Ədalət Paryiyası — 1993-cü ildə İlyas İsmayılov tərəfindən yaradılan sol təmayüllü siyasi partiya.
Ədalət Partiyası | |
---|---|
Sədri | İlyas İsmayılov |
Sədr müavinləri | Elxan Şükürlü |
Quruluş tarixi |
1993 (İlk dəfə) 2000 (Yenidən quruluş) |
Qeydiyyat tarixi | 18 may 2002 |
Birləşən | Azərbaycan Demokrat Partiyası (1996-2000) |
Baş qərargah | |
Üzvlüyü |
Demokratik Azərbaycan Bloku (2005) İslahat Bloku (2010-2013) Vətən Bloku (2013-2015) |
Üzv sayı | 5 472[1] (2023) |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ədalət Partiyasının üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur.[2]
Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cı ildə Azərbaycan Demokrat Partiyasına (ADP) birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyədək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İ. İsmayılov 1992, 2003 və 2013-cü illərdə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd və Milli Məclisin deputatı olub.
2007-ci ildı Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında partiyaların birləşməsi təklifi üzərinə müzakirələr başlamış, lakin birləşmə gerçəkləşməmişdir.[3]
2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur.[4]
2013-cü ildə Ədalət Partiyası Azərbaycan Yaşıllar Partiyası ilə "Vətən" Siyasi Blokunu təsis etmişdir. Daha sonra bloka Azərbaycan İslam Partiyası da qatılmışdır. Blok 2013-cü il prezident seçkilərində vahid namizədlə — İlyas İsmayılov ilə qatılmışdır.[5][6] Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.[7]
Əvvəllər Ceyhun Hacıbəyli 2 ünvanında yerləşən ofisdə fəaliyyət göstərən Ədalət Partiyası hazırda Nizami rayonunda Neftçilər metrosunun yaxınlığında Əzim Əzimzadə küçəsindəki binada yerləşir. Bina partiyaya dövlət tərəfindən icarə müqaviləsi ilə verilib. Ədalət Partiyası ilə bərabər sözügedən binada Böyük Quruluş və Azərbaycan Liberal Demokrat partiyaları da yerləşir. Özünə görə hər üç partiyanın qərargahını normal hesab etmək olar[8].
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | İlyas İsmayılov |
0 / 100 |
Partiya vahid çoxmandatlı seçki dairələri üzrə seçkilərdə iştirak etmədi. | 0 / 125
| ||||
2000 | Ədalət Partiyası 1996-2000-ci illərdə Azərbaycan Demokrat Partiyasına birləşmişdir. | |||||||
2005 | İlyas İsmayılov |
0 / 125 |
— | — | — | 0 / 125
| ||
2010 | 12 761 | 0.53 | 1 / 125 |
— | — | — | 1 / 125
| |
2015 | 6 507 | 0.23 | 0 / 125 |
— | — | — | 0 / 125
| |
2020 | 0 / 125 |
— | — | — | 0 / 125
| |||
2024 | — | — | — |
Seçki | Sədr | Səs | Mandat | |
---|---|---|---|---|
# | % | |||
2006 | İlyas İsmayılov | 1 / 10
|
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
2004 | İlyas İsmayılov | ||||
2009[9] | 13 / 15.591
| ||||
2014 | |||||
2019 |
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006[10] | İlyas İsmayılov | 1 / 1.901
|