Sergey Bezuqlı (7 oktyabr 1984) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı, Avropa Çempionatının qalibi.[1]
Sergey Bezuqlı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Sergey Aleksandroviç Bezuqlı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 176 sm. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Kanoe sprint | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2006-cı ilin avqustunda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 46.768 saniyə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu.[1]
Daha sonra Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2008-ci ilin mayında İtaliyanın Milan şəhərində baş tutan Avropa Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 40.192 saniyə nəyicə göstərdi və turniri gümüş medalla başa vurdu.[1] Həmin ilin avqustunda Sergey Bezuqlı və Maksim Prokopenko dueti Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[2] C-2 500 metr turnirinin final mərhələsində 1 dəqiqə 44.156 saniyə nəticə göstərən Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiadanı 8-ci pillədə başa vurdu.[2]
Olimpiadadan sonra Azərbaycan Kanoe Federasiyası bir sıra idmançıları, o cümlədən Sergey Bezuqlı və Maksim Prokopenko duetini Azərbaycan yığmasının heyətinə cəlb elədi.[1]
Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2009-cu ilin iyununda Almaniyanın Brandenburq şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində bürünc medalın sahibi oldu.[1] Həmin ilin avqustunda Kanadanın Dartmut şəhərində baş tutan Dünya Çempionatında isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirini bürünc, C-2 1000 metr turnirini isə gümüş medalla başa vurdu.[1]
2010-cu il də Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün uğurlu oldu. İyunda İspaniyanın Trasone şəhərində baş tutan Avropa Çempionatında Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirində 1 dəqiqə 38.825 saniyə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.[1] C-2 1000 metr turnirində isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3 dəqiqə 34.115 nəticə göstərdi və Avropa Çempionatının qalibi oldu.[1] Duetin növbəti turniri avqustda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatı oldu.[1] Sergey Bezuqlı və Maksim Prokopenko dueti bu səfər C-2 500 metr turnirində 1 dəqiqə 40.277 saniyə nəticə göstərdi və Dünya Çempionatının gümüş medalına sahib oldu.[1]
Sergey Bezuqlı və Maksim Prokopenko duetinin 2011-ci ilin iyununda Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində gümüş medalın sahibi oldu.[1] Avqustda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatı isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün tarixi uğurla nəticələndi. Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr və C-2 1000 metr turnirində gümüş medalın sahibi oldu.[1] C-1 4x200 metr turnirində isə Andrey Kraytor, Maksim Prokopenko, Sergey Bezuqlı və Valentin Demyanenkodan ibarət olan qrup Dünya Çempionatını gümüş medalla başa vurdu.[1]
Sergey Bezuqlı və Maksim Prokopenko dueti Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiada da avqustun 7-də mübarizə apardı.[3] Təsnifat mərhələsinin "B" qrupunda çıxış edən Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3:38.042 dəqiqə nəticə göstərdi.[3] Qrupu altı duet sırasında birinci pillədə başa vuran duet yarım-final mərhələsində mübarizə aparmadan birbaşa final mərhələsinə vəsiqə qazandı.[3] Final mərhələsi avqustun 28-də baş tutdu.[3] 8 duetin mübarizə apardığı final mərhələsi gərgin idman mübarizəsi şəraitində baş tutdu.[3] Nəticədə Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3:36.218 dəqiqə nəticə göstərdi.[3] Bu nəticələ əsasən duet üçüncü pillənin sahibi olan Rusiya nümayəndələrindən cəmi 1.195 saniyə geri qalaraq medalın bir addımlığı turniri başa vurdular.[3]
London Olimpiadasından sonra Maksim Prokopenko idmanla vidalaşsa da, Sergey Bezuqlı beynəlxalq turnirlərdə çıxış eləməyə davam elədi. Bir müddət gənc A. Kupninlə duet olub, beynəlxalq turnirlərdə mübarizə aparan Sergey Bezuqlı 2015-ci ildə idmanla vidalaşdı.