Hacıməmməd Ramazanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hacıməmməd Ramazanov
bayraq
Azərbaycan Milli Məclisinin III çağırış üzvü
bayraq2
26 noyabr 1995 – 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1951(1951-11-25) (72 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Hacıməmməd Ramazanov (tam adı: Hacıməmməd Yusif oğlu Ramazanov; 25 noyabr 1951, Sumaylı, Zaqatala rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin III çağırış üzvü.

Həyatı

Hacıməmməd Ramazanov 1951-ci il noyabrın 25-də Zaqatala rayonunun Sumaylı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası üzvüdür.

Hacıməmməd Ramazanov ailəlidir, 2 övladı var.

Fəaliyyəti

1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 66 nömrəli Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 66 saylı Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının, Azərbaycan—Bosniya və Herseqovina, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.[3][4]

İstinadlar

  1. "I çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. "II çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
  4. "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.