Çayqovuşan (İsmayıllı)

ÇayqovuşanAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Çayqovuşan kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]

Çayqovuşan
40°55′41″ şm. e. 48°05′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 140 nəf.
Xəritəni göstər/gizlə
Çayqovuşan xəritədə
Çayqovuşan
Çayqovuşan

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qalacıq turizm zonasında, Göyçay çayının sağ sahilində yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir. Kəndə avtomobillə getmək olar.

Əhalisi 140 nəfərdir ki, onun da 72 nəfəri kişi, 68 nəfəri qadındır. Kəndin böyük əksəriyyəti ləzgilərdir.[2].

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.

  1. "Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
  2. "Arxivlənmiş surət". 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.