Mücü

MücüAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Mücü
40°47′00″ şm. e. 48°24′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 229 nəfər
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Mücü xəritədə
Mücü
Mücü

Kənd rayonun "Bədo-Basqal" turizm zonasında yerləşir. Kəndin əhalisi 229 nəfərdir. Kənd əhalisi əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Turizm zonasında yerləşən "Xan", "Fit dağı" və "Haram qalaları"na gedən daxili turizm marşrutu kəndin yaxınlığından keçir. Kəndə avtomobillə getmək olar.[1]

Kəndin dəqiq tarixi məlum olmasa da bunun Qafqaz Albaniyası dövrünə getdiyi məlumdur. Buna əsas kəndin dağlıq qismində albanlara aid yaşayış yerlərinin qalıntılarıdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndin coğrafi quruluşu dağlıqdır. Yayı mülayim, günortaları isti, gecələri soyuq, qışı isə sərt soyuqdur.

1999-cu il əhalinin qeydiyyata alınmasına əsasən kəndin əhalisi 299, 2009-cu il qeydiyyata almasına əsasən isə 249 nəfərdir.

1919-cu il tarixində ermənilər tərəfindən Mücüdə 230 nəfər öldürülmüşdür. Əhalisi 241 nəfərdir ki onunda 113 nəfəri kişi, 128 nəfəri qadındır.

Təhsilin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Kənddə yalnız bir təhsil ocağı mövcuddur. Bu 1 nömrəli kənd orta məktəbidir.

Dövlət əhəmiyyətli abidələr olmasa da, çoxlu sayda tarixi abidələr mövcuddur. Bunlara tarixi alban abidələri, qədim yəhudi qəbirstanlığı və Fit dağındakı Şamaxı xanı Mustafa xanın yazlığının qalıntıları aid edilə bilər.