Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsigəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926–1928) "Qırmızı Muğan" nəşriyyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931–1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934–1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935–1938) işləmişdir.
1938–1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940–1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942–1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946–1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948–1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957–1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966–1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır.
1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir. 2001-ci il 29 iyulda Bakı şəhərində vəfat edib.
Azərbaycan SSR Ali Sovetinin üç dəfə (2-ci, 3-cü və 4-cü çağırışlar) deputatı seçilmişdir. Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı (1943-cü il), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1966-cı il), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1971-ci il) və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1973-cü il) ilə təltif edilmişdir.
Qeyd 2: Ağdaş rayonu 1930-cu ildə təşkil olunmuşdur. Qutqaşen rayonu 4 yanvar 1963-cü ildə Ağdaş rayonuna birləşdirilmişdir. 17 iyun 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Oğuz rayonu 8 avqust 1930-cu ildə Vartaşen rayonu adı ilə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Şəki rayonu ləğv edilərək Vartaşen rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə isə yenidən müstəqil Şəki rayonu təşkil olunmuşdur. 7 fevral 1991-ci ildə Vartaşen rayonunun adı Oğuz rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.