Gənzə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Gənzə | |
---|---|
40°40′56″ şm. e. 48°12′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3 nəfər |
Digər | |
[http:// ] | |
Vikianbarda əlaqəli mediafayllar |
Gənzə kəndi İsmayıllı rayonunun qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 25 km aralıda, yaşıllıqlar qoynunda yerləşir. Mənbələrdə Kənzə kimidə qeydə alınmışdır[1].
Bir çox mənbələrdə Qanza variantında da qeydə alınmışdır. Tədqiqatçılar hidronimi ərəb dilindəki kənisa (atəşpərəst məbədi, kilsə) sözünün təhrif olunmuş forması hesab edirlər. Qanza variantı isə qədim Azərbaycan dilində "coşan", "məcrasından çıxan, qəzəblənən" mənalarında işlənmişdir. Azərbaycan dilinin şimal qrupu dialektlərində qanza turşumuş qatığa deyirlər[2].
Kənd öz adını yaxınlığındakı Gənzədağın adından almışdır. Dağın başında qədim məbəd xarabalıqları qalmaqdadır. XIX əsrə aid mənbələrin məlumatına görə, rayonun ərazisindəki Ximran və Həftəsov kəndləri yaxınlığında yanar odlar olmuş və əhali bu yerə sitayiş etmişdir. Tədqiqatçılar oykonimi ərəb dilindəki kənisə (atəşpərəst məbədi) sözünün təhrif olunmuş forması hesab edirlər[2].
Tədqiqatçıların Gənzə oykonomi haqqında müxtəlif fikirləri var. Bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. M.Seyidov[3], Q.Qeybullayev[4], F.Rzayev[5] və başqaları bu adların qədim türk tayfalarından biri lan sak tayfaları ilə əlaqədar yaranması fikrindədirlər. Kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edən filologiya elmləri namizədi F.Rzayevin fikrincə, "kan" qədim türk dillərində "ulu", "ata" mənasında işlənmiş, kəndin adındakı son kompanent "zə" (əslində "zək") isə sak tayfalarının adından götürülmüşdür. Deməli, oykonim ilk vaxtlar qaynaqlarda da qeyd olunduğu kimi Kənizək–Kənzək şəklində işlənmiş[6], zaman keçdikcə tədricən dəyişilərək sondakı "k" səsi düşmüş, Gənzə formasına düşmüşdür. Qeyd etmək yerinə düşər ki, türk dillərində söz sonunda "k" samitinin eleziyası (səsdüşümü) xarakterik haldır[7].
Türkoloq alim C.Cəfərov bu toponimin hunların ən qədim adından – "kun"un morfloji birləşməsi "kunçuk"dan törəmiş "Gəncək" türk tayfasının adından götürüldüyünü vurğulayır[8]. Toponimika üzrə məşhur mütəxəssis Q.Qeybullayev orta əsr qaynaqlarına söykənərək oykonimi sakların içərisində olan "Gəncək" adlı tayfalar ilə bağlayır[9]. Qeyd olunan fikirləri və sak tayfalarının Azərbaycanda yaşamasının şübhə doğurmadığı faktını, hətta bu ərazilərin Saka çarlığının tərkibinə daxil olmasını[10] əsas götürərək demək olar ki, bu oykonimin ərəb-fars mənşəli ifadələrlə əlaqəsi yoxdur və Gənzə kəndinin adı sak tayfalarının bu ərazilərdə məskunlaşması ilə əlaqədar yaranmış, təxminən Kanzak-Kənizək-Kənzək şəklində inkişaf yolu keçərək indiki Gənzə şəklinə düşmüşdür.
İsmayıllı rayonunun Qoşakənd inzibati ərazi vahidində yerləşən bu kənd Girdimançayın sahilində, Çilbiki dağının cənubundadır.
Vaxtilə kəndin sakinləri 500 ailədən çox olsa da, 2022-ci ildə kənddə yalnız əslən Laçın rayonundan köçkün olan 3 nəfərlik bir ailə qalıb. Kəndə su verilmir, asfalt yol, telefon və internet xətti yoxdur.[11]
Gənzə kəndinin ərazisində, kəndin şimal-şərq tərəfində meşəlikdə I əsrə aid qədim Qəbiristanlıq yerləşir [12].
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |