Termin

der; -s, -e 1.təyin edilmiş vaxt, müəyyən vaxt, müddət, vədə, möhlət, qərar; den ~ einhalten müddətə əməl etmək; bis zu diesem ~ bu tarixə qədər; jur. məhkəmə günü
Teppichmuster
Terminal
OBASTAN VİKİ
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Höccət (termin)
Höccət — Ərəb dilində "dəlil, bürhan" mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə "höccət" deyilir. Hədis üsulunda iki müxtəlif mənada işlədilir: Birincisi, tədil ləfzidir. İbn Əbi Hatimin təsnifatına görə tədilin birinci mərtəbəsinə, İbn Həcərin təsnifatına görə isə ikinci mərtəbəsinə aiddir. İkincisi, mühəddislərə verilən ləqəblərdəndir. "Hafiz" mərtəbəsindən bir pillə yüksək mərtəbədir. Bəzi mühəddislərin fikrincə, 300 min hədisi sənədləri ilə birlikdə əzbər bilən şəxsə deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir. Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Müvəssəq (termin)
Müvəssəq — Şiə hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Oyunçu (termin)
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Reyd (termin)
Reyd ya Lövbərsalma (ing. Roadstead, fr. Rade) — dənizçilik termini olub, gəmilərin limanda və ya dəniz buxtasında gözləmə mövqeyi tutaraq lövbər saldığı dayanacaq akvatoriyasına deyiliir.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) — yun.siphon-kiçik boru, nasos – geomorfologiyada, yeraltı karst çaylarının kanalının şaquli səthdə dirsəkvari əyilməsi.
Siqə (termin)
Siqə — Ərəb dilində mənası "güvənilən"dir. Hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir. Bir hədisin səhih hesab edilməsi üçün ilk əvvəl ravilərinin ədalət və zəbt cəhətdən güvənilən, etibarlı olması lazımdır. Buna görə də ravilərin siqə olub-olmaması böyük əhəmiyyət kəsb edir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Gözlər (tarixi termin)
Gözlər (nid. Geuzen, fr. Les Gueux) — Hollandiya inqilabının 1566-cı ildən Hollandiyada ispan ağalığına qarşı döyüşən iştirakçıları. Gözlərin böyük hissəsi dənizdə döyüşürdü və bu səbəbdən dəniz gözləri (nid. watergeuzen, fr. Gueux de mer) adı ilə tanınırlar. 1572-ci ildə dəniz gözləri tərəfindən Brillenin ələ keçirilməsi onların quruya çıxması üçün əlverişli meydan yaratdı və bunun nəticəsində şimaldakı Niderlandı ələ keçirərək burada Yeddi Birləşmiş Əyalət Respublikasını yaratdılar. Fəaliyyət göstərdikləri şəraitə və motivlərinə görə dəniz gözlərini kaper və ya dəniz qulduru hesab etmək olar.. == İstinadlar == == Xarici keçidlər == М. Лесников.
Nazirlər Kabineti (termin)
Nazirlər Şurası və ya Nazirlər Kabineti, baş nazirin və bütün nazirlərin demokratik dövlətlərdə bir araya gələrək, hökumətin siyasi fəaliyyət rejimini təyin etmələri və ümumi siyasətlərini təyin etmələri üçün bir komitədir. Nazirlər Şurasının qəbul etdiyi qərarlar baş nazir üçün “qanuni” tövsiyələrdir. Baş nazir tez-tez bu qərarlara əməl edir, ancaq nazirlər şurası ilə razılaşmadığı təqdirdə fərqli bir qərar verə bilər. Bir çox ölkədə nazirlər şurasının üzvləri parlament üzvləri arasından seçilir. Prezident sistemi ilə idarə olunan ABŞ kimi bəzi ölkələrdə millət vəkilləri Nazirlər Şurasının üzvü ola bilməzlər. Həmin ölkələrdə nazirlər şurasına üzv olmaq üçün əvvəlcə parlament üzvü istefa verməlidir. Hər bir nazir öz nazirliyinə aid olan məsələlərə və nazirlik heyətinin gördüyü işlərə cavabdehdir. Nazirlər Şurasının qərarları yekdilliklə qəbul edilir. Nazirlər Şurası suallar, danışıqlar, ümumi yığıncaqlar, parlament araşdırmaları və parlament istintaqları kimi siyasi nəzarət yollarından istifadə edə bilər.
Qalxan (geoloji termin)
Qalxan və ya Sipər –platformanın kristallik, iri müsbət strukturu. Q. daxilində kristallik süxurlardan təşkil olunmuş, qırışıq əsas səthə çıxır. Q. adətən yer qabığının qalxmış hissəsinə uyğun gəlir. Termin birinci dəfə Avstriya geoloqu E. Züss (1885) tərəfindən təklif edilmişdir.
Seki (tarixi termin)
Sekişo (関所), qısaca seki və ya sədd stansiyaları – Yaponiyada yolların vacib strateji nöqtələrində tikilmiş hökumət tikililəri. Meyci dövrünə qədər istifadə olunmuş sekişo sistemi yoldan keçən şəxsləri yoxlanışdan keçirmək və vergi yığmaq üçün nəzərdə tutulmuşdu. Sekişo sistemi 645-ci ildəki Tayka islahatı çərçivəsində yaradılmış, Kinay regionu, daxili əyalətlər və paytaxt ərazisi üçün nəzərdə tutulmuşdu. İse əyalətindəki Suzuka, Mino əyalətindəki Fuva və Eçizen əyalətindəki Araçi stansiyaları ən əhəmiyyətli üç sekişo hesab olunurdu. Bu üç sekişo Sankan və ya Üç sədd adlandırılırdı. İmperatorun ölümü, üsyan və ya milli fövqəladə hallarda hökumət tərəfindən göndərilmiş rəsmilər bu stansiyalara gəlirdilər. Heyan dövründə qəbul edilmiş Ritsuryo sistemi nəticəsində Sankan öz aktuallığını itirmişdir. Yaponiyada feodal münasibətlərin inkişaf etməsi nəticəsində torpaq sahibləri öz ərazilərində özəl sədd stansiyalarını yaratmağa başlamışdırlar. Kavate və ya tsuryo kimi adlarla tanınan bu stansiyalarda müxtəlif formalarda rüsum toplanırdı. Muromaçi dövründə şoqunluq və regional hakimlər sekişolardan əlavə gəlir mənbəyi kimi istifadə etməyə başlamışdırlar.
Termin
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Alpaqut (termin)
Alpaqut — Alpaqut cəsur döyüşçü, igid deməkdir. Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabında "alpaqut" sözü 3 dəfə çəkilib. == Tarixçə == "Alpaqut" (Alpagut, Alpağut, Alpaq, Alpat və s.) kəlməsinin tarixdəki ilk Türk Dövləti olan Hunlardan bu tərəfə istifadə edildiyi təsbit olunmuşdur. Uyğurlarda "Döyüşçü" mənasında istifadə olunurdu. Hunlarda isə Ordu Komandiri, indiki Hərbi General mənasında işlədilirdi. Sonunda; "Alpaqut" kəlməsi əsgərliklə bağlı olmuş, "cəsur", "igid" və "döyüşçü" mənasını verir. Mahmud Qaşqarlı bu kəlməni Divai Luğatit Türk əsərində, "Düşmənə tək başına hücum edən və heç bir tərəfən tələyə düşməyən igid (Türkiyə türkcəsində: Tek başına düşmana saldıran, hiç bir yandan yakalanmayan yigit – I, 144; III 422)" anlamında izah edir. Orxun kitabələrində də alpaqutalpaqut adı keçir. Orta əsr türk tayfaları arasında alpagut adlı boy vardı. Daha sonrakı illərdə bu kəlməyə Türk tayfalarının adlarıı olaraq Anadoluda Alpaqut Türkləri kimi rastlanmışdır.
Səbt (termin)
Səbt — Ərəb dilində "sabit" və "sağlam" mənalarını verən kəlmədir. Hədis elmində etibarlı şəxsləri tərif etmək üçün istifadə edilən ümumi bir ifadədir. "Səbtun" şəklində tək işlədildikdə tədilin üçüncü mərtəbəsinə, "səbtun-səbtun" şəklində təkrarən işlədildikdə tədilin ikinci mərtəbəsinə dəlalət edir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Səduq (termin)
Səduq — Ərəb dilində "doğrudanışan" deməkdir. Hədis elmində doğrudanışan ravilərə deyilir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Takson (termin)
Takson (rus. таксон, ing. taxon) — yun.taxis-dərəcə, sıra, nomos-qanun – dərəcəsini və ya sistemdə yerini göstərən təsnifat vahidinin adı. Coğrafi təsnifatda və rayonlaşmada geniş istifadə edilir. Məs: fiz. coğ.rayon, vilayət, torpaq tipi, bitki formasiyası və s.
Tağ (termin)
Tağ (rus. свод, ing. arch) — en kəsiyi onlarla və ya yüzlərlə kilometrdən çox olan iri izometrik günbəzvari platforma strukturu; özülün tağvari qalxması.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
İn (termin)
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
Şott (termin)
Şott (rus. шотт, ing. shott) — ər. – şimal-qərbi Afrikada, Böyük Səhranın şimal-qərbində yumşaq duz qatı olan çökəklik. Şott gur yağışlar zamanı şor gölə çevrilir. Əlcəzairdə Melkir Şott dibi dəniz səviyyəsindən aşağıda yerləşir.
Aliya (termin)
Aliyah (İvrit dilində: עֲלִיָּה) yəhudilərin diasporadan İsrail torpağına immiqrasiyasını bildirən termindir. Bundan əlavə, “yuxarı qalxmaq” (Qüdsə getmək) və “İsrail torpağından keçərək Aliyah etmək” kimi təyin olunan vəziyyət sionizmin əsas prinsiplərindən biridir. Aliyahın əksi Yeridadır (İbranicə: ירידה), mənası “enmə” deməkdir. İsrailin Qayıdış Qanunu dünyadakı yəhudilərə, onların övladlarına və nəvələrinə avtomatik yaşayış və İsrail vətəndaşlığı hüququ verir. Yəhudi xalqının tarixinin əksər hissəsində “Aliyah” özünü əsrlər boyu milli arzu kimi ifadə edib və diasporda yaşayan yəhudi xalqının həsrəti olmuşdur. O, ümumiyyətlə, XIX əsrin sonlarında sionist hərəkatının inkişafına qədər yerinə yetirilməmişdir. Yəhudilərin Fələstinə genişmiqyaslı köçü 1882-ci ildə başlanmışdır. 1948-ci ildə İsrail Dövlətinin qurulmasından bəri 3 milyondan çox yəhudi İsrailə köçmüşdür. 2014-cü ilə olan məlumata görə, İsrail və Fələstin ərazilərində birlikdə dünya yəhudi əhalisinin 42,9%-i yaşayır.
Blok (geoloji termin)
Blok (geoloji termin) - tektonikada Yer qabığının stabil və ya bütöv kütləsilə hərəkət edən, yarıqlarla hududlanmış, iri ölçülü (yuzlərlə km2-dən min km2-dək) sahəsi. Blok planda üçbucaqlı, dördbucaqlı, poliqonal, habelə pazvari, prizmatik şəkildə olur. Daha böyük ölçülü bloklar mozaik quruluşlu qırışıqlıq vilayətlərində və plaformaların özülündə müşahidə edilir. Çox vaxt blok hüdudlayan yarıqlar, adətən, anomal fiziki sahələr (qravitasion pillələr, xətti maqnit anomaliyaları) şəklində izlənilir. Bloklar arası qovuşma zonası tektonik tikiş və ya pozulma zonası olub bəzən maqmatik cismlərlə zəngin olur. == Həmçinin bax == Tektonika == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. == Həmçinin bax == Kolloidlər Diffuziya Elektrolit Gillər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Sosial şəbəkə (termin)
Eko terminlər
== Ekomarka == Ekomarka — ekoloji təmiz məhsullara verilən marka, istehlakçıların daha yaxşı seçim etməsinə şərait yaratmağa və istehsalın stimullaşmasına xidmət edir. == Ekomorflar == Ekomorflar — bitki və heyvanların xarici mühitlə əlaqədar yaşayış forması. Yerüstü orqanizmlər üçün bu, hər şeydən əvvəl, rütubət hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofıl, meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və halofil, substrata münasibətinə görə litofit və litofil və psammofil olur. == Ekonizamlayıcı proseslər == Ekonizamlayıcı proseslər- bioloji və ekoloji inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin həyat fəaliyyətinin sabitliyi, onun saymı və biokütləsini saxlayır və nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.), həm də biotik (yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ müxtəlifliyinin və biosenozun kütləsinin nizamlanmasında bilavasitə və ya dolayı yolla iştirak edirlər. == Ekonomansiya == Ekonomansiya-istehsalın əlavə məhsulları və ya tullantılarından və təbii resurslarından səmərəli istifadə üsullarını öyrənən bölməsi. == Ekosfer (ekoloji sfer) == Ekosfer (ekoloji sfer)- bir-birilə əlaqəsi olan bioloji sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə edilmişdir.
Ekoloji terminlər
== Ekoloji mədəniyyət == Ümumdünya mədəniyyətinin inkişaf mərhələsi və tərkib hissəsi: həyatda və bəşəriyyətin gələcək inkişafında ekoloji problemlərin mühüm vacibliyini dərin və ümumilikdə dərk etməklə xarakterizə olunur. == Ekoloji məruzqalma == Canlı orqanizmlərin (insandan başqa) stressə məruz qalması. == Ekoloji minimum == Müəyyən ekoloji faktorlara görə orqanizmin tolerantlığının aşağı həddi. == Ekoloji modelləşdirmə == Kompüter metodlarının köməyilə sosiekosistemin dinamikasının müxtəlif səviyyədə (lokaldan qlobala kimi) öyrənilməsi. == Ekoloji monitorinq == Ekosistem, populyasiya və orqanizmlərdə (insan da daxil olmaqla) olduğu mühitin dəyişilməsi ilə əlaqədar gedən prosesləri izləmək sistemi. Hazırkı dövrdə E.m.-in əsas obyektləri atmosfer, su, torpaq, bitki və heyvan populyasiyalarının vəziyyəti, insanın sağlamlığı hesab olunur. == Ekoloji mozaika == Müxtəlif landşaftların uyğunlaşması (birləşməsi) və biri-birini əvəz etməsi: meşə və bozqırlar, meşə və çəmən, su və quru və s., bunların arasında keçid zonaları-ekotonlar mövcuddur. == Ekoloji mövqe == Orqanizmin yaşama yerindəki ixtisası, onun fəaliyyəti, yəni ətraf mühitlə qarşılıqlı əlaqəsi. == Ekoloji müharibə == Təbii mühitin (ekoloji tarazlığın) pozulması istiqamətində aparılan hərbi hərəkət üsulu. İlk dəfə bu istiqamətdə irimiqyaslı hərbi əməliyatları amerikalılar Vyetnamda, Kampuçidə və Laosda apararaq, müxtəlif defoliantlar, buldozerlər, tankların köməyilə geniş ərazilərdə bakirə meşələr, yüksək məhsuldar manqr cəngəlikləri (meşələri) və s.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Histoloji terminologiya
h1.00: Sitologiya [1]
Kompyüter terminalı
Kompüter terminalı (ing. Computer terminal) — verilənləri kompüterə daxil etmək və alınan nəticələri çıxışa vermək üçün elektron, yaxud elektromexaniki qurğu (adətən, monitor klaviatura ilə). İlk terminallar teletayp makinaları idi. İndi də çox iri kompüter sistemlərində fərdi kompüterlərdən terminal kimi istifadə olunur. Terminal emulyasiyası – kommunikasiya proqramı vasitələri ilə istifadə olunan terminaldan fərqli terminalın mübadilə protokolunun və komandalarının təqlid edilməsi. Fərdi kompüterləri meynfreymlərə qoşmaq üçün də istifadə olunur. Terminalla iş seansı – terminaldan bilavasitə istifadəyə sərf olunan zaman. Sonlandırmaq – prosesin, yaxud proqramın sona çatması. Sonlandırma normal da ola bilər, qəzalı da. İkinci hal istifadəçinin komandası, aparat və ya proqram təminatında olan xətalar səbəbindən baş verə bilər.
Kompüter terminalı
Kompüter terminalı (ing. Computer terminal) — verilənləri kompüterə daxil etmək və alınan nəticələri çıxışa vermək üçün elektron, yaxud elektromexaniki qurğu (adətən, monitor klaviatura ilə). İlk terminallar teletayp makinaları idi. İndi də çox iri kompüter sistemlərində fərdi kompüterlərdən terminal kimi istifadə olunur. Terminal emulyasiyası – kommunikasiya proqramı vasitələri ilə istifadə olunan terminaldan fərqli terminalın mübadilə protokolunun və komandalarının təqlid edilməsi. Fərdi kompüterləri meynfreymlərə qoşmaq üçün də istifadə olunur. Terminalla iş seansı – terminaldan bilavasitə istifadəyə sərf olunan zaman. Sonlandırmaq – prosesin, yaxud proqramın sona çatması. Sonlandırma normal da ola bilər, qəzalı da. İkinci hal istifadəçinin komandası, aparat və ya proqram təminatında olan xətalar səbəbindən baş verə bilər.
Kulevi terminalı
Kulevi neft terminalı və limanı Gürcüstan Respublikasının Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminalın 2006-cı ildə alınması və 2008-ci ildə tikintisinin başa çatdırılması, ARDNŞ-nin Gürcüstan ərazisindəki ən əhəmiyyətli investisiya yatırımlarından biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. == Tarixi == 8 sentyabr 1999-cu ildə Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Kulevi terminalının tikintisi barədə sərəncam vermişdir. Tikinti işlərinə 2000-ci ildə başlanılıb. Terminalın tikintisi Gürcüstanın Aqromar LTD və Gürcüstan Dəmiryolları şirkəti tərəfindən aparılsa da, 2002-ci ildə tikinti işləri maliyyə çatışmazlığı və ətraf mühitə dəyən ziyan səbəbindən dayandırıldı. Tikinti işləri 2004-cü ilin sentyabrında gürcü biznesmeni Badri Patarkatsişvilinin nəzarətində olan beynəlxalq konsorsium tərəfindən yenidən bərpa edildi. 2006-cı ildə Badri Patarkatsişvili terminalı Azərbaycanın Dövlət Neft Şirkətinə məbləği gizli saxlanan pul müqabilində satdı. Terminal 2008-ci ilin may ayında istifadəyə verilmişdir. 2012-ci ildə terminal daha da genişləndirilərək propilenin daşınması üçün yeni kompleks tikilmişdir.
Memarlıq terminlərinin siyahısı
Memarlıq terminlərinin siyahısı — Aisle Sütunlar, dayaq, və ya ismarışlar tərəfindən ayrılmış binada törəmə yer. Apron 1. Qoruyucu, kiminsə libasının arkasından bağlanmış qoruyucu geyim 3. Böyük sahə və ya strukturun bitişik kiçik ərazisi.. Apse Bir kilsədə böyük yarımdairəvi və ya çoxbucaqlı taxça. Arcade Bir və ya hər iki tərəflə birlikdə kəmərlə əhatə olunan keçid yolu. Arch Əyri simmetrik quruluşu olan bir körpü, dam, və ya divar Architrave Giriş və ya pəncərə ətrafında qəliblənmiş çərçivə Arris İki səthin bir bucaq altında kəsişdiyi kəskin kənar. Arrowslit Xüsusilə orta əsr istehkam tikilisi,Ox atmaq üçün istifadə edilən bina Articulation Memarlıqda bir-birinə qoşulan hissələrin artikulasiyası. Ashlar Böyük kvadrat şəklində kəsilmiş daşlar. Atrium (plural: atria) Qədim Roma evinlərində bir açıq çatılı giriş zalı və ya mərkəzi məhkəmə.
Məlumat terminal avadanlığı
Məlumat terminal avadanlığı və ya Data terminal avadanlığı (DTE) — istifadəçi məlumatlarını siqnallara çevirən və ya qəbul edilmiş siqnalları yenidən çevirən son cihazdır. Bunları növbə dövrələri də adlandırmaq olar. DTE cihazı məlumat dövrəsini dayandıran avadanlıqla (DCE) əlaqə yaradır. DTE, məlumat mənbəyi və ya məlumat anbarı kimi xidmət edən və məlumat kommunikasiyasına nəzarət funksiyasını keçid protokoluna müvafiq olaraq yerinə yetirməyə imkan verən məlumat stansiyasının funksional bölməsidir. Adətən, DTE cihazı terminaldır, DCE isə modem və ya operatora məxsus digər cihazdır. Məlumat terminalı avadanlığı istifadəçilərin əlaqə yaratmasına imkan verən bütün zəruri funksiyaları yerinə yetirən tək bir avadanlıq parçası və ya çoxsaylı avadanlıqların bir-birinə bağlı olan alt sistemi ola bilər. İstifadəçi DTE ilə əlaqə yarada bilər və ya DTE özü istifadəçi ola bilər.
POS terminal
POS terminal (ing. Point Of Sale) – ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödə­nilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılma­sı, habelə nağd pul vəsaiti­nin alınması üçün nəzərdə tutulmuş avadanlıq. Kreditkart.info Arxivləşdirilib 2018-08-06 at the Wayback Machine https://www.taxes.gov.az/az/post/940 https://tedris.taxes.gov.az/assets/upload/files/5.POS-Terminal.pdf Vikianbarda POS terminal ilə əlaqəli mediafayllar var.
Podcast terminal
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir. Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin populyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir. Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir. Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt. Podkastçı (ing. podcaster) — peşəkar və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər. azərbaycanca podkastlərdən pulp radiyosuna işarə etmək olar ki dunya və azərbaycan adəbiyat və musiqi sahəsində səsli faylar tolid edirlər.
Podkast terminal
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir. Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin populyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir. Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir. Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt. Podkastçı (ing. podcaster) — peşəkar və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər. azərbaycanca podkastlərdən pulp radiyosuna işarə etmək olar ki dunya və azərbaycan adəbiyat və musiqi sahəsində səsli faylar tolid edirlər.

Digər lüğətlərdə