Kirli Əhməd Paşa

Vikipediya saytından
TgrlBot (müzakirə | töhfələr) (→‎top: şablon parametrləri) tərəfindən edilmiş 12:08, 26 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Kirli Əhməd Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1715
Vəfat səbəbi edam[d]
Rütbəsi Admiral

Kirli Əhməd Paşa (ö. 1715) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi.[1]

Bostançı ocağında yetişmişdir. 1707-ci ilin yanvarında bostançıbaşı, 21 dekabr 1711-ci ildə isə vəzir rütbəsiylə kaptan-ı dərya təyin olundu. Ancaq yalnız bir ay sonra 31 yanvar 1712-ci ildə vəzifədən alındı və İstanbul naibliyinə gətirildi. Həmin ilin aprelində ikinci dəfə kaptan-ı dərya olsa da, 1713-cü ilin yanvarında vəzifədən alınaraq Mosulun mühafizəsi ilə vəzifələndirildi. 1715-ci ildə edam edildi.

  1. Sicill-i Osmani I, səh. 228