Atatürk abidəsi (Sarayburnu)

Sarayburnu Atatürk Abidəsi (türk. Sarayburnu Atatürk Anıtı) — İstanbul Bələdiyyəsi tərəfindən avstriyalı heykəltaraş Henrix Krippel tərəfindən hazırlanan Türkiyənin ilk abidə heykəli. Heykəl Türkiyədə qoyulan heykəl eyni zamanda ilk Atatürk heykəldir.[1] Abidə Mustafa Kamal Atatürkün, Türkiyə İstiqlaliyyət müharibəsini başlatmaq üçün Samsuna getmək məqsədilə yola çıxdığı yerdə qoyulmuşdur. Abidə, 3 oktyabr 1926-cı ildə dövrün bələdiyə sədri, Emin Erkul (1924–1928) tərəfindən açılmışdır.

Atatürk abidəsi
türk. Sarayburnu Atatürk Anıtı
Xəritə
41°00′58″ şm. e. 28°59′10″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir Fateh
Memar Henrix Krippel
Tikilmə tarixi 25 avqust 1925
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə Sarayburnu Parkında yerləşir. Buraya bir Atatürk heykəlinin dikilməsi fikri dövrün Bələdiyyə Sədri, Emin Erkul aiddir. Bələdiyyə Məclisi tərəfindən də icazəsi verilən bu təklifin gerçəkləşdirilməsi üçün bir komissiya qurularaq işlərə başlanmışdır. Heykəlin hazırlanması heykəltaraş Henrix Krippelə həvalə edilmişdi. Heykəlin hazırlanmasına 15.000 türk lirəsi xərclənmişdir.[2] Heykəl sənətçinin Vyanada yerləşən atelyesində, tökümüdə Vyanada Birləşmiş Mədən müəssisələrində hazırlanmış, parçalar halında Türkiyəyə gətirilmiş və heykəltaraşın nəzarəti altında yerinə oturdulmuşdur. 25 avqust 1925-ci ildə hazırlanmasına başlanan abidə, 3 oktyabr 1926-da mərasimlə açılmışdır. İstanbul sakinləri abidəyə büyük maraq göstərmiş və gecənin gec saatlarına qədər insanlar seyrə gəlmişdir. Atatürk, heykəlin açılışından sonra bələdiyyə nümayəndələrinə göndərdiyi teleqrafda bunları söyləmişdir:

" Möhtərəm İstanbul Xalqının ilk dəfə heykəlimi tikmək surətiylə göstərdiyi yüksək qədirşünaslıqdan və yüksək həvəslə izləmə münasibətiylə nəcib hissiyatdan dolayı səmimi təşəkkürlərimi ərz edirəm. Sözün bundan sonrası heykəltaraşlarındır. "

Abidənin heykəltaraşı Henrix Krippel, Ankaradakı Zəfər Abidəsi, Samsundakı Qürur AbidəsiKonyadakı Atatürk abidəsinə də imzasını atmışdır. Abidənin son illərdə baxımsız qalması mübahisə mövzusu olmuşdur.[3]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Sarayburnu parkında Atatürk abidəsinin arxadan görünüşü

Atatürkün Türkiyə İstiqlaliyyət müharibəsi üçün Samsuna gedərkən İstanbuldan hərəkət etdiyi yerə qoyulan abidə, mərmər qaidə və bürünc heykəl olmaqla iki qisimdən ibarətdir və İki pilləli platforma üzərində qoyulmuşdur. Qaidənin üç tərəfinə bürünc medalyon şəklində yazılar həkk edilmişdir. Fəqət artıq bunların heç biri mövcud deyil.

Atatürk, qaidə üzərinde sivil geyimli dövlət adamı görkəmində görünür. Atatürkün sol əli belinə qoyulmuş, sağ əlini yumruq formasında sıxaraq aşağıya doğru uzatmış, başı dik, qaşları azca çatılmış, gözləri azca qısılmış; dinamik duruşu ilə qərarlı bir ifadə içində görünür.

Heykəlin qaidəsinin önündə xəttat Kamil Akdikin yazısı ilə "tarixi mənimsəmə 1336", arxa üzündə heykəlin qoyulma tarixi olan 1926, yan tərəfində isə Cümhuriyyətin elan tarixi yazılmışdır.[4]

Baxımsız dövrü

[redaktə | mənbəni redaktə et]

Türkiyədə qoyulmuş ilk Atatürk heykəli olan bu abidənin görünüşü 2004-cü ildən etibarən dəmir lövhələrlə məhdudlaşdırılmışdır. Marmaray proyektinin həyata keçirildiyi dönəmdə zərər almaması məqsədilə ətrafı bağlanmışdır. Heykəlin kirli və paslanmış vəziyyətdə idi.[5] Marmaray proyektinin 29 oktyabr 2013-də tamamlanmasına baxmayaraq heykəlin çevrəsi dəmir lövhələrlə qapalı idi. Buna cavab olaraq 2018-ci ildə Cümhuriyyət Xalq Partiyası hərəkətə keçdi və heykəlin çevrəsində bələdiyyə tərəfindən təmir işlərinə başlandı.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "İlk Atatürk heykelini çeviren metal paravanlar kaldırıldı" (Türkçe). ntv.com.tr. 19 Ağustos 2018.
  2. [ https://isteataturk.com/g/icerik/Sarayburnu-Ataturk-Aniti-Istanbul/1007 Arxivləşdirilib 2022-01-29 at the Wayback Machine Sarayburnu Atatürk Anıtı, İstanbul// "https://isteataturk.com/g/icerik/Sarayburnu-Ataturk-Aniti-Istanbul/1007” Arxivləşdirilib 2022-01-29 at the Wayback Machine]
  3. "Türkiye'de yapılan ilk Atatürk heykeli, perdelerin arkasında". Vatan. 2015-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21. (#apostrophe_markup)
  4. A A M Cumhuriyet Dönemi Anıt Heykelleri, Yrd. Doç. Dr. Kıvanç Osma, Ankara 2003, s.32–33, ISBN 975-16-1678-6.
  5. "Sarayburnu'nda utandıran manzara// """. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  6. "CHP Sarayburnu'ndaki Atatürk heykelinin önünü açtırdı// """. 2018-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.