İsrafil Məmmədovun ev-muzeyi

İsrafil Məmmədovun ev-muzeyi1941-45-ci illər Böyük Vətən Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovun xatirə ev-muzeyi.

İsrafil Məmmədovun Ev Muzeyi
Əsası qoyulub 1985
Mövzu Hərbi
Ölkə
Yerləşir Gəncə, M.A.Abbaszadə, 42
Kolleksiyası 285 eksponat
Direktor Eldəniz Məmmədov

Ev İsrafil Məmmədova 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı aldıqdan sonra verilib. O, 1946-cı ilə kimi bu evdə yaşayıb.[1] Hazırda isə ev İsrafil Məmmədovun adına muzey kimi fəaliyyət göstərir. Mənzil-muzeyin rəsmi açılışı 1985-ci il may ayının 6-da faşizm üzərində qələbənin qırx illiyi ilə əlaqədar olmuşdur.[2] Gəncə şəhər Mədəniyyət İdarəsinin təşəbbüsü ilə ictimai əsaslarla yaradılmış və Azərbaycan SSR Nazirlər Sovetinin 17 sentyabr 1990-ci il 376 nömrəli əmri ilə dövlət muzeyi kimi fəaliyyət göstərir.[3]

Muzey 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. İsrafil Məmmədovun ev muzeyi 4 bölmədən ibarətdir və hər bölmədə müxtəlif eksponatlar nümayiş etdirilir. Muzeydə 285 adda eksponat və qəhrəmanın həyatını əks etdirən 161 ədəd foto şəkil saxlanır.

Muzeydə İsrafil Məmmədovun ov tüfəngi, çantası, xəncəri, çəkmələri, evinə aid stol və stulları, mətbəx avadanlıqları və digər əşyalar var. Həmçinin burada Sovet İttifaqı qəhrəmanının anasına, ailəsinə yazdığı məktublar və anasının ona yazdığı məktublar da yer alıb.[4]

  1. www.kepeztv.a. "İsrafil Məmmədovun anadan olmasından 100 il ötür" (az.). Elnur Vahidoğlu. 14.03.2019. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  2. www.anl.az. ""İsrafildən ibrət alın"" (az.). Əhməd İsayev. 8 may, 2011. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  3. www.ganja.az. "İsrafil Məmmədovun Xatirə Ev Muzeyi" (az.). 2019-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  4. www.ganjanews.az. "Gəncənin "Xan Bağı"nda dəfn edilən Sovet İttifaqı Qəhrəmanı – İsrafil Məmmədov" (az.). Surxay Məmmədzadə. 09/05/2019. İstifadə tarixi: 2019-12-13.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]