Müqəddəs Məryəm kilsəsi (Tuğ)

Müqəddəs Məryəm kilsəsiXocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[1]

Müqəddəs Məryəm kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Tuğ kəndi
Aidiyyatı Dizaq məlikliyi
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti qəzalı
İstinad nöm.4321
KateqoriyaKilsə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Müqəddəs Məryəm kilsəsi (Azərbaycan)
Müqəddəs Məryəm
kilsəsi

Tuğ kəndinin şimal-qərb hissəsindəki qəbirsanlıq ərazisində yerləşir. Qəbirsanlığın yerləşdiyi ərazi yerli əhali tərəfindən Qızlar düzü adlandırılır.[2] Hündür qoz ağacları ilə əhatə olunmuş sahənin mərkəzində yerləşən kilsə, təbiətlə harmoniya təşkil edir.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kilsə, tərəfləri 2x3 metr ölçüyə malik sadə düzbucaqlı zal-kilsə formasına malikdir. Kilsə, demək olar ki, yarıya qədər yerin altındadır və buna görə də, cənub divarındakı qapı vasitəsiylə içəri girmək mümkün deyil.[2] İbadət zalı, apsida və köməkçi otaqlar da qismən yerin altında qalmışdır.[2]

Kilsənin divarlar kobud çapılmış daşlardan hörülmüşdür. Tağtavan daşıyıcı divarların qarşısındakı pilonlar və onları birləşdirən qabırğavari tağlar vasitəsiylə saxlanılır.[2]

Kilsənin yaxınlığında çoxlu sayda rahib hücrələri və mülki tikililərin qalıqları, həmçinin məzar daşları vardır.[2]

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. 1 2 3 4 5 6 Mkrtçyan, 1989. səh. 78
  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989