1975 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1975; fr. Concours Eurovision de la chanson 1975) — sayca 20-ci Avroviziya Mahnı Müsabiqəsidir. Dünyaca məşhur ABBA qrupunun ifa etdiyi "Waterloo" mahnısı ilə 1974 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1975-ci ildə İsveç müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Stokholm şəhərində Stockholmsmässan arenasında keçirilmişdir. Müsabiqə 1975-ci ilin 22 mart tarixində baş tutmuşdur.
1975 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 22 mart 1975 |
Aparıcı(lar) | Karin Falk |
Kanal | SR |
Keçirilən yer | Stockholmsmässan, Stokholm, İsveç |
Qalib mahnı | Niderland "Ding-a-Dong" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 19 |
İlk dəfə iştirak edən ölkələr | Türkiyə |
Yenidən iştirak edən ölkələr | Fransa Malta |
İştirakdan imtina edən ölkələr | Yunanıstan |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1974 1976 ► |
1975-ci ildə Türkiyə Avroviziyaya ilk dəfə qoşuldu. Yunanıstan isə Türkiyənin müsabiqədəki iştirakına etiraz olaraq Avroviziya 1975-də imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. Eyni zamanda Fransa bir illik, Malta isə iki illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə Niderland təmsilçiləri olan Teach-In qrupu ifa etdikləri "Ding-a-Dong" adlı mahnı qalib gəlmişdirlər. Bu Niderlandın Avroviziyada dördüncü qalibiyyəti idi.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Niderland | İngiliscə | Teach-In | "Ding-A-Dong" | Dinq-Donq | 1 | 152 |
02 | İrlandiya | İngiliscə | The Swarbriggs | "That's What Friends Are For" | Dostlar məhz bunun üçündür | 9 | 68 |
03 | Fransa | Fransızca | Nikol Riyo | "Et bonjour à toi l'artiste" | Sənində sabahın xeyir, sənətkar | 4 | 91 |
04 | Almaniya | Almanca, İngiliscə | Coy Fleminq | "Ein Lied kann eine Brücke sein" | Mahnı körpü ola bilər | 17 | 15 |
05 | Lüksemburq | Fransızca | Jeraldin | "Toi" | Sən | 5 | 84 |
06 | Norveç | İngiliscə | Ellen Nikolaysen | "Touch My Life (With Summer)" | Həyatıma toxun (Yay ilə) | 18 | 11 |
07 | İsveçrə | Almanca | Simone Dreksel | "Mikado" | Mikado | 6 | 77 |
08 | Yuqoslaviya | Slovencə | Pepel In Kri | "Dan ljubezni" | Sevginin günü | 13 | 22 |
09 | Böyük Britaniya | İngiliscə | The Shadows | "Let Me Be The One" | İcazə ver mən o olum | 2 | 138 |
10 | Malta | İngiliscə | Renato | "Singing This Song" | Bu mahnını oxuyaraq | 12 | 32 |
11 | Belçika | Niderlandca, İngiliscə | Ann Kristi | "Gelukkig zijn" | Xoşbəxt olmaq | 15 | 17 |
12 | İsrail | İvritcə | Şlomo Artzi | "At Va'Ani" (את ואני) | Sən və mən | 11 | 40 |
13 | Türkiyə | Türkcə | Semiha Yankı | "Seninle Bir Dakika" | Səninlə bir dəqiqə | 19 | 3 |
14 | Monako | Fransızca | Sofi | "Une chanson c'est une lettre" | Mahnı bir məktubdur | 13 | 22 |
15 | Finlandiya | İngiliscə | Pihasoittajat | "Old Man Fiddle" | Qoca skripkaçı | 7 | 74 |
16 | Portuqaliya | Portuqalca | Duarte Mendeş | "Madrugada" | Sübh | 16 | 16 |
17 | İspaniya | İspanca | Serxio və Estibalis | "Tú volverás" | Qayıdacaqsan | 10 | 53 |
18 | İsveç | İngiliscə | Lasse Berqhaqen | "Jennie, Jennie" | Cenni, Cenni | 8 | 72 |
19 | İtaliya | İtalyanca | Uess və Dori Qeççi | "Era" | Budur | 3 | 115 |