Ağsu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.[1]
kənd | |
Ağsu | |
---|---|
0°00′00″ şm. e. 0°00′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Toponim «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə[2] qədim türk dilində «çay» mənasında işlənən su (əsli sub) sözündən[3] əmələ gəlmişdir.
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Burada 1829 - cu ildə 41 nəfər, 1879 - cu ildə 71 nəfər azərbaycanlı yaşamışdır[4].
XIX əsrin axırlarında kənd ləğv edilmişdir. İndi xaraba kənddir.