veksel
vektorial
OBASTAN VİKİ
Vektor
Vektor (riyaziyyat və fizika)
Vahid vektor
Vahid vektor (normallaşdırılmış vektor boşluğu vahid vektordur) — modulu (uzunluğu) vahidə bərabər olan vektor.
Vektor (həndəsə)
Vektor — riyaziyyatın müxtəlif sahələrində müxtəlif cür təyin olunur. == Tərif == === Cəbri yanaşma === Xətti cəbrdə vektor — vektor fəzasının (və ya xətti fəzanın) elementidir. Vektorları ədədə vurmaq olar, eləcə də onları toplamaq olar. Vektorları həmçinin başqa vektorların xətti kombinasiyası şəklində göstərmək olar. Bazis bir-birindən xətti asılı olmayan elə vektorlar küllüsünə deyilir ki, həmin vektorlarla bütün fəzanı əhatə etmək olar. Sonlu fəzada sonlu bazis vektorlar mövcuddur və bu zaman fəzanın hər bir vektorunu bu bazis vektorları ilə yeganə şəkildə aşağıdakı şəkildə ayırmaq mümkündür: x → = ∑ i = 1 n x i e → i , {\displaystyle {\vec {x}}=\sum _{i=1}^{n}x_{i}{\vec {e}}_{i},} burada e → 1 , … , e → n {\displaystyle {\vec {e}}_{1},\dots ,{\vec {e}}_{n}} — bazis, x 1 , … , x n {\displaystyle x_{1},\dots ,x_{n}} isə x → {\displaystyle {\vec {x}}} vektorunun verilmiş bazisdə koordinatlarıdır. === Həndəsi yanaşma === Həndəsədə vektor anlayışı cəbrdəkindən fərqlənir. Belə ki, burada vektorlar; sərbəst və rabitəli vektora ayırırlar. Rabitəli vektor və ya istiqamətlənmiş parça (istiqamətlənmiş düz xətt parçası) — Evklid fəzasında nizamlı nöqtələr cütlüyüdür. Sərbəst vektor — istiqamətlənmiş düz xətt parçalarının ekvivalentlik sinfidir.
Vektor analizi
Vektor analizi — Riyazi analiz metodlarını vektorlara, ümumiyyətlə iki və ya üç ölçülü məkanda yayan riyaziyyatın bir qolu.
Vektor displeyi
Vektor displeyi (vector display) – ekranda görüntünü yaratmaq üçün elektron şüasını x-koordinatı və y-koordinatı üzrə sapdıran elektron-şüa borusu. Məsələn, vektor displeyində xətt çəkmək üçün videoadapter siqnalları sapdıran qurğuya göndərir ki, elektron şüası xətt boyunca hərəkət etsin; darama sətirlərindən ibarət heç bir fon yoxdur, ona görə də ekrana çıxarılan xətt piksellərdən yaranmır. Vektor displeylərindən, adətən, ossilloskoplarda və DVST (DIRECT-VIEWING STORAGE TUBE) displeylərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vektor prosessoru
Vektor prosessoru (Vector processor) – rəqəmli verilənlərin birölçülü massivləri (vektorlar) üzərində paralel hesablamalar üçün komandalar toplusuna malik olan kompüter. Vektor prosessoru ilə matris prosessoru oxşar məsələləri həll etsələr də, onlar arasında fərq var: vektor prosessorda vektor bütövlükdə xüsusi funksional bloka verilir, matris prosessorunda isə vektorun hər bir elementi ayrıca hesab qurğusuna göndərilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vektor qrafikası
Kompüter qrafikası – həm şəkillərin sintezi (yaradılması) üçün, həm də real dünyadan əldə edilmiş vizual informasiyanın emalı üçün instrument vasitəsi kimi kompüterlərdən istifadə olunan fəaliyyət sahəsidir. == Ümumi Dəyərləndirmə == Kompüter qrafikası termini geniş mənada istifadə olunur ki, bu da mətn və səssiz kompüterlərdə demək olar ki, hər şey kimi müəyyən edilir. Tipik olaraq kompüter qrafikası termini bir çox fərqli şeyə aiddir. Kompüter tərəfindən görüntü məlumatlarının işlənməsi və göstərilməsi Şəkilləri emal etmək və yaratmaq üçün istifadə olunan müxtəlif texnologiyalar Rəqəmsal sintezin həyata keçirilməsi və vizual məzmunun işlənməsi üçün öyrənilən sahələr olan kompüter elminin alt sahələri Bu gün kompüter qrafikasının geniş istifadə sahəsi var. Kompüter şəkilləri televiziyada, qəzetlərdə, məsələn, hava hesabatlarında və ya hər cür tibbi investisiya və cərrahi prosedurlarda tapıla bilər. Yaxşı qurulmuş diaqram mürəkkəb statistik məlumatları asan başa düşülən və şərh olunan formatda təqdim edə bilər. Multimediadakı qrafika məqalələri, hesabatları, tezisləri və digər təqdim edilə bilən materialları göstərmək üçün istifadə olunur. Çox güclü alətlər vizual məlumatları təkmilləşdirə biləcək. Kompüter bir çox müxtəlif növ kateqoriyalara ayrılmış təsvirlər istehsal edə bilər: ikiölçülü, üçölçülü və animasiya qrafikası. Texnologiya inkişaf etdikcə 3D (3 ölçülü = üçölçülü) kompüter qrafikası çox geniş yayılmışdır, lakin 2D (ikiölçülü)) qrafikadan hələ də geniş istifadə olunur.
Vektor (riyaziyyat və fizika)
Vektor (lat. vector — "daşıyıcı") — istiqamətlənmiş düz xətt parçası. Riyaziyyat, fizika və mühəndislikdə vektor dedikdə, Evklid fəzasında (və ya müstəvidə) ədədi qiyməti və istiqaməti ilə xarakterizə olunan həndəsi obyekt başa düşülür. Vektorlara misal kimi radius vektoru, sürət və moment vektorlarını göstərmək olar. Əgər fəzada koordinat sistemi verilərsə, vektor onun koordinatlar çoxluğu ilə yeganə formada təyin oluna bilər. Buna görə də riyaziyyat, informatika və başqa elmlərdə nizamlı ədədlər çoxluğuna vektor deyilir. Daha ümumi mənada, riyaziyyatda vektor hər hansı vektor (xətti) fəzanın elementi kimi qəbul edilir. Xətti cəbrdə vektorlar ümumi formada matris, tenzor kimi ifadə oluna bilir, bu halda vektor dedikdə müvafiq olaraq bir sıra və ya sütun vektoru, birinci tərtib tenzor kimi başa düşülür. Vektorlar üzərindəki əməllərin xassələri vektor hesabında öyrənilir. == Təyinatları == a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} elementlərindən (komponentlərindən) ibarət vektor aşağıdakı şəkillərdə işarələnir: ⟨ a 1 , a 2 , … , a n ⟩ , ( a 1 , a 2 , … , a n ) , { a 1 , a 2 , … , a n } {\displaystyle \langle a_{1},a_{2},\ldots ,a_{n}\,\rangle ,\ \left(a_{1},a_{2},\ldots ,a_{n}\,\right),\{a_{1},a_{2},\ldots ,a_{n}\,\}} .
Kollinear vektorlar
Kollinear vektorlar — sıfır olmayan iki vektorun istiqaməti eyni və ya əksinə olarsa, belə vektorlara Kollinear vektorlar deyilir. Məsələn, bərabər vektorlar kollenear vektorlardır, lakin kollenear olan iki vektor bərabər olmaya da bilər. Vektor istiqamətlənmiş düz xətt parçası ilə təsvir olunur. Vektoru göstərən parçanın uzunluğuna vektorun uzunluğu və ya modulu deyilir.
Sürüşən vektorlar
Sürüşən vektorlar — başlanğıc nöqtəsi düz xətt üzərində ixtiyari götürülə bilən vektordur. Deməli, sürüşən vektoru yerləşdiyi düz xətt üzərində istənilən qaydada sürüşdürmək olar. Bu zaman vektorun istiqaməti dəyişməməlidir. Sərbəst vektorlardan fərqli olaraq, sürüşən vektorlar bir düz xətdən başqa düz xəttə köçürülə bilməz. Bərk cismə tətbiq olunan qüvvə Sərbəst vektora nümunədir. Sərbəst vektor anlayışı fizikada tətbiq olunur. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Vektorial kəmiyyət
Vektorial kəmiyyət — Həm ədədi qiyməti, həm də istiqaməti olan kəmiyyətlər vektorial kəmiyyətlər adlanır. Vektorial kəmiyyətlərin vektorial hasili vektorial, skalyar hasili skalyar kəmiyyətdir. Vektorun modulu – onun ədədi qiymətidir. Vektorial kəmiyyətlərə sürət, təcil, qüvvə, impuls, yerdəyişmə, uzunluq, intensivlik və s. daxildir. Vektorial kəmiyyətlər üzərində ox çəkilmiş hərflərlə işarə edilir. == Mənbə == A.Mehrabov və b. Fizika kursu, Bakı: Maarif, 1982.

Digər lüğətlərdə