TAKTİK

i. tactician

TAKT
TAKTİKA
OBASTAN VİKİ
Avtobus (futbol taktikası)
Avtobus (ing. The bus) və ya "avtobus saxlamaq" (ing. Parking the bus) — futbolda oyun taktikası. == Tarixi == Termin ilk dəfə 2004-cü ildə Joze Mourinyo tərəfindən istifadə olunub.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Gücdən salma taktikası
Gücdən salma (de-escalation— de-eskalasiya) — gərginlik, intensivlik və ziddiyyətlərin artmasının qarşısını almaq üçün nəzərdə tutulmuş bir davranışdır. Həmçinin münaqişə həllində də istifadə olunan bir yanaşmadır. Bəzi insanlar münaqişəni böyütməyə meyilli davranışlara mənsub olduğundan, bu cür böyümənin qarşısını almaq üçün xüsusi tədbirlər görülməlidir. De-eskalasiyaya bir çox yanaşmalar mövcuddur. == Eskalasiyadan de-eskalasiyaya == Rusiya 2014-cü il Milli Müdafiə Strategiyasını (National Defense Strategy) yayımladıqdan və xüsusilə Amerikanın 2018 Nüvə Duruş İncələməsinin (Nuclear Posture Review) nəşrindən sonra ABŞ rəsmiləri, mütəxəssislər və Milli Təhlükəsizlik vizaları "eskalasiyadan de-eskalasiyaya" ifadəsini ya Rusiyanın strategiyasını təsvir etmək üçün, ya da bu təsviri tənqid etmək üçün istifadə etdilər. "Eskalasiyadan de-eskalasiyaya" kimi ifadələr paylaşıldıqları qədər səhv başa düşülən və sui-istifadə edildikləri məqamlarda daha tez yayılan ifadələrdəndir. Bu ifadə ilə bağlı problem, Rusiyanın bir münaqişəni dayandırmaq və ya dayandırmaq üçün müəyyən olunmuş eskalasiyadan (nüvə və ya başqa) istifadə etmək imkanına və ya planına malik olmaması demək deyil. Bu cür eskalasiya daha böyük bir strateji yanaşmanın yalnız bir hissəsidir, həmçinin Moskvanın Nüvə Astanasına diqqəti artırması ağaclar üçün meşəni itirmək riskini daşıyırdı. Rusiyanın bu münaqişəyə yanaşmasını, Soyuq Müharibənin sonuna qədər Amerikanın stategiyasının bir hissəsi olan "eskalasiya nəzarəti" kimi təsvir etmək olar. Soyuq Müharibədən sonrakı münaqişələrdə müəyyən çətinliklərlə qarşılaşan ABŞ, düşmənin bacardığı istənilən qarşıdurma səviyyəsində rəqiblərinə hakim ola bildi.
Hilal taktikası
Hilal (Aypara) taktikası, Turan taktikası və ya Qurd qapanı (tələsi) — düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktika. Türk dövlətləri tərəfindən sıxlıqla istifadə edilərdi. Bu taktika meydan döyüşlərində təsirli idi və iki mərhələli olaraq tətbiq olunardı: Saxta ricat (ricat — geri çəkilmə); Pusqu. Ordu, döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılardı. Mərkəz qüvvətləri düşmənə hücum edər, bir müddət sonra hücum edən bu qüvvələr, qaçar kimi geri çəkilərdi. Bunu edərkən də at üzərində ox atmaq surətiylə döyüşə davam edərdilər. Beləcə geri çəkilən əsgərlərin arxasından gələn düşmən, ordunun sağ və sol qisimi tərəfindən tələ qurulan yerə çəkilər, çevrə içinə alınaraq məhv edilərdi. Ordu, təməldə üçə ayrılar və mərkəzə ən seçmə qüvvələr toplanar. Sağ və sol cinah mərkəzdən tamamilə ayrılmamaqla birlikdə araya məsafə qoyar. Mərkəzdəki qüvvələr sürətli bir vur qaç (ümumiyyətlə mizraqlı ya da atlı qüvvətlər ilə) düşmənin mərkəz safını fayda və düşmənin sağ və sol qanadlarının ordunun bölünməməsi adına mərkəzə sürüşməsini təmin edər.
Polonez əməliyyat taktiki raket kompleksi
Polonez 300 mm kalibrli Belarus istehsalı reaktiv yaylım atəş sistemidir. == Xarakteristikası == Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.
Taktika
Taktika (tactique), fransız dilindən tərcümədə “müəyyən bir nəticəyə çatmaq üçün müxtəlif döyüş vasitələrindən səmərəli istifadə edərək quru, dəniz və ya hava döyüşlərini idarəetmə sənəti” deməkdir. Məcazi mənada, “istədiyiniz nəticəyə nail olmaq üçün istifadə olunan bütün yollar və metodlar” mənasını verir.
Taktika (şahmat)
Taktika — Şahmat termini Strategiyanın tərkib hissəsi olub, strateji planların ayrı-ayrı əməliyyatlarının həyata keçirilməsini təmin edir.
Taktiki bombalama
Taktiki bombalama (ing. Tactical bombing) — hava elementlərinin düşmən tərəfin hərbi hədəflərinə istiqamətlənmiş hava hücumlarıdır. Taktiki bombalama zamanı, qarşı tərəfin müharibə gücünün, döyüş əzminin və qərarlılığının, döyüş təchizatının məhvi əsas hədəfdir. Bu tərz hava bombardmanında düşmənin qərargagları, toplama düşərgələri, ehtiyat anbarları, top və tankçı bateriyaları kimi hərbi hədəflərindən əlavə, müharibənin davam etdirilməsinə şərait yaradan körpülər, dəmiryolu qovşaqları kimi əlaqə və xəbərləşmə məntəqələrini də vurmağa çalışır.
Taktiki nüvə silahı
Taktik nüvə silahları (TNS) və ya qeyri-strateji nüvə silahları (QSNS) — böyük hədəfləri və düşmən qüvvələrinin cəbhədə və birbaşa arxada cəmləşməsini məhv etmək üçün taktiki nüvə sursatlarıdır. Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Bu tip silahlar böyük əraziləri çirkləndirmədən, seçilən hədəfi məhv etmək üçün istifadə olunur. Strateji nüvə silahlarından fərqli olaraq, taktiki döyüş başlıqlarının TNS ekvivalenti adətən bir neçə kilotonu keçmir və çox vaxt bir kilotondan az olur. Bununla belə, taktiki nüvə silahlarını strateji silahlardan ayıran birmənalı tərif yoxdur. TNS çox geniş çeşiddə sursat şəklində mövcud ola bilər - aviasiya bombaları, raket döyüş başlıqları (əməliyyat-taktiki və taktiki sinif), artilleriya mərmiləri, minalar, dərinlik bombaları, torpedalar və s. Taktiki nüvə silahları yalnız strateji nüvə silahları qalmış Böyük Britaniyadan başqa bütün nüvə dövlətlərinin xidmətindədir (baxmayaraq ki, keçmişdə onun da taktiki nüvə silahı var idi). == Tarixi == Əvvəlcə nüvə silahları həm müstəsna gücünə, həm də ilk atom silahlarının texniki məhdudiyyətlərinə görə müstəsna olaraq strateji istifadə vasitəsi kimi təqdim edildi. Bununla belə, hələ 1945-ci ildə ABŞ ordusu taktiki problemləri həll etmək üçün nüvə silahının dağıdıcı gücündən istifadə etmək imkanını nəzərdən keçirməyə başladı: məsələn, düşmənin möhkəmləndirilmiş müdafiəsini yarmaq üçün. Belə bir müdafiənin adi döyüş sursatı ilə dağıdılması uzun artilleriya hazırlığı (bəzən uzun günlər) tələb edirdi ki, bu da düşmənə hazırlanan hücumun yerini müəyyən etməyə və ona qarşı mübarizə üçün əvvəlcədən ehtiyatları cəmləşdirməyə imkan verirdi.
Taktiki səsvermə
Taktiki səsvermə (strateji səsvermə, mürəkkəb səsvermə və ya qeyri-səmimi səsvermə) seçkilərdə ikidən çox namizəd olduqda baş verir və əsas mahiyyəti seçicinin arzuolunmaz nəticənin qarşısını almaq üçün qeyri-səmimi şəkildə dəstəkləmədiyi, lakin qazanma şansını daha yüksək qiymətləndirdiyi namizədə səs verməsindən ibarətdir. Məsələn, majoritar seçki zamanı seçici daha az üstünlük verilən, lakin məşhurluqda digərlərini üstələyən namizədə səs verməklə "daha yaxşı" nəticə əldə edə bilər. Gibbard-Sattersvayt nəzəriyyəsi göstərir ki, hər hansı diktatorial olmayan və sonda vahid qalibin seçildiyi səsvermə metodu taktiki səsvermədən təsirlənə bilər. Bununla belə, taktiki səsvermənin növü və onun kampaniya və ya seçki nəticələrinə hansı dərəcədə təsir göstərdiyi bir səsvermə metodundan digərinə nəzərəçarpan dərəcədə dəyişə bilər. Məsələn, tək qalibli seçkilər üçün majoritar seçki sistemi (MSS) iddia edir ki, müxtəlif yollarla taktiki səs vermək stimul və fürsətləri uğurlu şəkildə yarıya qədər azalda bilər. İlk öncə, MSS vətəndaşları namizədləri yox, onların vəzifəyə uyğunluqlarını dərəcələndirmələrini üçün dəvət edir: Əla (ideal), Çox yaxşı, Yaxşı, Məqbul, Zəif və Yararsız (tamamilə uyğun olmayan). Daha sonra isə MSS-in qalibi ən yüksək orta dərəcəyə sahib olan şəxs olur. Çoxsaylı qalibin müəyyən olunduğu seçkilərdə proporsional seçki sisteminin 5.5.5-ci bölməsindəki "qiymətləndirici proporsional seçki sistemi" hər bir vətəndaşı inandırmağa çalışır ki, onların vicdanlı şəkildə verdiyi səs bu səslər nəticəsində yüksək dərəcə və yaxud səlahiyyətli səsə malik olan seçilmiş namizədin mütənasib olaraq qanunverici hakimiyyətdəki səsvermə gücünü də artırır. == Taktiki səsvermənin növləri == Kompromisə getmək (bəzən, "faydalı səs") – Seçicinin qeyri-səmimi şəkildə alternativin qalib gəlməsi ümidi ilə ona yüksək sırada yer verməsi. Məsələn, nisbi çoxluq sistemində seçicilər həqiqətən dəstəklədiyi şəxsin əvəzinə qazanma şansını yüksək hesab etdiyi insana səs verə bilər (misal üçün, qarşı partiyanın məğlubiyyətinə kömək etmək naminə mübahisəli eksterimist yox, əksinə daha mübahisəsiz mülayim namizədin leyhinə səs vermək).
Toçka (taktiki raket kompleksi)
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1. Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
Xətt taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Yandırılmış torpaq taktikası
Yandırılmış torpaq taktikası (siyasəti) — geri çəkilən qoşunların hücum edən tərəfin istifadə edə bilməməsi üçün düşmən üçün bütün həyati əhəmiyyətli vasitələrin (ərzaq, yanacaq və s.) və hər hansı bir sənaye, kənd təsərrüfatı və mülki obyektləri tam və genişmiqyaslı məhv edilməsini həyata keçirən döyüş üsulu. "Yandırılmış torpaq" termini yalnız geri çəkilən ordunun hücum edən tərəf üçün həyati əhəmiyyət kəsb edən infrastrukturun dağıdılması döyüş əməliyyatlarına aiddir. 1977-ci il Cenevrə Konvensiyasının I nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunmuşdur. == Tarixi == === E.ə VI əsr === Bu taktikadan istifadə tarixdə ilk dəfə e.ə 512-ci ilə yaxın I Dara ordusunun Qara dəniz çöllərinə soxulduğu zaman (bax: Herodotun "Tarix"i IV kitabı). İskitlərlə müharibədə olmuşdur. === XV əsr === 1474-cü ilin sonunda, Osmanlı İmperiyası ilə Moldova Knyazlığı arasındakı mübarizə zamanı bu taktikadan istifadə olunmuşdur. Bu ildə Rumeli bəylərbəyi Süleyman Paşanın başçılığı ilə böyük bir Osmanlı ordusu Moldova Knyazlığının ərazisinə girdi. "Yandırılmış torpaq" taktikasını tətbiq edən Moldova knyazı III Stefan Vasluy yaxınlığında osmanlıları məğlub etdi (10 yanvar 1475-ci ildə).. === Səfəvi-Osmanlı müharibələri === ==== 1514–1555-ci illər müharibəsi ==== Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın dövründə başlayan və qısa fasilələrlə 1555-ci il Amasiya sülhünə qədər davam edən Səfəvi-Osmanlı müharibəsində I Təhmasibin dövründə "yandırılmış torpaq" taktikasından istifadə edilmişdir. Dövrün müasir silahlarına malik və daha güclü olan Osmanlı ordusu ilə birbaşa toqquşmalardan çəkinən I Təhmasib bu taktika sayəsində qarşı tərəfə döyüş meydanında ciddi uğur əldə etməsinə imkan verməmişdir.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Şahmat taktikası
Taktika — Şahmat termini Strategiyanın tərkib hissəsi olub, strateji planların ayrı-ayrı əməliyyatlarının həyata keçirilməsini təmin edir.
Pərdələnmə (taktika)
Pərdələnmə — hərbi qüvvənin xarakterini və gücünü gizlətmək, habelə düşmənin yaxınlaşması barədə əvvəlcədən xəbərdarlıq vermək, düşmənin əsas hərbi gücünə dolayı atəşlə maneə törətmək və onu təqib etmək, həmçinin düşmənin əsas orqanının fəaliyyəti haqqında hesabat əldə etmək üçün avanpost və ya postlardan ibarət yoxlama qüvvələrinin istifadə edildiyi müdafiə təhlükəsizlik taktikası. Gözləmə qüvvəsi düşmənlə təmasda olsa da, patrul apara, postlar yarada və düşmənin kəşfiyyat hissələrini məhv etməyə kömək edə bilir, lakin azad manevr etmir və qətiyyətli hərəkətə keçmir.

Digər lüğətlərdə