Atikə Sultan (29 mart 1712, İstanbul – 2 aprel 1738, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.
Atikə Sultan | |
---|---|
osman. عتيقه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1712 |
Doğum yeri | Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 2 aprel 1738 (26 yaşında) |
Vəfat yeri | Cağaloğlu sarayı, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Validə Turxan Sultan türbəsi, Yeni məscid |
Fəaliyyəti | əsilzadə |
Atası | III Əhməd |
Həyat yoldaşı | Gənc Mehmed Paşa |
Ailəsi | Osmanlı xanədanı |
Atikə Sultan 29 mart 1712-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Əhməd, anasının kimliyi isə bilinmir. Hələ 12 yaşında ikən 6 yanvar 1724-cü ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed Paşayla nişanlandı. 20 fevral günü İbrahim Paşa sarayından Topqapı sarayına daşınan nişan hədiyyələrinin ardından cütlüyün nigahı bağlandı. Eyni mərasimlə bacısı Xədicə Sultan da Osman Paşanın oğlu Əhməd Paşayla nigahlandı. Cütlüyün toy mərasimi isə 13 mart günü baş tutdu və 3 gün boyunca davam etdi. Mərasimin ardından Cağaloğlu sarayı cütlüyə təsis edildi. Övladının olub-olmadığı bilinmir.
Atikə Sultan 2 aprel 1738-ci ildə Cağaloğlu sarayında vəfat etdi və cənazəsi Validə Turxan Sultan türbəsində atasının yanına dəfn edildi.