Şirzad Əyyubov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şirzad Əyyubov
Azərbaycan Milli Məclisinin III çağırış üzvü
4 fevral 1996 – 30 noyabr 2005
Seçki dairəsi1995 — 98 nömrəli Şamaxı
2000 — 98 nömrəli Şamaxı-Ağsu
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
18 noyabr 1992 – 10 noyabr 1993
ƏvvəlkiƏli Məmmədov
SonrakıXudaverdi Lazımov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1953(1953-01-01) (71 yaş)
Doğum yeri
Partiya
Təhsili

Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci2-ci çağırış üzvü; Şamaxı rayonunun icra başçısı (1992–1993).

Həyatı

Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub.[1] M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.[1] Rus dilini bilir.[1] 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub.[1] Ailəlidir, 2 övladı var.[1]

Fəaliyyəti

Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib.[2] Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib.[3]

1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[4][5]

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 98 saylı Şamaxı-Ağsu dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 2-ci çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[6][7]

2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov, Müsavat Partiyasının mövqeyinə zidd olaraq deputat mandatını qəbul elədiyinə görə Müsavat Partiyasının sıralarından xaric edildi.

İstinadlar

  1. 1 2 3 4 5 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "ƏYYUBOV Şirzad Şahbaz oğlu". www.meclis.gov.az (az.)). 01.01.2022. Archived from the original on 2022-07-07. İstifadə tarixi: 01.01.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Şirzad Şahbaz oğlu Əyyubovun Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı" (az.)). 18.11.1992. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Şirzad Şahbaz oğlu Əyyubovun Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı" (az.)). 10.11.1993. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  4. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "I çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  6. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "II çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.