1968 Avroviziya Mahnı Müsabiqəsi

1968 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1968; fr. Concours Eurovision de la chanson 1968) — sayca 13-cü Avroviziya Mahnı Müsabiqəsidir. Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə 1967 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1968-ci ildə Böyük Britaniya müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Albert Hall-da keçirilmişdir. Müsabiqə 1968-ci ilin 6 aprel tarixində baş tutmuşdur.

1968 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 6 aprel 1968
Aparıcı(lar) Keyti Boyl
Kanal Böyük Britaniya, BBC
Keçirilən yer Royal Albert Hall,
London, Böyük Britaniya
Qalib mahnı İspaniya İspaniya
"La, la, la"
Seçki sistemi Hər ölkədən on münsif vardı və onlar bəyəndikləri mahnılara xal verirdilər.
İştirakçıların sayı 17
İlk dəfə iştirak edən ölkələr Olmayıb
İştirakdan imtina edən ölkələr Olmayıb
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1967        1969 ►

Bu müsabiqə rəngli yayımlanan ilk Avroviziya Mahnı Müsabiqəsi olaraq tarixə düşmüşdür. 17 ölkənin iştirak etdiyi müsabiqədə İspaniya təmsilçisi Massiel ifa etdiyi "La, la, la" mahnısı ilə cəmi bir səs fərqi ilə Avroviziya 1968-in qalibi olmuşdur. Bu İspaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Müsabiqədə qalib gələn mahnı "La, la, la" Avroviziya səhnəsində əslində tanınmış ispan müğənnisi olan Xuan Manuel Serrat tərəfindən ifa edilməli olduğu halda, Serratın mahnını Katalan dilində ifa etmək istəyi müğənninin İspaniya dövlət kanalı tərəfindən müsabiqədə iştirakdan kənarlaşdırılmasına səbəb olmuşdur. Nəticə olaraq Xuan Manuel Serrat TVE tərəfindən Massiel ilə əvəz edilmişdir.

Səsvermənin saxtalaşdırılması iddiaları

[redaktə | mənbəni redaktə et]

2008-ci ilin may ayında İspaniyalı rejissor Montse Fernandes Villa tərəfindən hazırlanan sənədli filmdə mövzü Fransada baş verən 1968-ci ilin may hadisələrinin "Frankist İspaniya"ya təsiri idi. Sənədli filmdə eyni zamanda İspaniyanın Avroviziya 1968-də qalibiyyətinə toxunan rejissor müsabiqənin nəticələrinin həmin il İspan diktatoru Fransisko Franko tərəfindən saxtalaşdırılmasını iddia etmişdir. İddiaya görə, 1968-ci ildə İspan dövlət kanalının rəsmiləri müsabiqədə iştirak edən müəyyən Avropa ölkələrinə səyahət etmiş və dövlət kanallarına pul qarşılığında İspaniyaya Avroviziyada səs vermələri təklif edilmişdir. Rejissor iddiaya əsas mənbə olaraq, 1968-ci ildə İspan dövlət kanalında çalışan jurnalist Xose Mariya İnyiqonun rejissor ilə müsahibəsini göstərmişdir.[1] Sənədli filmdə əslində Avroviziya 1968-də ikinci yeri qazanan Böyük Britaniya təmsilçisi Kliff Riçardın müsabiqədə qalib gəlməli olduğu bildirilmişdir. Sənədli filmin yayımlanmasından sonra qalib mahnını ifa edən müğənni Massiel iddiaların gerçək olmadığını bildirərək, filmin yayımlandığı kanalın əsl məqsədinin sadəcə skandal yaratmaq olduğunu iddia etmişdir.

Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal
01 Portuqaliya Portuqaliya Portuqalca Karlos Mendeş "Verão" Yay 11 5
02 Niderland Niderland Niderlandca Ronni Tober "Morgen" Sabah 16 1
03 Belçika Belçika Fransızca Klod Lombar "Quand tu reviendras" Sən geri qayıdanda 7 8
04 Avstriya Avstriya Almanca Karel Qott "Tausend Fenster" Minlərlə pəncərə 13 2
05 Lüksemburq Lüksemburq Fransızca Kris Baldo və Sofi Qarel "Nous vivrons d'amour" Biz sevgi ilə yaşayacağıq 11 5
06 İsveçrə İsveçrə İtalyanca Canni Maskoyo "Guardando il sole" Günəşə baxaraq 13 2
07 Monako Monako Fransızca Line və Villi "À chacun sa chanson" Hər kəsin öz mahnısı 7 8
08 İsveç İsveç İsveçcə Klas-Göran Hederström "Det börjar verka kärlek, banne mej" Bu artıq sevgiyə bənzəyir, lənətə gəlsin 5 15
09 Finlandiya Finlandiya Fincə Kristina Hautala "Kun kello käy" Zaman keçdiyi an 16 1
10 Fransa Fransa Fransızca İzabel Obre "La source" Mənbə 3 20
11 İtaliya İtaliya İtalyanca Serco Endriqo "Marianne" Marianna 10 7
12 Böyük Britaniya Böyük Britaniya İngiliscə Kliff Riçard "Congratulations" Təbriklər 2 28
13 Norveç Norveç Norveçcə Odd Börre "Stress" Stress 13 2
14 İrlandiya İrlandiya İngiliscə Pat MakKviqan "Chance of a Lifetime" Həyatın fürsəti 4 18
15 İspaniya İspaniya İspanca Massiel "La, la, la" La, la, la 1 29
16 Almaniya Almaniya Almanca Venke Müre "Ein Hoch der Liebe" Sevginin şərəfinə 6 11
17 Yuqoslaviya Yuqoslaviya Xorvatca Dubrovački trubaduri "Jedan dan" Bir gün 7 8
Səsvermə nəticələri
Cəmi Portuqaliya Niderland Belçika Avstriya Lüksemburq İsveçrə Monako İsveç Finlandiya Fransa İtaliya Böyük Britaniya Norveç İrlandiya İspaniya Almaniya Yuqoslaviya
Portuqaliya 5 2 3
Niderland 1 1
Belçika 8 1 1 1 3 1 1
Avstriya 2 2
Lüksemburq 5 1 1 1 1 1
İsveçrə 2 2
Monako 8 2 1 3 1 1
İsveç 15 1 1 1 2 6 4
Finlandiya 1 1
Fransa 20 3 6 2 3 3 1 2
İtaliya 7 1 2 2 2
Böyük Britaniya 28 1 2 2 1 4 5 3 2 4 1 1 2
Norveç 2 1 1
İrlandiya 18 1 1 1 4 1 4 6
İspaniya 29 4 2 1 4 3 4 3 1 1 6
Almaniya 11 1 1 2 5 2
Yuqoslaviya 8 1 1 1 1 3 1
  1. "TVE 'compró' los votos para que Massiel ganará Eurovisión" (İspanca). 20 minutos. 5 may 2008. 12 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]