TAY³

сущ. 1. ппар (къапара, ишигра, шешелра ттунвай затӀар); 2. кил. taya.
TAY²
TAY-BƏRABƏR
OBASTAN VİKİ
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Muay Tay
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tay boksu
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tay dili
Tay dili ( ภาษาไทย /pʰa:sa:tʰɑj/, pxasa-txay) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil. Tailandın rəsmi dili. Danışanların sayı 46 milyona yaxındır. Laos dilinə və şans dilinə çox yaxındır. Tay dilində durğu işarələri yoxdur, cümələlər arasında sadəcə olaraq boşluq buraxılır. Learning Thai the Easy Way Русский ресурс, полностью посвящённый тайскому языку. Статьи, уроки. Arxivləşdirilib 2008-12-03 at the Wayback Machine Упрощённый тайско-русский словарь Тайские словари в электронном формате.
Tay mətbəxi
Tailand mətbəxi və ya Tay mətbəxi — Tailand Krallığının mətbəxi. Tailand mətbəxi özünün qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi ondan ibarətdir ki, Tailand mətbəxində inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir. Beləliklə də o daha fərdi və orijinal olur. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər. Tailand mətbəxində xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır. Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü də olmalıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox böyük əhəmiyyət verirlər. Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib.
Tay əlifbası
Tay əlifbası (tay: อักษรไทย, Rom: àksŏn thai) 44 samitdən ibarət heca yazısıdır. 18 sait və 6 qoşa səsli hərf vardır. Hərflərdən 8-i yalnız Pali və Sanskrit mənşəli sözləri yazmaq üçün istifadə olunur. Bəzi samitlər üçün birdən çox variant mövcuddur. Əslində bunlar müxtəlif səslər üçündür, lakin illər keçdikcə aralarındakı fərqlər də yox olmuşdur. Tay dilində müxtəlif tonlarda tələffüz olunan sözlər müxtəlif mənalara malikdirlər və 5 tondan ibarətdir. Sözlər arasında boşluqdan istifadə edilmir, bunun əvəzində cümlənin sonuna qoyulur.
Tay Vest
Taymon S. Vest (5 oktyabr 1980, Uilminqton[d], Delaver) — ABŞ film rejissoru. O, qorxu janrında çəkdiyi filmlərə görə məşhurdur. Tay Delaver ştatının Vilminqton şəhərində anadan olub. Onun adı olan Taymon babasının soyadı olmuşdur. Tay 2001-ci ildə "Teen People" jurnalının payız mövsümü nəşrində yer alıb. Tay Vest School of Visual Arts-da təhsil almışdır. Tay Vest avstraliyalı dicey Alison Wonderland ilə nişanlanıb. 13 iyun 2023-cü ildə onların Maks adlı bir oğlan uşağı dünyaya gəlib.
May-Tay
May-tay rom, kürasao, orşad siropu və təzə sıxılmış laym şirəsindən hazırlanan kokteyldir. Tiki mədəniyyətinin xarakterik kokteyllərindən biridir. Mütəmadi içki kimi təsnif edilir və Beynəlxalq Barmenlər Assosiasiyasının (İBA) “Müasir klassiklər” kateqoriyasında rəsmi kokteyllərindən biridir. Viktor J. Bergeron 1944-cü ildə Oklend, Kaliforniya, ABŞ-da yerləşən "Trader Vic's" restoranında May-tay icad etdiyini iddia etdi. "Treyder Vic"-in sələfi "Donn Beach", bunun əvəzinə ilk dəfə 1933-cü ildə yaratdığını iddia etdi, baxmayaraq ki, uzun müddətdir ki, həmkarı Beach əslində May-tayın onun QB Cooler kokteylinə əsaslandığını iddia etdiyini söylədi. Don the Beachcomber-in resepti Vic-dən daha mürəkkəbdir və bəziləri onun dadının tamamilə fərqli olduğuna inanır. Digərləri hesab edir ki, inqrediyentlərdəki fərqə baxmayaraq, QB Cooler dadı olduqca oxşardır. May-tay 1953-cü ildə Bergeron Matson Company otelləri Royal Hawaiian Hotel və Moana Hotel üçün kokteyl menyusu yaratdıqda Havayda təqdim edildi. Kokteyl hitə çevrildi və 1959-cu ildə "ən yaxşı turist cəlbedici" adlandırıldı. Sonrakı illərdə, ananas, portağal şirəsi və tünd rom Havayda istehsal olunan "May-tayda geniş istifadə olunmağa başladı.
Tay Milli Parkı
Tai Milli Parkı — Kot-d'İvuarda yerləşən milli park. 1982-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olmuşdur. Tai Milli Parkı Qərbi Afrikadakı başlıca tropik meşələrinə sahibdir və sahəsi 3300 km²dir. Florası və faunasının çox geniş olması, xüsusilə Cücə su begemotlarının təhlükədə olması baxımından Dünya irsi elan edilmişdir. Park 150 endemik flora növünə malikdir. Bölgənin iki çayarasında təcrid olmuş olması da onun xüsusi xarakterinə əhəmiyyət qazandırmaqdadır. Tai Milli Parkındak; üç məməli növü IUCN (ing. International Union for Conservation of Nature: Beynəlxalq Təbiəti Qoruma Dərnəyi) tərəfindən təhlükədəki növləri əhatə edən qırmızı siyahıya alınmışdır: Cücə su begemotları, Şimpanzelər, Jentink'S Duiker (Cephalophus jentinki: başı və boynu parlaq qara, bədəni boz rəngdə böyük keçi növü) Tai Milli Parkı 1926-cı ildə yaradılmış və 1972-ci ilin 28 avqustunda Milli Park statusunu almışdır. 1978-ci ildə UNESCO-nun Biosfer ehtiyatı, 1982-ci ildə isə Ümumdünya irsi siyahısına alınmışdır.
Tay çi çuan
Tay çi çuan(T'ai chi ch'uan / Taijiquan, 太極拳) Çin döyüş sənətinin daxili stillərindəndir ki müdafiə təlimi və sağlamlıq faydaları üçün istifadə edilir.
Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası
Azərbaycan Kikboksinq Federasiyası (qısa adı:AKF) — 1993-cü ildə yaradılmış idman federasiyası. Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən yaranmışdır. İlk yarananda federasiyanın adı Azərbaycan Kikboksinq Federasiyası idi. Bir il sonra isə adı Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası olaraq dəyişdirilmişdir. 1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə Sadıx Bağırov təyin olunmuşdur. 2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili Adil Əliyev seçilmişdir. 2000-ci ildə AKMF-nın 1-ci Vitse-Prezidenti Oqtay Mehtiyev təyin olunmuşdur (2008-ci ildə istefaya verdi). 2001-ci ildə Namiq Əsgərov və Ramiz Quliyev AKMF-nın Vitse-Prezident vəzifələrinə təyin olunublar. 2008-ci ildə Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti təyin olunmuşdur. 12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub: Azərbaycan Kikboksinq Federasiyası və Azərbaycan Muaytay Tayboks Federasiyası.
Culiya Tayler
Culiya Tayler (ing. Julia Gardiner Tyler; 4 may 1820[…] və ya 17 may 1820, Lonq-Aylend, Nyu-York ştatı – 10 iyul 1889[…], Riçmond) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı. Doğum tarixi dəqiq məlum deyil (4 may və ya 29 aprel).
Cyperus rotundus var. taylorii
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Cyperus taylorii
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Dayna Tayminya
Dayna Tayminya (latış. Daina Taimiņa‎, ing. Daina Taimina ; 19 avqust 1954, Riqa) — latviya əsilli amerikan riyaziyyatçısı. Riyaziyyat elmlər doktoru. Dayna Tayminya 1954-cü ildə Riqada anadan olmuşdur. O, Riqa gimnaziyasını və Latviya Universitetini bitirib. 1990-ci ildə Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda «Behavior of Different Types of Automata and Turing Machines on Infinite Words» disertasiyasını müdafiə etmişdir. 1992-ci ildə isə Latviya Universitetində doktorluq disertasiyasaını müdafiə edir. Latviya Universitetində və Riqada Müəllim Təhsili İnstitutunda pedaqoq vəzifəsində işləmişdir. 1992-1996-cı illərdə «Zvaigzne» və «Mācību grāmata» mətbələrində elmi redaktor vəzifəsində çalışıb.
Daşpolad Tayib
Daşpolad Tayib (uyğ. تاشپولات تېيىپ, çin. ənən. 塔西甫拉提・特依拜, pinyin: tǎxīfǔlātí tèyībài; 1958, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin coğrafiyaşünası. 2010-cu ildən 2017-ci ilədək Sincan Universitetinin prezidenti vəzifəsində çalışmış olan Tayibə Çin hökumətinin keçirdiyi gizli məhkəmədə ölüm hökmü verilmişdir. Daşpolad Tayib 1958-ci ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. Tayib 1978-ci ildə coğrafiya təhsili almaq üçün Sincan Universitetinə daxil olmuş və 1983-cü ildə oradan məzun olmuşdur. O, 1988-ci ildə Yaponiyaya, Tokio Elm Universitetində magistr və doktorantura təhsili almaq üçün getmiş və burada 1992-ci ilin martında tətbiqi coğrafiya üzrə mühəndislik fəlsəfə doktoru olmuşdur. Tayib 1993-cü ildə Sincan Universitetinin Coğrafiya fakültəsində professor vəzifəsinə təyin edilmişdir. O, 1996-cı ildə Sincan Universitetinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2010-cu ildə Sincan Universitetinin prezidenti, o cümlədən universitetdə Çin Kommunist Partiyası katibinin müavini vəzifəsinə təyin edilmişdir.
Eduard Taylor
Eduard Taylor (İngiliscə: Edward Burnett Tylor; 2 oktyabr 1832[…], Kamberuell[d], Böyük London – 2 yanvar 1917[…]) – İngilis etnoqrafı. Təkamülçü klassiklər arasında ən çox şöhrət qazanmış Eduard Taylor (1832-1917) varlı ailədən çıxmış, gəncliyində ticarət-sənaye fəaliyyətinə başlamaq istəyində olduğuna görə ali təhsil almamışdır. 1855-ci ildə Taylor səyahəti ilə əlaqədar Kubaya gedərkən mərkəzi Amerikadakı arxeoloji qazıntıları maliyyələşdirən metsenat-bankirlə tanış olmuş və həmin şəxs Taylorda başqa xalqların mədəniyyət və məişətinə maraq oyatmışdır. O, etnoloji ədəbiyyatı və Avropa muzeylərindəki materialları tədqiq edərək bilik dairəsini genişləndirmişdir. E.Taylor 1865-ci ildə "Bəşəriyyətin qədim tarixinə dair tədqiqatlar" adlı kitab nəşr etdirmişdi. Burada qədim dövrdən başlayaraq müasir sivilizasiyaya qədər bəşər mədəniyyətinin mütərəqqi inkişaf xəttini əsaslandırmağa çalışmışdır. O, ayrı-ayrı xalqların məişət və mədəniyyətindəki fərqli cəhətləri həmin xalqların qeyri-bərabər inkişafı ilə əlaqələndirirdi. E.Taylorun 1871-ci ildə yazdığı "İbtidai mədəniyyət" əsəri isə az bir vaxt ərzində dünya şöhrəti qazanmışdı. Geniş etnoloji materiallarla zəngin olan bu kitabda bəşəriyyətin mənəvi mədəniyyətinin inkişafına, xüsusən də dini inamlara geniş yer verilmişdir. 1881-ci ildə E.Taylorun sonuncu iri həcmli kitabı "Antropologiya" nəşr olmuşdur.
Erigeron taylorii
Erigeron taylorii (lat. Erigeron taylorii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Havsallı tayfası
Havsallı tayfası — Cavanşir elinin Yağləvənd oymağının böyük qolu. Cavanşir elinin Yağləvənd oymağının böyük tayfalarından biri də havsalılıdır. Havsalılı adının açımı xalq yozumunda Yağləvənd oymağının əsasını qoyan iki bacıdan birinin — Hafizənin törəməsi, hafizəlilər anlamındadır. Əslində isə havsalılar orta çağda yaşamış ünlü din xadimi Hafiz Alının törəməsidirlər. Havsalılı tayfası xələfli, pəricahanlı, məhərrəmuşağı, niyarlı, kəlbiyəlilər və başqa tirələrə bölünür. Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı, 2014.
Hie-tayşa
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir. Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır. XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.
Hindistan tayfaları
Hindistan əhalisinin 8,2 %-ni (84,3 milyon nəfər) tayfalar (rəsmi terminologiyaya görə "qeydə alınmış tayfalar" adlandırılır) təşkil edir, meşələrin 70 %-də və faydalı qazıntılarla zəngin ərazinin 20 %-də tayfalar yaşayır. Yerli tayfalar Haryana, Pəncab ştatları, paytaxt Dehli və Çandiqarh və Pondişeri ittifaq ərazilərindən başqa bütün federal subyektlərdə yaşayırlar. Hindistanda tayfaların əksəriyyətinin sayı 10-100 min nəfər arasındadır. Yalnız 50-yə qədər tayfanın əhalisi 100 min nəfərdən çoxdur. Hindistan Antropoloji Xidmətinin "Hindistan xalqları" adlı layihəsinə. əsasən 461 əhali icması, o cümlədən 175 subtayfa fərqləndirilmişdir. Onların arasında bhil (7 307 973, 1990-cı illərin rəqəmləri), qond (7 449 193), santal (4 260 842), oraon (1 871 995), mina (2 087 075) tayfaları ən böyük ən kiçik isə cəmi 97 nəfər (1984) olan onqe andamanlıları olmuşdur. Tayfaların sıxlığı ən çox şimal-şərq ştatlarında qeydə alınır, Mizoram (94,5%), Naqalend (89,1%), Meqhalaya (85,9%), Arunaçal-Pradeş (64,2%) ştatlarında əhalinin xeyli hissəsi tayfalardan ibarətdir. Digər tayfalar Çhattisqarh (31,8%), Carkand (26,3%), Orissa (22,1%), Madhya-Pradeş (20,3%) ştatlarında da sıx məskunlaşmışlar. Sayca ən çox olan qond (Madhya Pradeş), santal (Bihar, Qərbi Benqal, Orissa), bhil (Racastan, Qucarat, Maharaştra, Madhya-Pradeş) tayfaları bütün tayfaların 36-40 %-ni təşkil edirlər.
Hiyoşi-tayşa
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir. Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır. XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.
Homalium taypau
Homalium taypau (lat. Homalium taypau) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
Hərənin öz payı+tayı (film, 2006)
Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Kennet Taylor
Kennet İna Dorotea Taylor (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Taylor Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Mançester Siti klubu transfer etmək istəmişdir. 25 may 2018-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Taylor öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Yasper ter Heydeni əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. 27 oktyabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Kolanı tayfası
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə kürd və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır. Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur. Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bayat qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.
Laləyarpaq tayaotu
Letisiya Kristian Tayler
Letisiya Kristian Tayler (ing. Letitia Christian Tyler, 12 noyabr 1790 – 10 sentyabr 1842, Ağ Ev) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı.
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Mark Taymanov
Mark Yevgeniyeviç Taymanov (7 fevrak 1926, Xarkov — 28 noyabr 2016, Sankt-Peterburq) sovet və rusiyalı şahmatçı, beynəlxalq qrosmeyster (1952), SSRİ çempionu (1956), beşqat Leninqrad çempionu(1948, 1950, 1952, 1961, 1973). Pianoçu. İlk musiqi dərslərini anasından alıb.1936-cı ildə "Bethovenin konserti" filmində uşaq-pianoçu rolunu oynayıb. İki dəfə namizədlər turnirəndə iştirak eləyib. 1953-cü ildə turnir cədvəlinin ortasında qərarlaşıb, 1971-ci ildə ilk oyunda Robert Fişerə 0:6 hesabı ilə məğlub olub. Şahmat nəzəriyyəçisi kimi Sicilya müdafiəsi və Nimtsoviç müdafiəsi debütlərinə böyük töhfəsi olub.
Matyas Tayti
Matyas Tayti (2 iyun 1998-ci ildə anadan olub) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusudur. Tayti Barselona akademiyası vasitəsilə inkişaf etmişdir. 10 iyul 2016-cı ildə o, La Liqa təmsilçilərindən olan Malaqa klubuna transfer olmuşdur. 17 iyul 2018-ci ildə Tayti Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubu ilə müqavilə imzalamışdır. Tayti öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Puşkaş klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Attila Busaini əvəz etmişdir. Nemzeti Baynoksaq I görüşündə Dioşqyor rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. 1 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Mayk Tayson
Maykl Cerard Tayson (ing. Michael Gerard Tyson; 30 iyun 1966[…], Bruklin, Nyu-York) — 1985–2005-ci illərdə döyüşmüş peşəkar ABŞ boksçusu. 2024-cü ildə yenidən rinqə qayıtmağa hazırlaşır. Mayk Tayson bütün zamanların ən yaxşı ağır çəki dərəcəsində döyüşən boksçularından biri hesab olunur. 1987-ci ildən 1990-cı ilə qədər olan illər ərzində Mayk Tayson eyni vaxtda bütün ağır çəki dərəcələrində boks titullarına sahib olub və bu onu boks dünyasında şəksiz çempion edib. Boks karyerasının başlanğıcında Tayson ilk 19 görüşündə rəqiblərini nokaut edərək qalib gəlmişdi. Bu nokautlardan 12-si matçın ilk raundunda baş vermişdir. Mayk Tayson ilk çempionluq kəmərini 20 yaşında, tarixdəki hər hansı digər ağır çəkili boksçudan daha gənc yaşda qazanıb. O, eyni vaxtda üç böyük boks təşkilatının (WBA, WBC, IBF) çempionu olan ilk boksçu, və eyni zamanda bu titulları bir-birinin ardınca qazanan yeganə boksçu olub. Tayson 1988-ci ildə döyüşünün ilk raundunda Maykl Spinksi cəmi 91 saniyəyə nokaut edərək ağır çəki dərəcəsində şəksiz çempion titulunu qazanıb.

Digər lüğətlərdə