Cavad xan dəftərxanası

Cavad xan dəftərxanasıXVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir.

Cavad xan dəftərxanası
2012-ci ildə tikilən yeni dəftərxana
2012-ci ildə tikilən yeni dəftərxana
Xəritə
40°40′12″ şm. e. 46°21′41″ ş. u.HGYO
Ölkə
Şəhər Gəncə, Azərbaycan
Yerləşir M.Abbaszadə küçəsi, 60
Sifarişçi Cavad xan
Tikilmə tarixi XVIII əsr2012-ci il (yenidən tikilməsi)
Uzunluğu 4,1 m
Sahəsi 48,36 m2[1]
Vəziyyəti yenidən tikilib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir.[2]

Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib.[3] Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.[4]

Tarixi abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li Qərarı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüşdür. Daşınmaz tarix-mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsün"də ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır.[5]

  1. ganca.org. "Cavad Xan Dəftərxanası" (az.). Elnur Pişnamaz-zadə Gəncəvi. 09.04.2012. İstifadə tarixi: 2019-12-13.[ölü keçid]
  2. deyerler.org. "Cavad xan dəftərxanası" (az.). 4 aprel 2012. 2021-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  3. azertag.az. "Araşdırma: istiqlaliyyət tariximizdə Yusifbəylilər sülaləsinin xüsusi yeri var" (az.). Rauf Hacıyev. 24.01.2018. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  4. www.islamtimes.org. "Cavad xanın dəftərxanası" (az.). 17 May 2012. 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  5. www.ganja.az. "Cavad xan dəftərxanası" (az.). 2019-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]