Zeyvə (İsmayıllı)

ZeyvəAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İsmayıllı rayonunun Zeyvə kəndi Basqal qəsəbə sovetinin tərkibindən Xankəndi kənd sovetinin tərkibinə verilmişdir.[1]

Zeyvə
40°45′ şm. e. 48°24′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.003 nəf.
Xəritəni göstər/gizlə
Zeyvə xəritədə
Zeyvə
Zeyvə

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Qədim memarlıq abidələrindən XIX əsrə aid səkkizbucaqlı türbə mövcuddur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Baş Qafqaz yaylasında, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) ətəyində, Basqal qəsəbəsinin yaxınlığında, rayon mərkəzindən 35 km şərqdə yerləşir.

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Zeyvə kəndində 22 evdə 66 nəfəri kişilər, 67 nəfəri isə qadınlar olmaqla 133 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Hazırda əhalisi 452 nəfərdir ki, onun da 237 nəfəri kişi, 215 nəfəri qadındır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisi heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur.

Kənddə məktəb fəaliyyət göstərir.

  1. "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.