Tərə taxtabitisi
Tərə taxtabitisi (lat. Piesma quadrata Fieb. - ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.
== Biologiyası ==
Bədəninin rəngi tutqun boz olub, üzərində nizamsız yayılmış qara ləkələr və nisbətən iri açıq rəngli nöqtələr vardır. Başı üçbucaq şəkilindədir. Gözləri yanlara çox çıxmışdır. Bığcıqları 4 buğumludur. Qalxancığı kiçik olub, qurtaracığı açıq rənglidir. Bədəninin uzunluğu 2,5–3,5 mm –dir. Tərə taxtabitisi imaqo halında otların, tökülmüş yarpaqların altında, çəmənlikdə, meşədə və bağlarda, payızlıq əkin sahələrində qışlayır.