Qurdqulaq, Boloraberd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd.[1][2]
kənd | |
Qurdqulaq | |
---|---|
39°40′06″ şm. e. 45°20′40″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Rayon mərkəzindən 4–5 km məsafədə, Arpaçayın sol qolu olan Qurdqulaq çayının sahilində yerləşir. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çökək" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kürd-kulax dağ[3][4] adı ilə mənaca eynidir. [5]
Toponim qurt //qurd türk etnoniminə[6] "dərə, təpələr arasında düzənlik, təpə, yüksəklik" mənasında işlənən qulaq (kulak) sözünün[7] birləşməsindən əmələ gəlmişdir. "Qurd tayfasına mənsub dərə, təpə yanındakı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 10.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Boloraberd (Qurd qala) qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə Kürd Kulaq kimidir[8][9]1946-cı ildə kənd ermənicə Belorabert adlandırılmışdır.
Kənddə 1873-cü ildə 336 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 470 nəfər, 1904-cü ildə 690 nəfər, 1914-cü ildə 760 nəfər, 1916-cı ildə 581 nəfər yalnız azərbaycanlı yaşamışdır[10]. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalmış, sakinləri isə deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 64 nəfər azərbaycanlı, 248 erməni, 1931-ci ildə 66 nəfər azərbaycanlı, 301 erməni yaşamışdır[10]. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, daha doğrusu 1923–25-ci illərdə köçürülmüşdür.