Mentəşzadə Əbdürrəhim Əfəndi (Bursa – 4 dekabr 1716, Ədirnə) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı.[1]
Əbdürrəhim Əfəndi | |
---|---|
Əvvəlki | Mirzə Mustafa Əfəndi |
Sonrakı | Əbu İshaq İsmayıl Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Qurd Mehmed Əfəndi |
Bursa məhkəməsinin katibi Qurd Mehmed Əfəndinin oğlu və Mentəşzadə Mehmed Əfəndinin kürəkənidir. Bursada dünyaya gəlmiş, burdakı təhsilinin ardından İstanbula gedərək şeyxülislam Minkarizadə Yəhya Əfəndidən dərslər almışdır. Dini təhsilini tamamladıqdan sonra İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından qazılığa yüksəldi, Yenişəhər və Ədirnə qazılığına gətirildi. Çox keçmədən vəzifədən alındı və 10 ilə yaxın bütün dövlət vəzifələrindən uzaq tutuldu. Ardından Üsküdar və Misir qazısı olaraq təyin edilmiş, çox keçmədən 1705-ci ildə İstanbul qazılığına yüksəldi. 1708-ci ildə Anadolu qazəsgəri, 1711, 1713 və 1715-ci illərdə isə Rumeli qazəsgərliyinə gətirildi. Son qazəsgərliyi dönəmində 26 iyun 1715-ci ildə şeyxülislamlığa yüksəldi.[2] 17 aya yaxın bu vəzifədə qaldıqdan sonra xəstələndi və 4 dekabr 1716-cı ildə vəfat etdi. Ədirnədə Zəhrimar məscidinin həyətində dəfn edilmişdir.