Rayon mərkəzindən 24 km şimal-şərqdə, Erdəpin çayının sahilində, Alagöz çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edümişdir. Kəndin adı Qoturvəng, Qoduxvəng, Gedikvəng kimi göstərilsə də[4], Kəndin əsil adı "Gədikvəng"dir. Kəndin adı X əsrdə çəkilir[5].
Toponim Azərbaycan dilində "dağın beli, aşırım"[6], "dağın belində batıq yer, aşırım, dağ keçidi" mənasında işləqək gədik sözü ilə[7], "dini məbəd, kilsə, abidə"mənasında işlənən vəng sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1946-cı ilədək Qoturvəng adlanmışdır, lakin yerli tələffüz forması Qoduqvəngdir. Əgər toponim Gədikvəngdirsə, onda Azərbaycan dilində gədik və vəng "kilsə" sözlərindən ibarətdir və "gədikdə (dağ belində batıq yerdə) yerləşən vəng" mə’nasını verir.[8]
Kənddə 1873-cü ildə 142 nəfər, 1886-cı ildə 201 nəfər, 1897-ci ildə 206 nəfər, 1904-cü ildə 126 nəfər, 1914-cü ildə 138 nəfər, 1916-cı ildə 273 nəfər yalnız azərbaycanlı yaşamışdır[9]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra əhalinin sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 139 nəfər, 1931-ci ildə 171 nəfər[10], 1959-cu ildə 313 nəfər, 1970-ci ildə 396 nəfər, 1979-cu ildə 537 nəfər[11] 1987-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz ata-baba torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.
↑Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.875