Mir Bəşir Fəttah oğlu Qasımov (1879[1], Daşbulaq[d], Cənubi Azərbaycan – 23 aprel 1949[2], Bakı[2]) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1938–1949).
Mir Bəşir Qasımov | |
---|---|
21 iyul 1938 – 23 aprel 1949 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Nəzər Heydərov |
iyun 1937 – 18 iyul 1938 | |
Əvvəlki | Qəzənfər Musabəyov |
Sonrakı | vəzifə ləğv edilib |
19 yanvar 1935 – iyun 1937 | |
1931 – 1935 | |
Sədr | Sultanməcid Əfəndiyev |
may 1921 – 1924 | |
Sədr | Səməd ağa Ağamalıoğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1879[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 aprel 1949[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mirbəşir Fəttah oğlu Qasımov 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olmuşdur. 1898-ci ildən inqilabi işə qoşulmuşdu.
Mirbəşir Qasımov 1905-ci ildə Balaxanı neft mədənlərində çalışırdı.
M. Qasımov 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olub. 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub.
Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib.
1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur.