Gomur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2]
Kənd | |
Gomur | |
---|---|
39°37′46″ şm. e. 45°34′09″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.800 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi[3] qeyd edilmişdir.
Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır[4]. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı[5] formalarında göstərilmişdir[6].
Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür sözündən[7] əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Komk qoyulmuşdur.
Kənddə 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 285 nəfər, 1886- cı ildə 293 nəfər, 1897-ci ildə 353 nəfər, 1904 - cü ildə 365 nəfər, 1914 - cü ildə 400 nəfər, 1916-cı ildə 388 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 155 nəfər, 1926-cı ildə 200 nəfər, 1931-ci ildə 316 nəfər[8], 1939 - cu ildə 386 nəfər, 1959 - cu ildə 381 nəfər, 1970-ci ildə 590 nəfər, 1979 - cu ildə 745 nəfər[9] yalnız azərbaycanlı yaşamışdır. Erməni mənbələrində isə yuxarıda göstərilən statistik məlumatlar ermənilərə aid edilir və guya ermənilər buraya 1828-ci ildə İranın Xoy vilayətindən köçürülmüşdür[9]. Bu, tamamilə yalandır və erməni saxtakarlığıdır. Gomur Kəndində ən qədim zamanlardan 1988-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. XIX-XX əsrin əvvəllərində (1831-1931) burada azərbaycanlıların yaşadığını erməni alimi Z. Qorqodyanın əsərində aydın şəkildə göstərilir[8].
İ.Şopenin də əsərində kəndin köklü sakinlərinin məhəmmədi[10] olduğu qeyd edilmişdir[11]. Azərbaycanlılar 1988-ci ilin noyabrın sonunda Ermənistan dövlətinin deportasiyasına məruz qalmışdır. İndi ermənilər yaşayır.
Gomurda 1918-ci ildə 400 nəfər əhali olmuşdur. Nijdenin cəllad xislət quldur dəstələri kəndi dörd tərəfdən mühasirəyə almış, əhalini böyük-kiçik demədən qılıncdan keçirmişlər. Şahidlər demişlər ki, Axta çayının suyu sanki qan axırdı.[12]