Marşal Atatürk abidəsi

Marşal Atatürk abidəsi — Ankaradakı Etnoqrafiya Muzeyinin önündəki Atatürk abidəsindən sonra Mustafa Kamal Atatürkə həsr olunmuş ikinci layihədir. Ankara şəhər mərkəzi, Ulus və Çanqayanı birləşdirən Zəfər Meydanında yerləşir. İtalyan heykəltaraş Pietro Kanonika (1869–1959) tərəfindən inşa edilmiş abidə 04 noyabr 1927-ci ildə açılmışdır.

Marşal Atatürk abidəsi
Xəritə
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marşal Atatürk abidəsi Peterburqdakı Çar II. Aleksandrın atlı heykəlini və Bağdaddakı Kral I Faysalın heykəlini hazırlayan Pietro Kanonikanın Etnoqrafiya Muzeyinin önündəki abidədən sonra hazırladığı ikinci Atatürk abidəsidir. Türkiyə Cümhuriyyətinin dördüncü Atatürk abidəsi olan heykəlin açılışını baş nazir İsmət İnönü etdi.

Hazırlanmasında bürünc və mərmərdən istifadə edilən abidədə Atatürk başlıq və marşal formasında, iki əlini qılıncının dəstəyində birləşdirərək Çanqayaya tərəf baxır. Heykəlin postamentinin ətrafında qələbə çələngləri qoyulub.

Tunc heykəl 1,75 metr, heykəlin mərmər postamenti isəisə 2 metr hürdürlüyündədir. Milli bayramlarda çələnglərlə bəzədilən abidə, hal-hazırda sıx nəqliyyat və yüksək binaların olduğu Atatürk Bulvarının mərkəzində yerləşir.