Ağyar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]
Kənd | |
Ağyar | |
---|---|
39°44′11″ şm. e. 45°20′44″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Mərkəzin hündürlüyü | 1.160 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin ilkin adı Əyar olmuşdur. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur[3]. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilmişdir.
Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü[4] əsasında formalaşmışdır. Nəsil adı bildirir.
Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyışdirilib Aqarakadzor qoyulmuşdur.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-29 - cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdür[5].
Burada ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır[6].
İndi yalnız ermənilər yaşayır.