik və ezoterik kitabları satır və nəşr etdirir. 2018-ci ildə PRS Hansell Qalereyasını sənət əsərlərini sərgiləmək üçün açdı. PRS il ərzində sənət, mədəniyyətşünaslıq, ədəbiyyat, fəlsəfə, mifologiya və digər fənləri əhatə edən müxtəlif tədbirlər və mühazirələr təqdim edir. Onun qərargahı Los-Ancelesdə, Kaliforniyadadır və Los Anceles Tarixi Mədəniyyət Abidəsi olaraq təyin edilmişdir.
Gender tədqiqatları
Gender tədqiqatları — sosial fenomenləri və onların dəyişmələrini təhlil etmək üçün sosial gender nəzəriyyəsinin idrak imkanlarından istifadə edən fənlərarası tədqiqat praktikası. Bu sahə qadın tədqiqatları (qadınlarla əlaqəli, feminizm, cinsiyyət və siyasət), kişi işləri və qəribə tədqiqatları əhatə edir. Müasir humanitar biliklərdə bu istiqamətin formalaşmasına təkan cins ilə əlaqəli məsələlərin öyrənilməsində bioloji və mədəni komponentlərin yetişdirilməsi təklifi oldu. Cinsin öyrənilməsi biologiya və fiziologiyanın mövzu sahəsidir və gender təhlili psixoloqlar və sosioloqların tədqiqat, mədəni və tarixi hadisələrin təhlili mövzusu kimi qəbul edilə bilər. Cinsiyyət araşdırmaları ümumiyyətlə cinsəlliklə yanaşı öyrənilir. == İstinadlar == == Xarici keçidlər == Ономастика для гендерных исследований (en) Статистические сборники "Мужчины и женщины России" на сайте Росстата Гендерные исследования — портал Сборник статей о гендерных исследованиях "Департамент гендерных исследований университета Блумингтон". 2006-06-05 tarixində arxivləşdirilib.
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi == Haqqında == Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını, sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Kazan Milli Tədqiqat Texnoloji Universiteti
Kazan Milli Tədqiqat Texnoloji Universiteti (tatar. Казан милли тикшеренү технология университеты, Qazan milli tikşerenü texnologia universitetı) — Kazan şəhərində dövlət ali təhsil müəssisəsi. == Tarixi == KMTTU-nun tarixi 1890-cı ildə açılan Kazan Birləşmiş Sənaye Məktəbindən başlayır. 1919-cu ildə Kazan Sənaye Məktəbi Kazan Politexnik İnstitutuna çevrildi. 13 may 1930-cu ildə Kazan Politexnik İnstitutunun Kimya fakültəsi və Kazan Dövlət Universitetinin Kimya fakültəsi əsasında 23 iyun 1930-cu ildən etibarən Kazan Kimya-Texnoloji adlandırılan Kazan Kimya İnstitutu yaradıldı. A. M. Butlerov adına institut və 23 aprel 1935–1992-ci il dekabr tarixləri arasında S. M. Kirov adına Kazan Kimya-Texnoloji İnstitutu. 1992-ci ildə Kazan Dövlət Texnologiya Universiteti (KDTU) olaraq dəyişdirildi. 2010-cu ildə universitetə ​​milli tədqiqat universiteti statusu verildi. KMTTU-da 25 mindən çox tələbə təhsil alır. Universitetdə 1670 müəllim çalışır: 330 elmlər doktoru, 236 professor, 1189 elmlər namizədi, 870 dosent.
Keyfiyyət tədqiqatı metodları
Sosial və davranış elmlərində keyfiyyət tədqiqatı ədədi informasiyaya əsaslanmayan tədqiqat üsuludur. Bu tədqiqatda müxtəlif sənədlərin, söhbətlərin, intervyuların məzmunu, baş vermiş hadisələr ətraflı araşdırılır. Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatına rast gəlmək olar. Psixologiyaya aid edilən keyfiyyət tədqiqatlarını (qualitative research) başqa elm sahələrinə aid olanlardan fərqləndirmək üçün son zamanlar psixoloji keyfiyyət tədqiqatları (qualitative psychological research) ifadəsi işlənir. Qeyd etmək lazımdır ki, sadalanan metod adları bəzən şərti xarakter daşıyır. Bir çox metodları ətraflı gözdən keçirdikdə onların bir birinə çox yaxın olduğu, bəzən isə sadəcə olaraq eyni metoda fərqli adlar verildiyi aydınlaşır. Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi əsas üç metodu göstərir: Təbii şəraitdə müşahidə Etnoqrafik tədqiqat Hadisənin öyrənilməsi Başqa mənbələrdən bu siyahıya aşağıdakıları əlavə etmək olar: Iştirakçı kimi müşahidə aparılması Məzmun analizi Fokus qrupu Qeyri struktur intervyu === Metodların qısa təsviri === Təbii şəraitdə müşahidə aparılması əslində heyvanların davranışının öyrənilməsi üsulu kimi yaranıb. Sosial psixoloqlar kəmiyyət tədqiqatlarından uzaqlaşmağa başladıqda bu metod insanlara da tətbiq edilməyə başladı. Bu üsulun başqa adı çöl tədqiqatıdır (field study). Adından da göründüyü kimi bu üsul, obyektin ona aid olan sahədə fəaliyyəti zamanı müşahidə edilməsidir.
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
Aqrar Tədqiqatlar Mərkəzi — Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum. == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. 17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. == Fəaliyyəti == Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır: Məlumat bazalaraının yaradılması Monitorinq və qiymətləndirmə Diaqnostika və təhlil Elmi tədqiqatlar Doktorantura təhsili === Məlumat bazaları === Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası Coğrafi Məlumatlar Bazası === Doktorantura təhsili === Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu (ing. CGIAR) — Kənd təsərrüfatı üzrə Beynəlxalq təşkilat == Yaradılması == Qrup 1971-ci ilin mayında Vaşinqton şəhərində Ford və Rokfellerin fondları ilə maliyyələşdirilən kənd təsərrüfatı tədqiqatlarının beynəlxalq mərkəzlərin işlərinin təmin edilməsi üçün yaradılmışdır. Mərkəzlər Dünya Bankının, FAO və digər təşkilatların rəhbərliyi altında fəaliyyət göstərir. == Strukturu == Qrupun tərkibinə 16 ayrıca fəaliyyət göstərən struktur daxildir: Bitkilərin Beynəlxalq Genetik ehtiyatları Institutu (Roma, Italiya) Quraqlıq rayonlarda beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzi (Aleppo, Suriya); Aqromeşəçilik üzrə beynəlxalq tədqiqatlar mərkəzi (Patanceru şəhəri, Hindistan); Beynəlxalq elmi-tədqiqat ərzaq siyasəti institutu (Vaşinqton şəhəri, ABŞ); Beynəlxalq tropik kənd təsərrüfatı institutu (Ibadan şəhəri, Nigeriya); Beynəlxalq su təsərrüfatı institutu (Kolombo şəhəri, Şri-Lanka); Beynəlxalq qarğıdalı və buğda mərkəzi (Mехiko şəhəri, Meksika, Peru); Beynəlxalq elmi-tədqiqat düyü institutu (Manila şəhəri, Filippin); Beynəlxalq milli kənd təsərrüfatı tədqiqatları xidməti (Haaqa şəhəri, Niderland); Çəltikçiliyin inkişafı üzrə Qərbi-Afrika Assosiasiyası (Buare, Fil sümüyü sahili); Canlı su ehtiyatlarının idarəolunması üzrə beynəlxalq mərkəz (Manila, Filippin); Beynəlxalq elmi-tədqiqat heyvandarlıq institutu.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Milli iqtisadi tədqiqatlar bürosu
«Milli iqtisadi tədqiqatlar bürosu» (ing. National Bureau of Economic Research, NBER) — 1920-ci ildə ABŞ iqtisadiyyatının obyektiv kəmiyyət təhlilini təşviq etmək üçün qurulmuş ABŞ-də özəl bir qeyri-kommersiya təşkilatıdır . Milli İqtisadi Tədqiqatlar Bürosu, ABŞ iqtisadiyyatının mikro, makro və beynəlxalq aspektlərinin yüksək keyfiyyətli təhlilinin ən böyük təminatçısıdır. Təşkilat digər məsələlərlə yanaşı iş dövriyyələrini də öyrənir. Büro tədqiqatçılarına iqtisadi dövrlərin yüksək və aşağı nöqtələrini proqnozlaşdırmaq və iqtisadiyyatın vəziyyətinin göstəricilərini inkişaf etdirmək tapşırılıb. NBER-in prezidenti Ceyms Poterbadır. Özəl, qeyri-kommersiya və tədqiqat təşkilatının əsas məqsədi iqtisadiyyatın necə işlədiyini daha yaxşı başa düşməkdir. Büro siyasətçilər, iş mütəxəssisləri və akademik ictimaiyyət arasında iqtisadi araşdırmalar dərc edir. Yüzlərlə aparıcı ABŞ iqtisadçısı və iş adamı da Milli İqtisadi Tədqiqatlar Bürosunun tədqiqatçılarındandır. Dörd növ empirik araşdırmaya diqqət yetirirlər: yeni statistik metodların inkişafı, iqtisadi davranışın kəmiyyət modellərinin qiymətləndirilməsi, dövlət siyasətinin Amerika iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və dövlət siyasətinin həyata keçirilməsi üçün alternativ təkliflərin hazırlanması.
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr. MTK, türk. Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr. MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr. MTİ, türk. Maden Tetkik ve Arama Enstitüsü, abr. MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir. MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur. Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir.
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və ya qısa şəkildə Еlmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Elmi-tədqiqat institutu (ETİ) — elmi-tədqiqat işlərinin təşkili və aparılması üçün yaradılmış müəssisə. Elmi-Tədqiqat Institutu Azərbaycan Respublikası Prezidentinin 27.09.2006-cı il tarixli, 462 nömrəli Fərmanı əsasında yaradılmışdır. Müdafiə və ikili təyinatlı məmulatların yaradılması, əsaslı təmiri və təkmilləşdirilməsi məqsədilə təcrübi-konstruktor işlərinin aparılması və nazirliyin tabeli müəssisələrində həmin məhsulların istehsalının mənimsənilməsinin təşkili; Mülki və ikili təyinatlı məhsulların yaradılması və təkmilləşdirilməsi barədə təkliflər vermək, işlər aparmaq; Qeyri-ənənəvi enerji mənbələrinin yaradılması məqsədilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması; Azərbaycan Respublikasının və xarici ölkələrin ali məktəblərinin bazasında elmi kadrların hazırlanmasının təşkili.
Nasist tibbi tədqiqatları
Nasist tibbi tədqiqatları — 1940-cı illərin əvvəllərindən ortalarına qədər, İkinci Dünya müharibəsi və Holokost dövründə, faşist Almaniyası tərəfindən həbs düşərgələrində uşaqlar da daxil olmaqla çox sayda məhbus üzərində aparılan tibbi təcrübələr. Hədəflənən əsas millətlər arasında qaraçılar, sintilər, etnik polyaklar, Sovet əsirləri, əlil almanlar və Avropadan gələn yəhudilər iştirak edirdi. Nasist həkimlər və köməkçiləri məhkumları iştirak etməyə məcbur etdilər. Tipik olaraq, təcrübələr anesteziya olmadan aparıldı və ölüm, travma, disfiqurasiya və ya daimi əlilliklə nəticələndi və bu səbəbdən tibbi işgəncə nümunələri sayılır. Auşvitz və digər düşərgələrdə, Eduard Uirtsin rəhbərliyi ilə seçilən məhkumlar, döyüş vəziyyətində Alman hərbi personalına kömək etmək, yeni silahlar hazırlamaq, yaralanan hərbi personalın sağalmasına kömək etmək və Yozef Mengelenin əkiz təcrübələri də daxil olmaqla nasist irq ideologiyasını və yevgenikasını inkişaf etdirmək üçün hazırlanmış müxtəlif təcrübələrə məruz qaldılar. Aribert Xaym oxşar tibbi təcrübələri Mauthauzendə aparmışdır. Müharibədən sonra bu cinayətlər Həkimlər Məhkəməsi olaraq bilinən məhkəmədə mühakimə olundu və bununla da Nürnberq Tibbi Etik Qanunu hazırlandı. Həkimlərin Məhkəməsində Nasist həkimləri, hərbi zərurətin təcrübələrini əsaslandırdığını və qurbanlarını Koalisiya qüvvələrinin bombardmanından alınan zərərlə müqayisə etdiklərini iddia etdilər.
Qadın tədqiqatları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universiteti
Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universiteti və ya KIMEP (qaz. ҚМЭБИ Университеті)—Qazaxıstanın Almatı şəhərində ali təhsil müəssisəsidir. KIMEP kredit əsaslı, Şimali Amerika tipli bakalavr, magistr və doktorluq dərəcələri proqramlarını təklif edən özəl, qeyri-kommersiya universitetidir. Dərslərin əksəriyyəti ingilis dilində tədris olunur. KIMEP Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin göstərişi ilə 1992-ci ildə təsis edilmişdir. KIMEP-in Almatı şəhərinin cənub-mərkəzindəki şəhərciyi, Qazaxıstan Kommunist Partiyasının keçmiş Mərkəzi Tədris Məktəbinin binalarını işğal etdi. Keçmiş Sovet İttifaqında qurulan ilk özəl ali təhsil müəssisələri sırasında idi. Nazarbayev, keçmiş iqtisadi müşaviri prezidenti Chan-Young Bangi, institutun ilk icraçı direktoru təyin etdi. İlk MBA və İqtisadiyyat MA proqramları 1992-ci ildə başladı və MPA proqramı 1993-cü ildə tələbə qəbuluna başladı. 81 MBA və MA tələbələrindən ibarət olan birinci sinif 1994-cü ildə KIMEP-ni bitirdi.

Digər lüğətlərdə