Kişilər Marsdan, qadınlar Veneradandır
Kişilər marsdan, qadınlar veneradandır (ing. Men Are from Mars, Women Are from Venus) — 1992-ci ilin mayında nəşr olunan Con Qrey tərəfindən məşhur psixologiya kitabıdır. Bir çox dillərdə nəşr olundu və bestseller oldu. Tənqidçilər kitabın insan psixologiyasını stereotiplərə endirdiyinə diqqət çəkirlər.
== Təqdimat ==
Con Qreyin “Kişilər Marsdan, Qadınlar Veneradandır” əsəri ilk dəfə 1992-ci ildə nəşr olundu və dərhal bestseller oldu. Belə populyarlıq, ilk növbədə, kitabın əsasını təşkil edən müəllifin mövqeyinin əksər psixoloqların fikrindən tamamilə fərqli olması ilə bağlıdır. Beləliklə, bu, əslində bir kitab deyil, psixoloji və müalicəvi təsir göstərən bədii üslubda, demək olar ki, elmi bir əsərdir və ən əsası, insanın problemlərində çox vaxt tək olmadığını aydınlaşdırır. Con Qrey hər iki cinsdən olan insanların davranışlarında ümumi və ya oxşar cəhətlər tapmağa çalışmır, əksinə, onların tam əksini, o qədər açıq-aşkar göstərir ki, kitabın başlığına çevrilən metafor onu ən yaxşı şəkildə əks etdirir - kişilər və qadınlar o qədər fərqlidirlər ki, sanki fərqli planetlərin nümayəndələridirlər.
== Məzmun ==
“Kişilər Marsdan, qadınlar Veneradandır” kitabı öz növbəsində bir neçə tematik hissəyə bölünmüş giriş və 13 fəsildən ibarətdir. Kitabın girişi sözün əsl mənasında Con Qreyin vəhyidir.