texniki
texnologiya
OBASTAN VİKİ
Texnikum
Texnikum — Keçmiş SSRİ dövründə xüsusi orta ixtisas təhsil müəssisəsi. Əsasən texniki ixtisaslar hazırlanması üçün nəzərdə tutulurdu. Müstəqillik dövründə bu tip təhsil müsəssisələrinin adları "kollec" ilə dəyişdirildi və eyni məzmun daşıyırlar.
Astara Pedaqoji Texnikumu
Astara Pedaqoji Kolleci (əvvəlki adı: Astara Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Astara Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; İnstrumental ifaçılıq (alətlər üzrə); Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Bədən tərbiyəsi və idman.
Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumu
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A. N. Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Azərbaycan Dövlət Rəssamlıq Texnikumu
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir. Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 == Həmçinin bax == Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci == İstinadlar == == Xarici keçidlər == "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib.
Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.
Ağcabədi Pedaqoji Texnikumu
Ağcabədi Pedaqoji Kolleci (əvvəlki adı: Ağcabədi Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Ağcabədi Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Hazırda ən qabaqcıl orta ixtisas təhsili müəssisələrindəndir. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; Musiqi müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə.
Ağdam Musiqi Texnikumu
Ağdam Musiqi Kolleci (əvvəlki adı: Ağdam Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Ağdam Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti Aşıq sənəti, Așıq seneti Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır. Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır. == Kollec müstəqillik illərində == Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. == Bakı Dəmiryolu Texnikumunun tarixi == Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır. 1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.
Bakı Dəmir Yolu Texnikumu

Bakı Mədəni-Maarif Texnikumu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur. 11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Bakı Məktəbəqədər Pedaqoji Texnikumu
Bakı Sosial Pedaqoji Kolleci (əvvəlki adı: Bakı Məktəbəqədər Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Məktəbəqədər Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecinə qoşulmuşdur. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təhsildə korreksiyaedici təlim; Məktəbəqədər təlim və tərbiyə.
Bakı Rəssamlıq Texnikumu
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir. Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 == Həmçinin bax == Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci == İstinadlar == == Xarici keçidlər == "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib.
Bakı Sənaye-Pedaqoji Texnikumu
Bakı Sənaye-Pedaqoji Kolleci (əvvəlki adı: Bakı Sənaye-Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşu == Tarixi == Əvvəlki adı Bakı Sənaye-Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşulmuşdur. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Texnologiya müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Fiziki tərbiyə müəllimliyi; Peşə təlimi; Sosial iş.
Bakı Sənaye Pedaqoji Texnikumu

Bakı Yeyinti Sənaye Texnikumu
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci (əvvəlki adı: Bakı Qida Sənayesi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Bakı Yeyinti Sənaye Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Qida Sənayesi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Peşə təlimi; Marketinq; Əmtəəşünaslıq və istehlak mallarının ekspertiziyası; Ət və süd məhsullarının texnologiyası; Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası; Konservləşdirmə və qida konsentratları texnologiyasl; İaşə məhsullarının texnologiyası; Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası; Qida sanayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi; Dizayn.
Gəncə Musiqi Texnikumu
Gəncə Musiqi Kolleci (əvvəlki adı: Gəncə Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Gəncə Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanırdı: Musiqi müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Naxçıvan Politexnik Texnikumu
Naxçıvan Politexnik Texnikumu — Azərbaycanın Naxçıvan şəhərində fəaliyyət göstərmiş keçmiş orta-ixtisas təhsili müəssisəsi. Naxçıvan Politexnik texnikumu-Orat ixtisas təhsili məktəbi.Kiyev Politexnik texnikumunun filialı kimi 1969-cu ildən fəaliyyətə başlamışdır.971-ci ildə müstəqil fəaliyyət göstərən texnikuma Cəmşid Naxçıvanskinin adı verilmişdi.TExnikum sənaye, tikintisi, mülki tikinti, sənayemüəssisələrinin və qurğularının elektrik avadanlıqları, tikinti maşın və avadanlıqları ixtisasları üzrə mütəxəssis hazırlayırdı.1974-cü ildən Cəmşid Naxçıvanskinin adına idi. Son illərdə Yol hərəkətinin təşkili, nəqliyyat vasitlərinin təmiri və servis xidməti, gömrük ekspertizası,istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idar edilməsi və.s ixtisaslar üzrə kade hazırlayırdı Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən texnikumun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır.
Soltan Hacıbəyov adına Musiqi Texnikumu
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Sumqayıt Musiqi Texnikumu

İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu
İrəvan Azərbaycan Pedaqoji Texnikumu və ya İrəvan Türk Pedaqoji Texnikumu — Ermənistan SSR-də fəaliyyət göstərmiş orta ixtisas məktəbi; Ermənistandakı azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayan internat tipli tədris müəssisəsi. Texnikum 1924-cü ildən fəaliyyət göstərmişdir. 1930–1935-ci illərdə texnikumun 102 nəfər tələbə və müəllimləri "bəy", "xan", "mülkədar", "qolçomaq", "kulak" damğası ilə repressiyaya məruz qalmışdı. 1936-cı ildən İrəvan Azərbaycan Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə görkəmli xadimlər bəxş etmişdir. Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər.. 1928–1930-cu illərdə İrəvanda Pedaqoji Texnikumunda müəllim işləmiş akademik Yusif Məmmədəliyev bir sıra ünlü ziyahlara dərs demişdir. Məzunları arasından onlarla akademik, elmlər doktorları, yüzlərlə maarif fədailəri yetişmişdir: Əsəd Məmmədov, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov və b.
İrəvan Türk Pedaqoji Texnikumu

Şamaxı Mədəni-Maarif Texnikumu
Şamaxı Humanitar Kolleci (əvvəlki adı: Şamaxı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə; Hüquq mühafizə fəaliyyəti; Kitabxana-informasiya təminatı; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Humanitar Kolleci Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır.
Şuşa Mədəni-Maarif Texnikumu
Şuşa Humanitar Kolleci (əvvəlki adı: Şuşa Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Bu gün Şuşa Humanitar kolleci kimi fəaliyyət göstərən məktəbin tarixi XIX əsrin ortalarına Şuşa musiqi məktəbinin yaradılmasına söykənir. Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada ilk dəfə musiqi məktəbini açır. bu məktəbdə o, özünün düzəltdiyi tütək, davul, dümbək və s. alətlərlə uşaqlara musiqinin sirlərini öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinifində oxuyan Sadıqcan (1846-1902) novator tarzən kimi tanınmışdır. XIX əsrin 80-cı ilərində musiqi və muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırdı. XIX əsrin 90-cı illərində görkəmli alim, rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi.
Əli Bayramlı Pedaqoji Texnikumu
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı: Əli Bayramlı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. 28 iyun 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı filialının bazasında Əli Bayramlı Pedaqoji Texnikumu adı ilə yaradılmışdır. 9 mart 2006-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmış, 10 iyun 2008-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Əli Bayramlı" sözləri "Şirvan" sözü ilə əvəz edilərək müəssisənin adı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci olmuşdur. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Mühasibat uçotu; Maliyyə işi; Yol hərəkətinin təşkili; Neft-qaz işi.

Digər lüğətlərdə