Ağkənd — Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunda bir kənd.
Tarixi Azərbaycan əraziləri | |
Ağkənd kəndi | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Dərələyəz mahalı |
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin əhalisi 1918-ci ilə qədər yalnız türklərdən və azərbaycanlılardan ibarət olmuşdur. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən kənddən qovulmuşdur. Sovet hökuməti qurulduqdan sonra, 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kənddə ermənilərlə qarışıq yaşamışlar. Ağkəndə ilk erməni ailələri (ilkin olaraq 172 nəfər) 1922–1925-ci illərdə məskunlaşmağa başlayıblar. XX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi sıxışdırılıb çıxarılmışdır. 1966-cı ildə kənd ermənicə Aşotavan adlandırılmışdır. Bəzi mənbələrə görə kəndin keçmiş adı Əxikənd olmuşdur,
2001-ci ildə Ermənistan hökuməti tərəfindən həyata keçirilən siyahıyalmanın nəticələrinə görə kənddə 449 nəfər yaşayır. Hal-hazırda kəndin bütün əhalisi buraya sonradan gəlmiş ermənilərdən ibarətdir.
İl | 1897 | 1926 | 1939 | 1959 | 1970 | 1979 | 2001 | 2004 |
---|---|---|---|---|---|---|---|---|
Əhali sayı | 670 | ▼ 300 | ▲ 621 | ▼ 577 | ▼ 502 | ▼ 478 | ▼ 449 | ▼ 427 |
Kəndin yaxınlığında 14-cü əsrdə tikilmiş Səlim karvansarası yerləşir.