2022 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2022; fr. Concours Eurovision de la chanson 2022) — sayca 66-cı Avroviziya Mahnı Müsabiqəsidir. Måneskinın ifa etdiyi "Zitti e buoni" mahnısı ilə 2021 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2022-ci ildə İtaliya 31 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Bununla, İtaliya üçüncü dəfə müsabiqəyə (əvvəllər 1965-ci ildə Neapolda və 1991-ci ildə Romada ev sahibliyi etmişdir) ev sahibliyi edəcək. Avropa Yayım Birliyi (EBU) və Radiotelevisione italiana (RAI) tərəfindən təşkil olunan müsabiqə, İtaliyanın Turin şəhərində yerləşən "PalaOlimpico" arenasında təşkil olunacaq. Beynəlxalq yarışma, 10 və 12 may 2022-ci il tarixlərində keçiriləcək iki yarı-finaldan və 14 may 2022-ci ildə baş tutacaq böyük final mərhələsindən ibarət olacaq.
2022 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
I yarımfinal | 10 may 2022 |
II yarımfinal | 12 may 2022 |
Final | 14 may 2022 |
Aparıcı(lar) | Laura Pausini, Alessandro Cattelan, Mika |
Direktor | Martin Österdahl |
Kanal | RAI |
Keçirilən yer | "Pala Olimpico", Turin, İtaliya |
Qalib mahnı | Ukrayna "Stefania" |
İştirakçıların sayı | 40 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Ermənistan Monteneqro |
İştirakdan imtina edən ölkələr | Rusiya |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2021 2023 ► |
Müsabiqədə 40 ölkə iştirak edəcək. Ermənistan və Monteneqro isə geri qayıdırlar.
Måneskinin ifasında "Zitti e buoni" mahnısı ilə ölkənin 2021-ci il buraxılışında qazandığı qələbədən sonra 2022-ci il müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək. Daha əvvəl 1965 və 1991-ci illərdə müvafiq olaraq Neapol və Romada keçirilən yarışa İtaliya üçüncü dəfə ev sahibliyi edəcək. Seçilən məkan konsertlər, sərgilər, yarmarkalar, konfranslar və idman (xüsusilə buz hokkeyi və kerlinq kimi buz meydançası tələb olunanlar) daxil olmaqla tədbirlər üçün məkan kimi xidmət edən çoxməqsədli qapalı zal olan 13300 yerlik Palaolimpico-dur. Santa Rita şəhərində yerləşir. PalaOlimpico əvvəllər 2006 Qış Olimpiya Oyunlarında buz hokkey yarışlarına ev sahibliyi edib.
10 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etdi. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda İtaliya və Fransa səsvermədə iştirak edib.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
12 may tarixində baş tutacaq yarımfinal mərhələsində 18 ölkə iştirak edib. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, Almaniya və İspaniya səsvermədə iştirak edib.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
Ölkə | Dil | Müğənni | Mahnı | Yer | Xal |
---|---|---|---|---|---|
Almaniya | ingilis | Malik Harris | "Rockstars" | ||
Böyük Britaniya | ingilis | Sam Ryder | “Space Man” | ||
Fransa | breton | Alvan və Ahez | "Fulenn" | ||
İspaniya | ispan, ingilis | Çanel | "SloMo" | ||
İtaliya | italyan | Mahmood və Blanco | "Brividi" |