Məhəmməd Əmin Rəsulzadənin büstü — 1991-ci ildə siyasətçi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadəyə Gəncə şəhərində, Dəmiryolçular parkında qoyulmuş büst.[1]
Məhəmməd Əmin Rəsulzadənin büstü | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Gəncə |
Heykəltaraşlar |
Cəmaləddin Rüstəmov Asəf Həsənov Qurban Qurbanov |
1991-ci ildə Azərbaycan yenidən müstəqil olduqdan sonra ölkə ərazisində Məhəmməd Əmin Rəsulzadəyə qoyulmuş ilk büst.[2] Büst 1991-ci ildə Gəncə şəhərində, Dəmiryolçular parkında qoyulub. Heykəltaraşı Cəmaləddin Rüstəmovdur. Büstün qoyulması ilə bağlı Cəmaləddin Rüstəmov bunları deyib:[3]
1990-cı ildə Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadənin ilk dəfə olaraq büstünün hazırlanması böyük bir məsuliyyət demək idi. O illərdə təsəvvür edin ki, Məhəmməd Əmin Rəsulzadənin şəklini belə tapa bilmirdik. 1990-cı ilin noyabr, dekabr ayları idi. Hansısa bir qəzetdən balaca bir ölçüdə Rəsulzadənin şəklini tapa bildik. Həmin şəklin əsasında mən eskiz etdim. Bəyənildi. Mən, heykəltaraş Asəf Həsənov və Qurban Qurbanov bu büstü hazırlamalı olduq. Sonra o dövrlərdə bir qədər maliyyə problemləri ilə üzləşsək də ancaq 1991-ci ilin aprel ayında büstün açılmasına nail ola bildik. Və bu tarixi hadisəni həyata keçirmək məhz mənə qismət oldu. |