Uzun il
Uzun il — hal-hazırda istifadə etdiyimiz Qriqori təqvimində fevral ayı 28 gün əvəzinə 29 gün çəkən və 365 gün əvəzinə 366 gün davam edən hər dördüncü il. Bunun səbəbi Yer planetinin Günəş ətrafında tam dövretmə vaxtının (astronomik il), Günəşin eyni meridiandan iki dəfə keçməsi arasındakı ortalama vaxtın tam günə bərabər olmamasıdır. Belə ki, bir astronomik il 365 gün yox, 365,242 gündür.
== Uzun ilin təyin edilməsi ==
Əksərən uzun illər 4-ə qalıqsız bölünən illərdir: 1992, 1996, 2000, 2004, 2008, 2016, 2020, 2024 və s.
Ancaq bu halda astronomik ilin 365,250 olması lazım idi. Bu rəqəm isə 365,242 gün olduğu üçün qaydanın iki istisnası vardır:
100-ə qalıqsız bölünən illərdən ancaq 400-ə qalıqsız bölünənlər uzun il sayılır: 1200, 1600, 2000, 2400 uzun illərdir (400-ə qalıqsız bölündüyü üçün), ancaq 1700, 1800, 1900, 2100 uzun il deyildir (4-ə qalıqsız bölünməyinə baxmayaraq).
Astronomik ili daha da dəqiqləşdirmək üçün 4000-ə qalıqsız bölünən illər də (400-ə tam bölünməsinə baxmayaraq) uzun il kimi qəbul edilməyəcək: 4000, 8000, 12000, 16000 və s.