tar-zülmət 2021
tarabuduq
OBASTAN VİKİ
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Tara Reyd
Tara Reyd (ing. Tara D. Reid, 8.11.1975) — ABŞ aktrisası. Tara Reyd 8 noyabr 1975-ci ildə anadan olub. A Return to Salem's Lot (1987) .... Amanda Saved by the Bell: The New Class (1994) (1 bölüm) .... Sandy Days of Our Lives (1995) (5 bölüm) .... Ashley California Dreams (1996) (1 bölüm) .... Sarah The Big Lebowski (1998) .... Bunny Lebowski Girl (1998) .... Cybil Touched by an Angel (1998) ....
Tara spinosa
Tara spinosa (lat. Tara spinosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin tara cinsinə aid bitki növü.
Tara Babulfat
Tara Babulfat (3 yanvar 2006) — İsveçi təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Əbu-Dabi şəhərində (BƏƏ) Dünya Çempionatının bürünc medalına sahib olub. 2024-cü ildə İsveçi Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. Bürünc medal uğrunda görüşdə Qazaxıstan nümayəndəsi Abiba Abucaqınova üzərində qələbə qazanaraq olimpiadanı bürünc medalla başa vurub.
Ekoloji tarazlıq
Ekoloji tarazlıq- (təbiətdə) hər hansı təbii qruplaşmasında canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının, sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı. == Ümumi məlumat == Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi ekoloji tarazlığı pozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur. Bununla yanaşı, orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəverici təzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olub, normal şərait bərpa olunarkən öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyən davamlılığa malikdirlər. Çox zaman ekoloji tarazlıq pozulması dedikdə atmosferin qaz tərkibinin və hidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başa düşülür. Ekoloji tarazlıq mürəkkəb və bir-biri ilə bağlı mexanizmlərini bilmədən təbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini və təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir.
Kimyəvi tarazlıq
== Tarazlığa təsir edən amillər == Xarici şərait dəyişmədikdə sistemin tarazlıq halı uzun müddət sabit qala bilər. Xarici şərait dedikdə temperatur, təzyiq (maddələr qaz halında olduqda) və maddələrin qatılığı nəzərdə tutulur. Bunlardan birini dəyişdikdə tarazlıq pozulur və reaksiyada iştirak edən maddələrin qatılığı yeni tarzlıq halı yaranana qədər dəyişir. Yeni yaranan tarazlıqda qatılıqların qiyməti əvvəlki qiymətindən fərqlənir. Sistemin bir tarazlıq halından digərinə keçməsinə tarzlığın yerdəyişməsi deyilir. Xarici şəraitin kimyəvi tarazlığa təsiri Le-Şatelye prinsipi ilə müəyyən edilir. Bu prinsip aşağıdakı kimi ifadə olunur: Tarazlıqda olan sistemə hər hansı xarici təsir göstərilərsə, tarazlıq həmin təsirin azalması istiqamətində yerini dəyişir. Bu zaman yerdəyişmə tarazlıq yaranana qədər davam edir. === Qatılığın tarazlığa təsiri === Le-Şatelye prinsipinə əsasən reaksiyada iştirak edən maddələrdən birinin qatılığını artırdıqda tarazlıq həmin maddənin qatılığının azalması istiqamətinə yönələr.
Kventin Tarantino
Kventin Cerom Tarantino (ing. Quentin Jerome Tarantino; 27 mart 1963[…], Noksvill, Tennessi) — Amerika rejissoru, aktyoru və prodüseri. Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobus və Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları qazanmışdı. Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb. Karyerası 1990-cı illərdə müstəqil filmlərdən başlamışdı. Çəkildiyi filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003), "Şərfsiz əclaflar" (2009) daha məhşurdsur. Üslubu qeyri-xronoloji postmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilirdi. == Rejissorluq xətti == Rejissorların çoxundan fərqli olaraq Tarantino öz sənədini özü, video prokatda klerk işləyərkən öyrənmişdir. Onun kinematoqrafiya zövqü orijinal "pop-culture" və "specialty movie" sintezi təsiri altında formalaşıb.
Kventin Tarantinonun filmoqrafiyası
Kventin Tarantino — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub. 1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. Kütləvi informasiya vasitələri bu filmin müasir Hollivudun açıqlamasını verdiyini qeyd edirdi.
Kürdlər-i Tarança (Əhər)
Kürdlər-i Tarança (fars. كردلرترانچه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (28 ailə).
Lagoseris taraxacoides
Leontodon taraxacum
Taraxacum sect. Taraxacum (lat. Taraxacum sect. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Taraxacum sect. Taraxacum hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir.
Məhəmməd Rafiq Tarar
Məhəmməd Rafiq Tarar (2 noyabr 1929, Qucranvala, Britaniya Hindistanı – 7 mart 2022, Lahor) — Pakistan İslam Respublikasının 9-cu prezidenti.
Məhəmməd Tarağay Uluqbəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Neş tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Nick Tarabay
Nick Emad Tarabay (d. 28 avqust, 1975. Beyrut, Livan) — Livan-Amerika aktyoru. O ən çox Starz TV-də yayımlanan Spartak seriyasındakı Aşur rolu ilə tanınır. Tarabay 1975-ci il,28 Avqustda Livanda Beyrutda dünyaya gəlib. O, orta məktəbi Livanda qurtarandan sonra Nyu-Yorka köçmüşdür.2004-cü ildə isə Los-Ancelesə köçmüşdür. Tarabay Sex and the City bir epizod əlavə kimi televiziya debüt etdi(2000). O, The Sopranosda da kiçik bir rol-Matuş-narkotik diler rolu oynadı(2001–2004). Habelə 2008-ci ildə Crashdan tez əsəbləşən polis leytenant rolu oynadı. Tarabay Starz TV-nin seriyası olan Spartacus: Blood and Sand VƏ Spartacus: Vengeancedə əsas rollardan olan Aşur xarakterini canlandırdı.
Othonna taraxacoides
Othonna taraxacoides (lat. Othonna taraxacoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Pentacalia tarapotensis
Pentacalia tarapotensis (lat. Pentacalia tarapotensis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Polylepis tarapacana
Polylepis tarapacana (lat. Polylepis tarapacana) — gülçiçəyikimilər fəsiləsinin polylepis cinsinə aid bitki növü.
Postsovet ölkələrində tarakanların depopulyasiyası
Postsovet ölkələrində tarakanların depopulyasiyası – XXI əsrin əvvəlindən etibarən Rusiyada və keçmiş SSRİ ölkələrində bir çox tarakan növlərinin sürətlə yoxa çıxması fenomeni. Tarakanların sayının azalması bir çox faktorla əlaqələndirilir. XXI əsrin əvvəllərindən etibarən Rusiya və digər postsovet ölkələrində tarakanların populyasiyasında böyük azalma müşahidə olunur. Alimlər Rusiya, Azərbaycan, Ukrayna, Moldova, Qazaxıstan və Belarus şəhərlərində müxtəlif tarakan növlərinin sürətlə yoxa çıxdığını aşkarlayıblar. Lakin Rusiyanın Moskva, Sankt-Peterburq və Nijni-Novqorod kimi meqapolislərində bu cür azalma müşahidə olunmayıb. Çelyabinsk və Yekaterinburq alimləri hesab edirlər ki, qara tarakanlar artıq təhlükə altında olan növlər siyahısına daxil edilməlidirlər. Bəziləri tarakan populyasiyasının azalması barədə fikirləri şişirdilmiş hesab edir. Digər fərziyyəyə görə bu fenomen müvəqqəti və ya tsiklikdir. Kütləvi informasiya vasitələri bu fenomeni açıqlamaq üçün bir çox səbəb ortaya atmışdır: Geni dəyişdirilmiş məhsulların geniş istifadəsi qida zəncirinin pozulmasına səbəb olub. Zibilləri saxlamaq üçün plastik torbalardan istifadə populyarlaşıb və zibil borularının istifadəsi dayandırılıb.
Qara tarakan
Qara tarakan (lat. Blatta orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinin tarakan cinsinə aid heyvan növü. Azərbaycanda geniş yayılmış növlərdən biridir. Çox vaxt tuqay meşələrində, təbii və mədəni senozlarda rast gəlinir. Evlərdə müxtəlif qida məhsulları ilə qidalanır. Qara tarakanın vətəni tropik Asiyadır. Ticarət yolu vasitəsilə yeyinti məmulatları ilə birlikdə Aralıq dənizi ölkələrinə, oradan isə XVI əsrin axırlarında Qərbi Avropa ölkələrinə (İngiltərə və Hollandiyaya) gətirilmişdir. Hazırda bütün Avropada yayılmışdır. Qara tarakanın bədəni müstəqil baş, döş və qarıncıq hissəsindən ibarətdir. Uzunluğu 18-30 mm-dir.
Qışlaq-i Tarazlı (Urmiya)
Qışlaq-i Tarazlı (fars. قشلاق طرزلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (77 ailə).
Rafiq Tarar
Məhəmməd Rafiq Tarar (2 noyabr 1929, Qucranvala, Britaniya Hindistanı – 7 mart 2022, Lahor) — Pakistan İslam Respublikasının 9-cu prezidenti.
Rangifer tarandus
Adi şimal maralı (lat. Rangifer tarandus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin şimal maralı cinsinə aid heyvan növü. Cinsin yeganə nümayəndəsidir. Avrasiya və Şimali Amerikanın şimal hissəsində yaşayır. Şimal maralı ot və şibyədən əlavə kiçik məməli və quşlarla da qidalanır. Avrasiyada şimal maralı əhliləşdirilib və artıq şimal xalqları üçün qida və material mənbəyi kimi mühüm əhəmiyyət kəsb edir. Şimal marallarının çəkisi 220 kiloqrama çatır. Onların boyunları nisbətən uzun, ayaqları isə qısa olur. Şimal marallarının həm erkəklərinin, həm də dişilərinin buynuzu olur. Onların buynuzlarının özünə məxsus forması var.
SU-152 ''Taran''
Zireh: 30 mm (gövdənin önü, qüllənin önü) Döyüş radiusu: 280 km Transmissiya sistemi: mexanika SU-152 “Taran” (СУ-152 “Таран”), 1965-ci ildə tamamilə məxfi surətdə yaradılmış SSRİ mənşəli tank qatilidir. 1965-ci ildə SSRİ ordusunun rəhbərliyi müəyyənləşdirdi ki, arsenalında olan T-54, T-55 orta tankları və T-10 ağır tankları ABŞ istehsalı olan M60 Patton və Böyük Britaniya istehsalı olan Chieftain tanklarının ön zirehini dağıtmağa qadir deyil. Məhz bu məqsədlə SSRİ rəhbərliyi bir neçə tank toplarının sınağına başladı: buraya yeni APDS mərmiləri ilə təchiz edilmiş və mövcud tank lülələri üçün fiqurlu mərmilər, 115-130 mm-lik kalibrlik yeni yivli və yivsiz tank lülələri və anti-tank raketləri daxil idi. Bu layihələrdən biri SU-152 “Taran” idi. Zavod adı Object 120 (Объект 120) idi. Atış gücü və hərəkətlilik qabiliyyətinə görə bu tank digər düşmən tank qatilləri ilə müqayisədə daha üstün idi. SU-152 “Taran”ın qəbul edilməməsinin ən böyük səbəbi, həmin dövrdə, 125 mm-lik yivsiz tank lülələrinin və anti-tank raketlərinin effekttivliyinin kifayət qədər inkişaf etdirilməməsi idi. SU-152 “Taran”, güclü lülə əyləci ilə təchiz edilmiş, 9045 mm lülə uzunluğuna malik, 152.4 mm-lik çapa sahib M-69 “Taran” topuna malik idi. Bu top ümumi uzunluğu təxminən 10 metr olan, tamamilə qapalı zirehli bir müharibə maşınına quraşdırılmış olan hər növdən ən uzun silahdır. Silahın maksimum atəş açma mənzili 2050 metr təşkil edirdi.
Salix taraikensis
Salix taraikensis (lat. Salix taraikensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix taraikensis var. oblanceolata C.Wang & C.F.Fang Salix taraikensis var.
Salvia taraxacifolia
Salvia taraxacifolia (lat. Salvia taraxacifolia) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Senecio taraxacoides
Senecio taraxacoides (lat. Senecio taraxacoides) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tarakansisəylər
Tarakansisəylər (lat. Notoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Digər lüğətlərdə