Başkənd (Dərələyəz)

Başkənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2][3]

kənd
Başkənd
39°47′38″ şm. e. 45°21′48″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 1.540 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.113 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Başkənd xəritədə
Başkənd
Başkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 3 km məsafədə, Arpaçayın sağ axarında, Başkəndçayın sahilində yerələşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim Azərbaycan dilində "böyük, əsas" mənasında işlənən baş sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vernaşen (Başkənd) qoyulmuşdur. 1728-ci ildən mə'lumdur[5][6]. XIX əsrin 70-ci illərində Azərbaycan türkləri sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Vernaşen adlandırılmışdır.[7]

Kənddə 1897-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır[8]. 1928–29-cu illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.34
  5. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  6. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.
  7. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Башкәнд // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  8. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93