Vyetnamlılar
Müasir vyetlər - (vyetnamlılar; özlərini Viet adlandırırlar) - Vyetnamın əsas xalqı, vyet-mıonq xalqlarından biridir.
Vyetlərin ümumi sayı 73,5 mln. nəfərdir (2006-cı il məlumatına görə). Vyetlərin 70,8 mln. nəfəri Vyetnamda, 597 nəfəri Kambocada, 103 min nəfəri Tailandda, 94 min nəfəri Laosda, 83 min nəfəri Malayziyada, 30 min nəfəri Cində, 1,2 mln. nəfəri ABŞ-də, 151 min nəfəri Kanadada, 174 min nəfəri Avstraliyada, 302 min nəfəri Fransada, 83 min nəfəri Almaniyada, 3,9 min nəfəri Ukraynada, 26,2 min nəfəri Rusiyada, o cümlədən 15,6 min nəfəri Moskvada yaşayır (2002-ci il siyahıyaalınmasına görə).
Müasir vyetlər vyetnam dilində danışırlar. Dini etiqadlarına görə buddizm, daosizm, Konfusilik, katolik (5-10 %), protectant dinlərinə inanırlar, ölkənin cənubunda Kao-Day və Xoa-Xao adlanan sinkretizm (лат. dilində - syncretismus, yunan dilində - συγκρητισμός — "Krit şəhərlərinin federasiyası") ayinlərinin davamçıları da vardır.
Qədim vyetlər e.ə II-I minilliklərdə Çinin cənubunda məskunlaşmış müxtəlif etnik mənşəli tayfaların birləşməsindən yaranmış batvyetlər tayfa ittifaqının tərkibinə daxil olsalar da, qohumluq əlaqələrinə görə yalnız iki batvyet tayfası ilə - lakvyetlər və ayvyetlərlə bağlı idilər.