İmam-i şəhriyari Mahmud Əfəndi

İmam-i şəhriyari və ya İmam-i sultani Mahmud Əfəndi (İstanbul3 may 1718, Fateh, İstanbul ili) — Osmanlı alimi, müdərrisişeyxülislamı.

İmam Mahmud Əfəndi
ƏvvəlkiMehmed Ataullah Əfəndi
SonrakıMirzə Mustafa Əfəndi
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri

Mahmud Əfəndi İstanbulda dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, Topxanalı Əhməd ağanın oğlu olduğu məlumdur. Mədrəsə təhsilini bitirdikdən sonra gözəl səsi olması səbəbilə əvvəlcə dövrün şeyxülislamı Ankaralı Mehmed Əmin Əfəndinin, ardından sədrəzəm Mərzifonlu Mustafa Paşanın imamı oldu. Daha sonra şeyxülislam Əli Əfəndinin dərslərinə qatıldı və 1682-ci ilin martında Sultan Mehmeddən alınan xüsusi icazəylə dini təhsilini tamamlamasıyla bağlı mülazimət (diplom) aldı.

1683-cü ildə İkinci Vyana mühasirəsinə qatıldı və daha sonra 1689-cu ilin iyulunda müdərris olaraq mədrəsələrdə dərs verməyə başladı. Bir çox mədrəsələrdə dərs dedikdən sonra 1695-ci ildə Sultan Mustafanın ikinci imamlığına gətirildi. Məhz bu səbəblə bəzi mənbələrdə imam-i şəhriyari və ya imam-i sultani ləqəbi ilə anılır. Uzun müddət davam edən müdərrislik həyatının ardından 1700-cü ilin yanvarında Yenişəhər qazısı təyin edildi. Sultana yaxınlığı səbəbilə dəyərli mülklərlə təltif edilsə də, ertəsi il vəzifədən alındı. Buna baxmayaraq sarayla əlaqələri heç kəsilmədi və 1703-cü ilin yanvarında yeni mülklər hədiyyə aldı.

Ədirnə hadisəsinin ardından taxtdan endirilən Sultan Mustafa ilə birlikdə Ədirnədən Hafsaya getdi və burada ikən 20 avqust 1703-cü ildə Rumeli başqazısı təyin edildi. Ancaq sabiq sultana yaxınlığı səbəbilə ertəsi gün bütün mülklərindən məhrum edilərək vəzifədən alındı. Buna baxmayaraq bütün bu hadisələrdə tərəfsiz olaraq qaldı və bu tutumu səbəbilə çox keçmədən sarayla münasibətləri düzəldi.

Sultan Mustafa dövründəki keçmiş dostlarından Çorlulu Əli Paşanın sədarətə gəlməsinin ardından 8 iyul 1706-cı ildə Anadolu başqazısı təyin olundu. 1707-ci ilin oktyabrında vəzifədən alınsa da, 1 ay sonra Rumeli başqazılığına gətirildi. 1709-cu ilin yanvarında təqaüdə ayrılan Mahmud Əfəndi 5 il davam edən bu müddətin ardından 20 may 1713-cü ildə şeyxülislam təyin olundu. Ancaq üləma zümrəsi ilə münasibətlərinin yaxşı olmaması və özündən əvvəlki 2 şeyxülislamın vəzifədən ayrılmasında təqsirli görülməsi səbəblərilə 15 dekabr 1714-cü ildə vəzifədən alındı və Kanlıcadakı köşkündə yaşamasına icazə verildi. 3 may 1718-ci ildə vəfat edən Mahmud Əfəndi Fateh məscidi yaxınlığındakı evinin həyətinə dəfn edildi.

  • Şeyhî, Vekāyiu’l-fuzalâ, II, 409–410;
  • Râşid, Târih, III, 203, 233–234;
  • Devhatü’l-meşâyih, s. 82;
  • Sicill-i Osmânî, IV, 324–325;
  • İlmiyye Salnâmesi, s. 502;
  • Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 461;
  • Danişmend, Kronoloji, V, 136.