Təkiyə (İçərişəhər)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Təkiyə
Xəritə
40°21′59″ şm. e. 49°50′11″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIII əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti Bərpa olunub.
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.74
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təkiyəİçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə.

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb[1].

Tarixi

Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib[2]. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir.

Haqqında

Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var[3].

Şəkilləri

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. August 2, 2001. July 7, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: November 25, 2022.
  2. "İçərişəhər" (az.). bakucity.preslib.az. January 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
  3. "Ölkə Əhəmiyyətli Abidələr" (az.). icherisheher.gov.az. June 18,2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: Novemebr 25, 2022.