Şahsevənlər məscidi

Şahsevənlər məscidiAzərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi, məscid.

Şahsevənlər məscidi
Xəritə
40°40′54″ şm. e. 46°20′52″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Şahsevənlər küç.[1]
Tikilmə tarixi 1882
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil, fəaliyyət göstərir
İstinad nöm.3818
KateqoriyaMəscid
Əhəmiyyətiyerli əhəmiyyətli
Şahsevənlər məscidi (Gəncə)
Şahsevənlər məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şahsevənlər məscidi

Məscid Gəncədə Şahsevənlər məhəlləsində yerləşir.[2] Azərbaycan memarlığının orijinal nümunəsi olan abidənin tikintisinə 1880-ci ildə başlanıb.[3] 1882-ci ildə məscid tikilib başa çatdırılıb.

Məscidin iç sahəsi 13x15 metrdir. Məscidin bütün binası, eləcə də günbəzi bişmiş kərpiclə tikilib.[4][5] İbadət zalı 2 hissəyə — qadınlar və kişilər şöbəsinə bölünüb. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir. Hər bir mərtəbənin sahəsi 2,5x11 metrdir. Məscidin döşəməsi taxtadandır. Məscidin bir giriş qapısı var. Qapı dördbucaqlı formada olub, taxtadan düzəldilib. İbadət zalında 10 pəncərə qoyulub. Pəncərələr taxtadandır və tağvari formaya malikdir. Mehrabın hündürlüyü 3,5 metrdir.[6] Mehrabın yan tərəfində və yuxarı hissədə 12 imamın adı yazılmışdır. Məscidin günbəzi 8 ədəd tağ şəkilli divar üstündə dayanıb. Döşəmədən günbəzədək hündürlüyü 10 metrdir. Məscidin iç divarları sement məhlulu ilə suvanıb və göy rənglə işlənib. Məscidin qadınlar şöbəsinin ikinci mərtəbəsinin məhəccəri amfiteatr formasındadır. Məscidin dam örtüyü bişmiş kərpicdən olub, iki laydan ibarətdir. Belə ki, günbəzin birinci layı ilə ikinci layı arasındakı məsafə 1,50 metr ölçüsündədir. Məscidin günbəzinin diametri 12 metrdir.[2]

Sovetlər dövründə bu məsciddən yaşayış evi, kitabxana kimi istifadə edilib.[2] 1994-cü ildən məscidin fəaliyyəti bərpa edilib. 1970-ci ildə Gəncə Şəhər KP-nin birinci katibi Həsən Həsənovun başçılığı ilə burada təmir-bərpa işləri aparılıb.[2] Məscidin tikilməsi zərurəti vaxtilə şəhər əhalisinin sayının çoxalması və məhəllənin böyüməsi ilə bağlı olmuşdur. Məscidin tikintisinin təşəbbüskarları yerli məhəllə sakinləridir. Camaatın qeyd etdiyinə görə, məscidin inşasına təbrizli bir şəxs rəhbərlik edirmiş. Tikinti materiallarının daşınması üçün məhəllə camaatı 200 araba ayırıbmış.


Məscid kompozisiya və konstruksiyası ilə digər məscidlərdən xeyli fərqlənir. Onun minarəsi yoxdur. Minarəni məscidin quzey divarlarında özünəməxsus tikilmiş və günbəzin lap yuxarı hissəsinə kimi uzanan pillələr əvəz edir.[6]

  1. www.ganja.az. "Şahsevənlər məscidi" (az.). 2020-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-16.
  2. 1 2 3 4 Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 170. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 135. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  4. wikimapia.org. "Şahsevənlər Məscidi (Gəncə)" (az.). İstifadə tarixi: 2020-01-16.
  5. www.anl.az. "Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu" (az.). Sevinc Abdullayeva. 18 oktyabr, 2014. İstifadə tarixi: 2020-01-16.
  6. 1 2 kataloq.gomap.az. "Şahsevənlər məscidi" (az.). İstifadə tarixi: 2020-01-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]