Arpa — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]
kənd | |
Arpa | |
---|---|
39°43′15″ şm. e. 45°11′02″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 990 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır[3]. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim Arpa türk şəxs adı[5] əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir[6].
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur.
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır.[7] 30 - cu illərdə azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.
İl | 1831 | 1873 | 1922 | 1959 | 1970 | 1979 | 2001 | 2004 | 2011 |
---|---|---|---|---|---|---|---|---|---|
Əhali sayı | 63 | ▲ 294 | ▲ 513 | ▲ 1094 | ▲ 1370 | ▼ 1351 | ▲ 1794 | ▼ 1752 | ▲ 2006 |