Qalasar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)[2] rayonunda kənd.[3]
Qalasar | |
---|---|
39°53′00″ şm. e. 45°25′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.990 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Qalahasar. Kəndin yaxınlığındakı siklopik qalaçanın adındandır. Ermənistan ərazisində çoxlu miqdarda yaşayış məntəqə adlarında е.əv. III–II minilliklərə aid olan tsiklopik tikintilərin xalq arasında ifadəsi olan "qalaca", "qalacıq", "hasar" sözləri vardır. Azərbaycanda Qazax, Qubadlı, Kəlbəcər, Tovuz, Xanlar, Şərur və b. rayonların ərazilərində də 120-yə qədər kobud yonulmuş, dördkünc formalı nəhəng daşlardan hörgü tikintilər vardır. Bax: Hisar.
Toponim qala sözü ilə türk toponimiyasında "əsas, baş, yuxarı, böyük" mənasında işlənən sar sözündən[4][5] əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Галасар // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 175.
Kənddə 1873-cü ildə 108 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 154 nəfər, 1914-cü ildə 170 nəfər, 1916-cı ildə 248 nəfər yalnız azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 142 nəfər yalnız azərbaycanlı yaşamışdır[7]. 1988-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.