teriologiya
terma 2021
OBASTAN VİKİ
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası — Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimləyən və koordinasiya edən dövlət qurumu Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Bakı yük terminalı
Bakı yük terminalı Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdakı bütün müasir tələblərə cavab verən yük terminalı. MDB-də ən iri yük terminalından biridir. Sahəsi 163,000 m². 2005 il martın 23-də açılmışdır. Açılış mərasimində ölkə prezidenti İlham Əliyev və Lüksemburqun mülki aviasiyasının direktoru Henri Klyayna iştriak edib.
Basketbol terminologiyası
Asist: Komanda yoldaşına basket etməsi üçün verilən pas Backcourt (müdafiə etmə sahəsi): Bir komandanın müdafiə üçüm yarı sahə Basket: Topun içindən keçərək xal qazanılması Blok: Müdafiə etmə oyunçusu tərəfindən hücum oyunçusunun xal yığmasını və ya keçməsini maneə törətmə hərəkəti Şut: xal yığmaq məqsədiylə edilən tez hərəkət Dribbling (Top sürmə): Topu çiləyərək istənilən istiqamətə doğru atma Drive: Hücum oyunçusunun xal yığmaq məqsədiylə etdiyi hərəkət End Line (dib xətt): Sahənin enləməsinə səbət altından keçən xətt Fast Break: Bir komandanın rəqib komandanı qorunmasız tutaraq sürətlə xal yığmaq məqsədiylə hücum etməsi Faul Atışı (sərbəst atış): Faul nəticəsində sərbəst atış sahəsindən istifadə edilən müdaxiləsiz atışlar Front Court (hücum sahəsi): Bir komandanın hücum etdiyi yarı sahə Səhv: Faul sayılmayan qayda pozuntuları Səhvli Getmə (steps): Bir oyunçunun topu idarə altına aldıqdan sonra çiləmədən birdən çox addım ataraq getməsi və ya tünddürdükdən sonra topu tutub təkrar top atması Hava Atışı (jump ball): Hakimin oyunu başlatmaq məqsədiylə topu iki rəqib oyunçunun arasından yuxarı doğru atması və bu oyunçuların topu tək əlləriylə komanda yoldaşlarına qazandırma hərəkəti High Post (yüksək post): Sərbəst atış sahəsinin dərhal xaricindən başlayan hücum bölgəsi Hücum Faulü: Bir oyunçunun top öz komandasında ikən rəqib oyunçuya faul etməsi Jump Shot: Oyunçunun sıçrayaraq havada tək əllə basket etmə məqsədiylə şut atması Man to Man Defense (adam adama müdafiə etmə): Təyin olunan hər bir oyunçunun birə-bir təqibiylə edilən müdafiə etmə növü Midcourt Line (orta sahə xətti): Sahəni ortadan ikiyə ayıran xətt digər adı da 8 saniyə xəttidir Pərdələmə (Screen): Hücum edən komandanın oyunçularından birinin komanda yoldaşının asan şut atması və ya rəqibi keçə bilməsi üçün komanda yoldaşı ilə müdafiə etmə oyunçusunu arasına girməsi Pivot: Təyin olunan bir ayağın sabitlənməsi və sabitlənən ayaq ətrafında dönmə işi Pres: Müdafiə etmə edən komanda oyunçularının hücum edən komanda oyunçulardan topu qapmaq və səhv etmələrini təmin etmək üçün üzərlərində təzyiq qurmaları Ribaunt: Səbətdən ya da çevrədən dönən və havalanan topa sahib olmaq üçün edilən iş Texniki Faul: Oyunçuların qayda pozmaları nəticəsində verilən cəza Turnike (lay — up): Qaçaraq putaya ən yaxın məsafədən çarpdıraraq və ya çevrəyə tək əllə atılaraq edilən şut.
Blok (geoloji termin)
Blok (geoloji termin) - tektonikada Yer qabığının stabil və ya bütöv kütləsilə hərəkət edən, yarıqlarla hududlanmış, iri ölçülü (yuzlərlə km2-dən min km2-dək) sahəsi. Blok planda üçbucaqlı, dördbucaqlı, poliqonal, habelə pazvari, prizmatik şəkildə olur. Daha böyük ölçülü bloklar mozaik quruluşlu qırışıqlıq vilayətlərində və plaformaların özülündə müşahidə edilir. Çox vaxt blok hüdudlayan yarıqlar, adətən, anomal fiziki sahələr (qravitasion pillələr, xətti maqnit anomaliyaları) şəklində izlənilir. Bloklar arası qovuşma zonası tektonik tikiş və ya pozulma zonası olub bəzən maqmatik cismlərlə zəngin olur. Tektonika Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Coğrafi terminlər
Coğrafi baryer (sədd, sərhəd)- yerüstü (materik, ada) heyvan və bitkilərin yayılması yolunda maneçilik göstərən təbii coğrafi maneə (dəniz, okean, dağ). Coğrafi baryer olması endemiklərin formalaşmasında əsas səbəb sayılır. Məs., Avstraliya florası Asiyadan uzaq olunduğu üçün 70%-i endemik növlərdən təşkil olunmuşdur. Coğrafi dəyişiklik-populyasiya (növ) daxilində hər hansı əlamətin variasiyaları. Coğrafi element- bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında Coğrafi elementdən geniş istifadə olunur. Coğrafi indeterminizm-sivilizasiyanın dinamikasının həlledici faktoru təbii şərait deyil (onun əhəmiyyəti də inkar edilmə istehsal qüvvələri hesab olunan dünyagörüşü. Coğrafi irq-bir növün populyasiyasının ümumi arealı bir hissəsində məskunlaşaraq bir-birindən taksonomik cəhətdən fərqlənməsi populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir. Coğrafi irq ekoloji irqə yaxındır. Coğrafi irq dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
Cənub terminaliyası
Cənub terminaliyası (lat. Terminalia australis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. Kolloidlər Diffuziya Elektrolit Gillər Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Eko terminlər
Ekomarka — ekoloji təmiz məhsullara verilən marka, istehlakçıların daha yaxşı seçim etməsinə şərait yaratmağa və istehsalın stimullaşmasına xidmət edir. Ekomorflar — bitki və heyvanların xarici mühitlə əlaqədar yaşayış forması. Yerüstü orqanizmlər üçün bu, hər şeydən əvvəl, rütubət hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofıl, meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və halofil, substrata münasibətinə görə litofit və litofil və psammofil olur. Ekonizamlayıcı proseslər- bioloji və ekoloji inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin həyat fəaliyyətinin sabitliyi, onun saymı və biokütləsini saxlayır və nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.), həm də biotik (yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ müxtəlifliyinin və biosenozun kütləsinin nizamlanmasında bilavasitə və ya dolayı yolla iştirak edirlər. Ekonomansiya-istehsalın əlavə məhsulları və ya tullantılarından və təbii resurslarından səmərəli istifadə üsullarını öyrənən bölməsi. Ekosfer (ekoloji sfer)- bir-birilə əlaqəsi olan bioloji sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə edilmişdir.
Ekoloji terminlər
Ümumdünya mədəniyyətinin inkişaf mərhələsi və tərkib hissəsi: həyatda və bəşəriyyətin gələcək inkişafında ekoloji problemlərin mühüm vacibliyini dərin və ümumilikdə dərk etməklə xarakterizə olunur. Canlı orqanizmlərin (insandan başqa) stressə məruz qalması. Müəyyən ekoloji faktorlara görə orqanizmin tolerantlığının aşağı həddi. Kompüter metodlarının köməyilə sosiekosistemin dinamikasının müxtəlif səviyyədə (lokaldan qlobala kimi) öyrənilməsi. Ekosistem, populyasiya və orqanizmlərdə (insan da daxil olmaqla) olduğu mühitin dəyişilməsi ilə əlaqədar gedən prosesləri izləmək sistemi. Hazırkı dövrdə E.m.-in əsas obyektləri atmosfer, su, torpaq, bitki və heyvan populyasiyalarının vəziyyəti, insanın sağlamlığı hesab olunur. Müxtəlif landşaftların uyğunlaşması (birləşməsi) və biri-birini əvəz etməsi: meşə və bozqırlar, meşə və çəmən, su və quru və s., bunların arasında keçid zonaları-ekotonlar mövcuddur. Orqanizmin yaşama yerindəki ixtisası, onun fəaliyyəti, yəni ətraf mühitlə qarşılıqlı əlaqəsi. Təbii mühitin (ekoloji tarazlığın) pozulması istiqamətində aparılan hərbi hərəkət üsulu. İlk dəfə bu istiqamətdə irimiqyaslı hərbi əməliyatları amerikalılar Vyetnamda, Kampuçidə və Laosda apararaq, müxtəlif defoliantlar, buldozerlər, tankların köməyilə geniş ərazilərdə bakirə meşələr, yüksək məhsuldar manqr cəngəlikləri (meşələri) və s.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Gözlər (tarixi termin)
Gözlər (nid. Geuzen, fr. Les Gueux) — Hollandiya inqilabının 1566-cı ildən Hollandiyada ispan ağalığına qarşı döyüşən iştirakçıları. Gözlərin böyük hissəsi dənizdə döyüşürdü və bu səbəbdən dəniz gözləri (nid. watergeuzen, fr. Gueux de mer) adı ilə tanınırlar. 1572-ci ildə dəniz gözləri tərəfindən Brillenin ələ keçirilməsi onların quruya çıxması üçün əlverişli meydan yaratdı və bunun nəticəsində şimaldakı Niderlandı ələ keçirərək burada Yeddi Birləşmiş Əyalət Respublikasını yaratdılar. Fəaliyyət göstərdikləri şəraitə və motivlərinə görə dəniz gözlərini kaper və ya dəniz qulduru hesab etmək olar.. М. Лесников.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Histoloji terminologiya
h1.00: Sitologiya [1]
Höccət (termin)
Höccət — Ərəb dilində "dəlil, bürhan" mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə "höccət" deyilir. Hədis üsulunda iki müxtəlif mənada işlədilir: Birincisi, tədil ləfzidir. İbn Əbi Hatimin təsnifatına görə tədilin birinci mərtəbəsinə, İbn Həcərin təsnifatına görə isə ikinci mərtəbəsinə aiddir. İkincisi, mühəddislərə verilən ləqəblərdəndir. "Hafiz" mərtəbəsindən bir pillə yüksək mərtəbədir. Bəzi mühəddislərin fikrincə, 300 min hədisi sənədləri ilə birlikdə əzbər bilən şəxsə deyilir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir. Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Kastrokaro-Terme-e-Terra-del-Sol
Kastrokaro-Terme-e-Terra-del-Sol (it. Castrocaro Terme e Terra del Sole) — İtaliyanın Forli-Çesena əyalətində yerləşən kommuna.
Kimyəvi termodinamika
Kimyəvi termodinamika — termodinamik metodlarla reaksiyaların birləşməsi proseslərini öyrənir.
Kompyüter terminalı
Kompüter terminalı (ing. Computer terminal) — verilənləri kompüterə daxil etmək və alınan nəticələri çıxışa vermək üçün elektron, yaxud elektromexaniki qurğu (adətən, monitor klaviatura ilə). İlk terminallar teletayp makinaları idi. İndi də çox iri kompüter sistemlərində fərdi kompüterlərdən terminal kimi istifadə olunur. Terminal emulyasiyası – kommunikasiya proqramı vasitələri ilə istifadə olunan terminaldan fərqli terminalın mübadilə protokolunun və komandalarının təqlid edilməsi. Fərdi kompüterləri meynfreymlərə qoşmaq üçün də istifadə olunur. Terminalla iş seansı – terminaldan bilavasitə istifadəyə sərf olunan zaman. Sonlandırmaq – prosesin, yaxud proqramın sona çatması. Sonlandırma normal da ola bilər, qəzalı da. İkinci hal istifadəçinin komandası, aparat və ya proqram təminatında olan xətalar səbəbindən baş verə bilər.
Kompüter terminalı
Kompüter terminalı (ing. Computer terminal) — verilənləri kompüterə daxil etmək və alınan nəticələri çıxışa vermək üçün elektron, yaxud elektromexaniki qurğu (adətən, monitor klaviatura ilə). İlk terminallar teletayp makinaları idi. İndi də çox iri kompüter sistemlərində fərdi kompüterlərdən terminal kimi istifadə olunur. Terminal emulyasiyası – kommunikasiya proqramı vasitələri ilə istifadə olunan terminaldan fərqli terminalın mübadilə protokolunun və komandalarının təqlid edilməsi. Fərdi kompüterləri meynfreymlərə qoşmaq üçün də istifadə olunur. Terminalla iş seansı – terminaldan bilavasitə istifadəyə sərf olunan zaman. Sonlandırmaq – prosesin, yaxud proqramın sona çatması. Sonlandırma normal da ola bilər, qəzalı da. İkinci hal istifadəçinin komandası, aparat və ya proqram təminatında olan xətalar səbəbindən baş verə bilər.
Kulevi terminalı
Kulevi neft terminalı və limanı Gürcüstan Respublikasının Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminalın 2006-cı ildə alınması və 2008-ci ildə tikintisinin başa çatdırılması, ARDNŞ-nin Gürcüstan ərazisindəki ən əhəmiyyətli investisiya yatırımlarından biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. 8 sentyabr 1999-cu ildə Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Kulevi terminalının tikintisi barədə sərəncam vermişdir. Tikinti işlərinə 2000-ci ildə başlanılıb. Terminalın tikintisi Gürcüstanın Aqromar LTD və Gürcüstan Dəmiryolları şirkəti tərəfindən aparılsa da, 2002-ci ildə tikinti işləri maliyyə çatışmazlığı və ətraf mühitə dəyən ziyan səbəbindən dayandırıldı. Tikinti işləri 2004-cü ilin sentyabrında gürcü biznesmeni Badri Patarkatsişvilinin nəzarətində olan beynəlxalq konsorsium tərəfindən yenidən bərpa edildi. 2006-cı ildə Badri Patarkatsişvili terminalı Azərbaycanın Dövlət Neft Şirkətinə məbləği gizli saxlanan pul müqabilində satdı. Terminal 2008-ci ilin may ayında istifadəyə verilmişdir. 2012-ci ildə terminal daha da genişləndirilərək propilenin daşınması üçün yeni kompleks tikilmişdir.
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.
Memarlıq terminlərinin siyahısı
Memarlıq terminlərinin siyahısı — Aisle Sütunlar, dayaq, və ya ismarışlar tərəfindən ayrılmış binada törəmə yer. Apron 1. Qoruyucu, kiminsə libasının arkasından bağlanmış qoruyucu geyim 3. Böyük sahə və ya strukturun bitişik kiçik ərazisi.. Apse Bir kilsədə böyük yarımdairəvi və ya çoxbucaqlı taxça. Arcade Bir və ya hər iki tərəflə birlikdə kəmərlə əhatə olunan keçid yolu. Arch Əyri simmetrik quruluşu olan bir körpü, dam, və ya divar Architrave Giriş və ya pəncərə ətrafında qəliblənmiş çərçivə Arris İki səthin bir bucaq altında kəsişdiyi kəskin kənar. Arrowslit Xüsusilə orta əsr istehkam tikilisi,Ox atmaq üçün istifadə edilən bina Articulation Memarlıqda bir-birinə qoşulan hissələrin artikulasiyası. Ashlar Böyük kvadrat şəklində kəsilmiş daşlar. Atrium (plural: atria) Qədim Roma evinlərində bir açıq çatılı giriş zalı və ya mərkəzi məhkəmə.
Müvəssəq (termin)
Müvəssəq — Şiə hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Məlumat terminal avadanlığı
Məlumat terminal avadanlığı və ya Data terminal avadanlığı (DTE) — istifadəçi məlumatlarını siqnallara çevirən və ya qəbul edilmiş siqnalları yenidən çevirən son cihazdır. Bunları növbə dövrələri də adlandırmaq olar. DTE cihazı məlumat dövrəsini dayandıran avadanlıqla (DCE) əlaqə yaradır. DTE, məlumat mənbəyi və ya məlumat anbarı kimi xidmət edən və məlumat kommunikasiyasına nəzarət funksiyasını keçid protokoluna müvafiq olaraq yerinə yetirməyə imkan verən məlumat stansiyasının funksional bölməsidir. Adətən, DTE cihazı terminaldır, DCE isə modem və ya operatora məxsus digər cihazdır. Məlumat terminalı avadanlığı istifadəçilərin əlaqə yaratmasına imkan verən bütün zəruri funksiyaları yerinə yetirən tək bir avadanlıq parçası və ya çoxsaylı avadanlıqların bir-birinə bağlı olan alt sistemi ola bilər. İstifadəçi DTE ilə əlaqə yarada bilər və ya DTE özü istifadəçi ola bilər.

Digər lüğətlərdə