Əsma Sultan (III Əhmədin qızı)

Əsma Sultan (14 mart 1726, İstanbul13 avqust 1788, İstanbul) — 23. Osmanlı padşahı III Əhmədin qızlarındandır. Eyni illərdə yaşayan qardaşı I Əbdülhəmidin qızı Əsma Sultanla qarışdırılmaması üçün Böyük Əsma Sultan olaraq anılır.[1][2]

Əsma Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 14 mart 1726(1726-03-14)
Doğum yeri
Vəfat tarixi 13 avqust 1788(1788-08-13) (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti əsilzadə
Atası III Əhməd
Anası Hənifə Qadınəfəndi
Həyat yoldaşları
Ailəsi Osmanlı xanədanı

14 mart 1726-cı ildə Topqapı sarayında dünyaya gəldi.[3][4] Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Hənifə Qadınəfəndidir. Hələ 4 yaşında ikən çıxan Patrona Xəlil üsyanı nəticəsində atası taxtdan endirilərək Topqapı sarayının Şimşirlik bölümünə həbs edildi. Əsma Sultan isə sabiq padşahın digər ailə üzvləriylə birlikdə Köhnə saraya göndərildi. Burada keçən uşaqlıq və gənclik illəri haqqında yetərli məlumat yoxdur.

Əsma Sultanın ilk evliliyi əmisi oğlu Sultan Mahmud tərəfindən 19 fevral 1743-cü ildə Silahdar Yaqub Paşayla baş tutdu. Olduqca sadə keçirilən toy mərasiminin ardından cütlük Əsma Sultana hədiyyə edilən Kadırqa sarayında məskunlaşdı. Ancaq çox keçmədən Yaqub Paşa Adana valisi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı və hələ yolda ikən 1743-cü ilin dekabrında vəfat etdi.[5]

1745-ci ildə Sultan Mahmudun istəyilə Muhsinzadə Mehmed Paşayla nişanlandı. Ancaq paşanın uzun illər əyalətlərdə xidmət etməsi səbəbilə cütlüyün toy mərasimi gecikdi. Bu müddət ərzində Sultan Mahmud və ardından taxta çıxan digər əmisi oğlu Sultan Osman vəfat etdi. Taxta çıxan Sultan Mustafa isə uzun illərdir nişanlı olaraq gözləyən bacısı üçün 23 iyun 1758-ci ildə möhtəşəm bir toy mərasimi təşkil etdi. Kadırqa Sarayında baş tutan toy mərasiminin ardından İstanbulda qalan Muhsinzadə Mehmed Paşa bir il sonra əyalətlərə təyin olundu və paytaxtdan uzaqlaşdırıldı. Ardından mərkəzə çağırılaraq 17651771-ci illərdə iki dəfə sədarətə gətirilən Muhsinzadə Mehmed Paşa 10 iyul 1774-cü ildə cəbhədə vəfat etdi. Cənazəsi, Əsma Sultanın istəyilə Ədirnəyə gətirilərək burada dəfn edildi.

Paşanın vəfatından sonra uzun illər dul qalan Əsma Sultanın taxtda olan qardaşı Sultan Əbdülhəmidlə münasibətləri olduqca yaxşı idi. Sultan Əbdülhəmid bacısının Kadırqadakı sarayını tez-tez ziyarət edir, Ramazan ayları boyunca verilən iftar ziyafətlərinə iştirak edirdi.

Əsma Sultan 13 avqust 1788-ci ildə yaşadığı Kadırqa sarayında vəfat etdi. Ölüm səbəbi bilinməsə də, Sultan Mustafa dövründə gözlərindən müalicə aldığı bilinir. Vəfatının ardından cənazəsi Muhsinzadə Mehmed Paşanın Əyyubsultandakı türbəsinə dəfn edildi.[6] Hər iki evliliyindən də övladı olmamışdır.

  1. Fikret Sarıcaoğlu, Kendi Kaleminden Bir Padişahın Portresi Sultan I. Abdülhamid (1774-1789), İstanbul: TATAV Yay., 2001, s. 157
  2. Türkan Duran, I. Abdülhamid'in Kızı Esma Sultan'ın Hayatı (1778-1848), Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, Yüksek Lisans Tezi, İstanbul 2007, s. 5
  3. Çelebizâde İsmail Âsım Efendi,Tarih-i Çelebizâde, III, haz.: Abdülkadir Özcan ve diğerleri, İstanbul 2013 s. 1483
  4. Mehmed Süreyyâ, Sicill-i Osmanî Yahud Tezkire-i Meşâhir-i Osmâniyye, I, İstanbul: Sebil Yayınevi, 1995, s. 15
  5. Fatma Menteş, Osmanlı İmparatorluğu‟nda Yenileşme Sürecinde Harem, Ege Üniversitesi Sosyal Bilimler Enstitüsü, Yüksek Lisans Tezi, İzmir 2006, s. 120.
  6. Esad Efendi, Osmanlılarda Töre ve Törenler (Teşrifat-ı Kadime), İstanbul 1979, s. 115-116